Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-340/2025 18.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili - nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “birgə mülkiyyətdə olan əmlakda payın müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və iddiaçının vəkili - nümayəndəsi iddia ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il 3 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-085A, Kod 10214028, şəhadətnamə əsasında 0.32 hektar həyətyanı torpaq sahəsini payların bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı dediklərinə və əldə olunmuş məlumatlara əsasən Şərur rayon Aqrqr islahat komisiyyasının 13 aprel 1997-ci il 03 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-85A, KOD 10214028, Şəhadətnamə əsasında 0.32 hektar həyətyani torpaq sahəsi X4, Cavabdeh5 Məhəmmədəli qızına və İddiaçı verilmişdir. Mərhum atası X12 ağlu xx.xx.2000-ci il tarixində, anası Cavabdeh5 Məmmədəli qızı xx.xx.2008-ci il tarixində əfat etmişdir. Torpaqda İddiaçı payının müəyyən olunmadığından İddiaçı iz payından istifadə edə bilmir. Bu səbəbdən birgə mülkiyyətdə olan əmlakda bərabər qaydada pay hüquqlarının müəyyən edilməsini istəyirəm. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili - nümayəndəsi Vəkil izahatında iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında torpaq sahəsinin atasının adına olduğunu, həmin torpaq sahəsində evində olduğunu, o evde özünün ailəsi və uşaqlarıyla yaşadığını, həyətin digər tərəfində isə mərhum qardaşı arvadının və oğlunun yaşadığını, Günəşə ordan heç bir pay düşmədiyini, çünki atasının və anasının qayğısına qalmadığını, atasına və anasına özünün qulluq etdiyini, na görə ona həmin torpaqdan Günəşə pay verməyəcəyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh6 izahatında, torpaq sahəsinin qayınatasının olduğunu, o da ailəsiyə həmin torpaq sahəsində olan evin bir hissəsində yaşadığını, əri rəhmətə gedəndən sonra həmin həyətdə qaynatasının evinin 1 otaq və 1 koridorunda oğlu ilə, digər 1 otaqda isə Yunis və arvadının yaşadığını, artıq 30 ildir o evdə yaşadığını, Günəşin onun qardaşının arvadı olduğunu, qardaşı ilə ayrıldıqları üçün Günəşin onu həmin evdən çıxarmaq istədiyini, lakin o evdən heç yerə getməyəcəyini, Günəşə o torpaq sahəsindən pay verilməsinə etiraz etdiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - JN- 085A KOD 10214028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Kərimbəyli kəndində 0.32 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X2, İddiaçı, Cavabdeh5 Məhəmmədəli qızının mülkiyyətinə verilmişdir; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməтіsinin Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə 22 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Sizin 11 oktyabr 2024-cu il tarixdə Xidmətə daxil olan 10 fevral 2023-cü il tarixli 2/184 nömrəli məktubunuza Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Şərur rayon Muğanlı kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X3 adına 0,28 ha nüquqi torpaq sahəsi qeyd olunmuş, ailə üzvləri ilə birlikdə (Cavabdeh5 Mənəmmədəlı qızı və İddiaçı daxil olmaqla) Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə JN- 85A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 3171.70 m² həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir; - Şərur rayon Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 297 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum Cavabdeh5 Məhəmmədəli qızı vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır
1. H/Y-X7-2000-ci ildə vəfat edib
2. Qızı: X5 -1958
3. Qızı: X8 -1962
4. Oğlu: X6-1966 2018-ci ildə vəfat edib.
5. Oğlu: Cavabdeh3 -1979
6. Qızı: İddiaçı -1977
7. Qızı: Rzayeva (Əliyeva) Mehriban Əli qızı -1956 - Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş 126 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv arayışdan görünür ki, mərhum X7 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır
1. Cavabdeh5 Məhəmmədəli qızı -yoldaşı
2. Qızı: X5
3. Qızı: X8
4. Oğlu: X6
5. Oğlu: Cavabdeh3
6. Qızı: İddiaçı
7. Qızı: Rzayeva (Əliyeva) Mehriban Əli qızı. - Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4008 nömrəli arayışdan görünür ki, Cavabdeh5 Məhəmmədəli qızı xx.xx.2008-ci ildə Şərur rayon Muğanlı kəndində ürək dayanması səbəbindən vəfat etmişdir; - Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4007 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2000-ci ildə Şərur rayon Muğanlı kəndində ürək damar sistemində tənəffüsün dayanması səbəbindən vəfat etmişdir; - Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4007 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2018-ci ildə Şərur rayon Muğanlı kəndində diabetik koma səbəbindən vəfat etmişdir. Məhkəmə iddiaçının, onun vəkili - nümayəndəsinin və cavabdehlərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidi. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı Şərur rayon Muğanlı kəndində 0.32 ha torpaq sahəsi JN- 085A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyət hüququ üzrə 3 nəfərin - X2, İddiaçı, Cavabdeh5 Məhəmmədəli qızının adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmışdır. Birgə mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Kərimbəyli kəndi ərazisində birgə mülkiyyət hüququ üzrə - X2, İddiaçı, Cavabdeh5 Məhəmmədəli qızının adlarına JN- 085A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.32 ha torpaq sahəsində İddiaçı 1/3 (üçdə bir) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; - 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə Şərur rayon Muğanlı kəndi ərazisində ümumi birgə mülkiyyət hüququ üzrə X2, Cavabdeh5 Məhəmmədəli qızının və İddiaçı adlarına JN - 085 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.32 ha həyətyanı torpaq sahəsində İddiaçı 1/3 ( üçdə bir) hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim : Seymur Qarayev