Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-312/2025 07.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.5 m² mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65.5 m olan mənzil 1992-ci ildən mülkiyyətinə verildiyini, dövlət reyesterində 15/5 nömrəli reyester kitabında 865 nömrəli vərəqində qeydiyyata alındığını, mülkiyyətimdə olan mənzildə aşağıda göstərilən oğlu və onun ailəsi qeydiyyatda dursalar da, uzun müddətdir ki, mənzildə yaşamadıqlarını, Cavabdeh1 oglu, Cavabdeh2, Cavabdeh3 oglu, Cavabdeh4 oglu və X4 oglu, mənzili öz mülkiyyətinə rəsmiləşdirəndə yuxarıda göstərilən şəxslərin həmin ünvanda qeydiyyatda olmadıqlarını, oğlu Cavabdeh1 oglu 1999-cu ildə ailə qurduqdan sonra onu və həyat yoldaşı Aynuru mənzilə qeydiyyata saldığını, onların artiq 25 ildir ki, Baki şəhərində yaşadıqlarını, onlar Baki şəhərinə köçdükdən sonra mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxacaqlarına söz versələr də, sonradan verdikləri sözü tutlnayaraq bu günə kimi həmin ünvanda qeydiyyatda durduqlarını, Haliyədə onların Baki şəhərində yaşadıqlarını və könüllü olaraq məzildən qeydiyyatdan çıxmadıqlarını, bununla əlaqədar Sərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də ona müsbət cavab verilməyərək məhkəməyə müraciət etməyini bildirdiklərini, belə olan halda onun cavabdehləri mülkiyyətində olan məzilindən məcburi qaydada çıxarılması qərarına gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, həmin mənzilə bütün kommunal xərcləri və sığorta haqqını özünün ödədiyini, cavabdehlərin də əvəzinə bütün xərcləri onun ödədiyini bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq оnlar, məhkəmə baxışı iclasına gəlməmiş lakin nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etmədiklərini, 20 ilə yaxındır ki, ailəliklə Bakı şəhərində yaşadıqlarını, özünün və uşaqlarının iş yerinin Bakı şəhərində olduğu üçün orada yaşadıqlarını, uşaqlarının Bakı şəhərində orta məktəbi bitirdiklərini, iddia tələbinə qəti olaraq etiraz etdiyini, onları ordan qeydiyyatdan çıxaracaqları halda harada qeydiyyata düşəcəklərini bilmədiyini, atası ilə küsülü olduğundan 2015-ci ildən özü və ailə üzvlərindən heç birinin ümumiyyətlə həmin evə getmədiklərini, bu müddət ərzində kommunal xərclərlə bağlı iddiaçıya heç bir maddi dəstək olmadığını bildirərk, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq о, məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş: - xx.xx.2025-ci il tarixli, ********** nömrəli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır; - Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 109 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatda dururlar. Məhkəmə iddiaçının və cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 20 ildən artıq bir müddətdir mübahisəli mənzildə yaşamamaları iddiaçının cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 izhatı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər, onların formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının həmin əmlak üzərində maneəsiz hər cür istifadə etmək hüquqlarını məhdudlaşdırır, həmçinin o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir və cavabdehlərə görə əlavə kommunal xidmət haqları ödəyir. Beləliklə də, həmin mənzildə yaşamayan və mənzilin saxlanmasında iştirak etməyən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlərin mübahisə predmeti olan mənzilə yaşayış və istifadə hüquqlarının itirilməsi üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq ümumiyyətlə həmin ünvanda yaşamadığından, mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, iddiaçının həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə əsassız qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Şərur şəhəri, H.Əliyev prospekti, ev 35 ünvanında yerləşən 29 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şərur şəhəri, H.Əliyev prospekti, ev 35 ünvanında yerləşən 29 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-312/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-312/2025
07.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver