Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-401/2022 14.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat dəyərində olan 1 baş erkək danasını və təxminən 400 (dörd yüz) manat dəyərində olan 1 baş buzovunu özünə qaytarıb vermədiyinə görə ona vurmuş olduğu 2400 (iki min dörd yüz) manat maddi ziyanın, erkək dananın müalicəsi üçün çəkdiyi 240 (iki yüz qırx) manat xərcin və dövlət büdcəsinə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə cəmi 2687 (iki min altı yüz səksən yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2020-ci il tarixində iribuynuzlu mallarını otarmaq məqsədi ilə Cavabdeh önünə ötürdüyünü, 2020-ci il ərzində müxtəlif tarixlərdə ona məxsus təxminən 2000 manat dəyərində olan 1 baş erkək dananı və təxminən 400 manat dəyərində olan 1 baş buzovu dediyinə görə canavara yedirtdiyini, 200 manat dəyərində olan 1 baş erkək dananı yaralı vəziyətdə oludğundan gedib həyətə gətirdiyini və onun həmin erkək dananın müalicəsi üçün Şərur rayon Baytarlıq İdarəsinə müraciət etdiyini, habelə 240 manat xərc çəkməyinə baxmayaraq dananı müalicə edə bilmədiklərindən öldüyünü, ondan bir müddət sonra cavabdehin dediyinə görə bu dəfə də 400 manat dəyərində olan 1 baş buzovu canavarın yediyini, həmin buzovun nə ölüsünü nədə ki, dirisini ona göstərmədiyini, nəticə etibarı ilə də cavabdehin 2020-ci il ərzində ona təxminən 2640 manat ziyan vurduğunu, həmin vaxt onun Rövşənlə razılaşaraq cavabdehin onun mallarını (iribuynuzlu heyvanlarını) vurduğu zərər həcmində pulsuz otaracağını, oda öz növbəsində onun vurduğu zərərin qarşılığını ödəməsini ondan tələb etməyəcəyini, bir müddət bu razılığı həllini tapdığını, lakin sonrada cavabdehin ondan 1278 manat pul tələb edərək onu məhkəməyə verdiyini, hal-hazırda da onun xeyrinə Şərur rayon məhkəməsinin qətnaməsinin mövcud olduğunu, hazırki vəziyyətdə də Cavabdeh 2020-ci il ərzində müxtəlif tarixlərdə ona məxsus təxminən 2000 manat dəyərində olan 1 baş erkək dananı və təxminən 400 manat dəyərində olan 1 baş buzovu yoxa çıxardıb özünə qaytarıb vermədiyinə görə həmin iribuynuzlu malların dəyəri olan 2400 manat pulun və erkək dananın müalicəsi üçün çəkdiyi 240 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsini istədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Cavabdeh 2000 (iki min) manat dəyərində olan 1 baş erkək danasını və təxminən 400 (dörd yüz) manat dəyərində olan 1 baş buzovunu özünə qaytarıb vermədiyinə görə ona vurmuş olduğu 2400 (iki min dörd yüz) manat maddi ziyanın, erkək dananın müalicəsi üçün çəkdiyi 240 (iki yüz qırx) manat xərcin və dövlət büdcəsinə ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə cəmi 2687 (iki min altı yüz səksən yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında 2020-ci ildə təsərrüfatında olan 18 baş malı otarması üçün mərhələlərlə qaynı X3 verdiyini, Roşənlə heç bir razılaşmasının olmadığını, qaynı Elturanı tanıdığını, Elturan əmisi Roşənlə birlikdə kəndin mallarını otardığını, mallarını otardıqları ərəfədə təxminən 2000 manat dəyərində olan 1 baş erkək danasını vəhşi heyvanların yaraladığını və təxminən 400 manat dəyərində olan 1 baş buzovunun da itdiyini, malın nə ölüsünü, nə də dirisini tapa bilmədiklərini, erkək danasının müalicəsi üçün 240 manatdan artıq xərc çəkdiyini, mallarını otarması üçün Elturana versə də, Roşənlə razılaşmalarının olmamasına baxmayaraq ona niyə 830 manat pul ödəməli olduğunu başa düşmədiyini, Roşənin bu hərəkəti onun psixologiyasını pozduğunu, Roşən ondan nahaq yerə pul tələb etdiyi üçün o da, Roşəndən ona dəymiş 2400 manat maddi ziyanı tələb etdiyini, X1 heç bir tələbinin olmadığı qeyd edərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çixarılmasını xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir 31 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X16 ifadəsində 15 iyul 2020-ci il tarixdə Şərur rayon Baytarlıq idarəsində olan zaman Həmzənin idarəyə gəldiyini, canavarın iribuynuzlu erkək danasını yaraladığını, erkək dananın müalicə olunmasına kömək göstərməyi xahiş etdiyini, birlikdə aptekdən dəyəri 90 manat olan müvafiq dərmanları aldıqlarını, Şərur rayon Tənənəm kəndinə getdiklərini, təqribən erkək dananın 140 kq çəkidə olduğunu, erkək dananın müalicəsini apardığını, sonra üç dəfə özünün malın müalicəsi üçün Tənənəm kəndinə getdiyini, dördüncü gün Həmzənin ona zəng edərək erkək dananın öldüyünü dediyini, Həmzənin erkək danasını müalicə etdiyi üçün 4 gün ərzində hər gün 30 manat olmaqla, ümumilikdə ona 120 manat ödədiyini, daha sonra Həmzənin malın müalicəsi üçün nə qədər pul xərclədiyindən məlumatının olmadığını bildirmişdir. 31 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X6 ifadəsində Həmzənin qardaşı olduğunu, 2020-ci ilin may ayında Həmzənin 6 baş malını X4 otarması üçün verdiyini, qalan malları isə Həmzənin oğlu Arifin otarması üçün Elturana verdiyini, 2020-ci ilin iyul ayında Həmzənin 1 baş malının vəhşi heyvanların yaraladığını, gedib onu dağdan gətirdiklərini, Həmzənin malı müalicə etdirdiyini, lakin malın öldüyünü, sonradan Həmzənin 1 baş malının da itdiyini, malın nə ölüsünü, nə də dirisini tapa bilmədiklərini, Həmzənin mallarını Elturana versədə Elturanın malları Roşənlə birlikdə otardığını, yalnız 2020-ci ilin oktyabr ayında Həmzənin 5 baş malını Roşənin tək otardığını bildirmişdir. 31 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X11 ifadəsində İddiaçı onun atası olduğunu, o 10 baş malı otarması üçün X4 verdiyini, Cavabdeh mal vermədiyini, 2020-ci ildə Elturanın təxminən onların 15-16 baş mallarını otardığını, Elturanın malları otardığı ərəfədə 1 baş malı canavarın yaraladığını, dağdan kəndə gətirərək müalicə etdirdiklərini, lakin sağalmadığını, malın öldüyünü, sonradan Elturan 1 baş buzovu da canavarın yediyini dediyini, Elturanla Roşənin arasındakı razılaşmadan məlumatlarının olmadığını bildirmişdir. 31 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X2 ifadəsində Həmzənin arvadı olduğunu, onların mallarını qardaşı Elturanın otardığını, Röşənin onun əmisi olduğunu, Roşənə otarması üçün mal vermədiklərini, 4 baş malı o, 10 baş malı oğlu Arif, 3 baş malı isə Həmzə Elturana otarması təhvil verdiyini, 2020-ci iyul ayında 1 baş danalarını vəhşi heyvanların yaraladığını, müalicə etdirdiklərini, lakin sağalmadığını, öldüyünü, bir baş buzovlarını isə Elturanın dediyinə görə canavar yediyini, malın nə ölüsünü, nə də dirisini tapa bilmədiklərini, Elturanla razılaşdıqları üçün ondan tələf olan malların pulunu istəmədiklərini, əvəzində isə onların otardığı malların pulu ilə əvəzləşdirdiklərini bildirmişdir. 31 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X10 ifadəsində Həmzənin qayınanası olduğunu, Roşənin onun qaynı, Elturanın isə onun oğlu olduğunu, Həmzənin otarması üçün mallarını Elturana təhvil verdiyini, X9 mallarını otarması barədə məlumatının olmadığını, Elturanın malları otardığı ərəfədə Həmzənin 1 baş danasını vəhşi heyvanların yaraladığını, müalicə etdirdiklərini, lakin sağalmadığını, öldüyünü, bir baş buzovunu isə Elturanın dediyinə görə canavar yediyini, malın nə ölüsünü, nə də dirisini tapa bilmədiklərini bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh 2000 (iki min) manat dəyərində olan 1 baş erkək danasını və təxminən 400 (dörd yüz) manat dəyərində olan 1 baş buzovunu özünə qaytarıb vermədiyinə görə ona vurmuş olduğu 2400 (iki min dörd yüz) manat maddi ziyanın, həmçinin erkək dananın müalicəsi üçün çəkdiyi 240 (iki yüz qırx) manat xərcin ödənilməsini tələb etsə də, məhkəmə baxışı iclasında verdiyi izahatında mallarını otarması üçün X3 versə də, Roşənlə razılaşmalarının olmamasına baxmayaraq ona niyə 830 manat pul ödəməli olduğunu başa düşmədiyini, Roşənin bu hərəkəti onun psixologiyasını pozduğunu, Roşən ondan nahaq yerə pul tələb etdiyi üçün o da, Roşəndən ona dəymiş 2400 manat maddi ziyanı tələb etdiyini bildirmişdir (iddia ərizəsində qeyd etdiklərindən fərqli izahat verməsini bununla əlaqələndirmişdir). Eyni zamanda iddiaçının təşəbbüsü ilə məhkəmədə şahid qismində ifadə verərn iddiaçının qaynı, arvadı və oğluda malları otarması üçün müxtəlif vaxtlarda Elturana verdiklərini, Roşənlə heç bir razılaşmalarının olmadığını bildirmişlər. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, hazırki iddia tələbi üzrə tələbin yönəldiyi subyekt buna cavab verməli subyekt deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddia tələbi üzrə tələbin yönəldiyi subyekt olmadığından iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmçinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, Cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmadığından hazırki iş üzrə iddiaçı ona qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da onun Cavabdeh tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcədə həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eyni zamanda məhkəmə iddiaçıya tələbin yönəldiyi subyektin buna cavab verməli subyekt olmadığını cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçının nəzərinə çatdırsada, iddiaçı Cavabdeh X7 ilə əvəz olunmasına razı olmadığını bildirərək, məhkəmədən mövcud iddia tələbi əsasında işə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İşin materiallarından görünür ki, iddiaçı konkret olaraq Cavabdeh qarşı tələb irəli sürmüşdür. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğu nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. - 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddia tələbinə cavab verməli şəxs olmadığından, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münaibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-401/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-401/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver