Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-33/2025 04.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “payların müəyyən olunması, naturada ayrılması və hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Diyadin kənd ərazisində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN- 0037 nömrəli dövlət aktı əsasında verilmiş 4100 m2 təsərrüfat təyinatlı torpaq sahəsindən onlar düşən payların müəyyən olunması və naturada ayırmaqla hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri xidmətində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində Şərur rayon Diyadin kənd ərazisində 22 aprel 1999-cu il tarixli 06 nömrəli Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-0037 nömrəli dövlət aktı əsasında verilmiş 0,41 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi birgə mülkiyyətlərinə verildiyini, torpaq sahəsi üzərində mülkiyyətçilər İddiaçı1, İddiaçı2, Cavabdeh, İddiaçı4 və İddiaçı3 olduğunu, artıq 15 ildir ki, cavabdeh göstərilmiş torpaq sahəsini tək istifadə etdiyini, haliyədə onlar da mülkiyyətlərində olan kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsindən istifadə etmək istədiklərini, lakin cavabdeh onlara torpaqdan təyinatı üzrə istifadə etməklərinə imkan vermədiyini, bu barədə onunla dəfələrlə söhbətlər aparılsa da, o, onlarla razılaşmadığını, ona görə də, Cavabdeh düşən torpaq sahəsinin naturada ayrılmasını, onlara düşən torpaq sahəsinə mülkiyyət sənədinin verilməsini istədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı3 izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı4 izahatında iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq о məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - JN-0037 KOD 10208068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Diyadin kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyət hüququ əsasında 0.41 ha torpaq sahəsi verilmişdir; - Şərur Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(110)-924/2024 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir; - Şərur Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(110)-924/2024 nömrəli qərardadından görünür ki, mülki iş üzrə icraat dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 58 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə baxış zamanı və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş elektron bölgü plan-sxeminə əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş elektron bölgü plan-sxeminə əsasən Şərur rayonu Diyadin kəndində İddiaçı1, İddiaçı2, Cavabdeh, İddiaçı4 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bərabər şəkildə ayrılmasının texniki baxımdan mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ayrı-ayrılıqda hissələrinin payının ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində, həmçinin rəyə əlavə olunmuş bölgü variantının plan-sxemində ətraflı göstərilmişdir. - Şərur Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(110)-33/2025 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iddiaçıların izahatlarına və iş materiallarında olan və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Diyadin kəndində yerləşən JN-0037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə 5 nəfərin - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmışdır. Birgə mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bildiyindən, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 58 nömrəli ekspert rəyində elelktron bölgü plan-sxeminə əsasən Şərur rayon Diyadin kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bərabər şəkildə ayrılmasının texniki baxımdan mümkün olduğu müəyyən edildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Diyadin kəndi ərazisində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adlarına JN-0037 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilməli və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 58 nömrəli rəyinin torpaq sahəsinin bölünməsinə dair plan - sxem əsasında ardıcıl olaraq birinci, ikinci, üçüncü və dördüncü hissələr naturada ayrılaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; - 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini məhkəmənin təşəbbüsü ilə həyata keçirildiyindən, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul iddiaçılardan və cavabdehdən müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Diyadin kəndi ərazisində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adlarına JN-0037 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilsin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 58 nömrəli rəyinin torpaq sahəsinin bölünməsinə dair plan - sxem əsasında ardıcıl olaraq birinci, ikinci, üçüncü və dördüncü hissələr naturada ayrılaraq iddiaçılara verilsin. Bu qətnamə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. İddia qaldırılarkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul iddiaçılardan və cavabdehdən müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-33/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-33/2025
04.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver