Məhkəmə qərarları › İş №2(110)-409/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-409/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-409/2025 05.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 mülkiyyətində olan, ünvan 1 ünvanından yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində mərhum əri X1 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.7 kv.m olan mənzil qanun üzrə vərəsəliyə əsasən xx.xx.2024-cü il tarixdə Naxçıvan MR İqtisdiyyt Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri" X19 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun tam mülkiyyətinə verildiyini, onun mülkiyyətinə verilmiş mənzildə əvvəllər qeydiyyatda olan cavabehlər Cavabdeh1 və X3 hələdə mənim mülkiyyətinə verilmiş ünvan 1 ünvanında pasport qeydiyyatında olmaları bir mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlşdırılmasına səbəb olduğunu və öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmədiyini, onlarala əlaqə saxlayıb mülkiyyətinə verilmiş ünvan 1 ünvanında pasport qeydiyyatından çıxmalarını bildirmək istəsə də onlaraal əlaqqə saxlaya bilmədiyini, haliyyədə də cavabdehlərin harada yaşamaları ona məlum olmadığını, Şərur şəhəri Mənzil İstismar sahəsinin xx.xx.2025-ci il tarixli 194 saylı arayışından da cavabdehlər Cavabdeh1 və X7 haliyyədə ünvan 1 ünvanında qeydiyyatda olduqları göründüyü, onların mülkiyyətinə verilmiş mənzilin yaşayış sahəsindən istifadə hüquqların məhkəmə qaydasında xitam verilməsini istədiyini, ona görə də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, həmin mənzilə bütün kommunal xərcləri və sığorta haqqını iddiaçının ödədiyini, həmçini cavabdehlərin də əvəzinə əlavə xərclər ödədiyini bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq оnlar, məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Şərur şəhəri, Nizami küçəsi, ev 19 mənzil 2-3 ünvanında yerləşən mənzil Rzayev İddiaçı adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nin Şərur Rayon Polis İdarəsi tərəfindən verilmiş 3-13-43-12/2-Ə-2694/11/225 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X10 mülkiyyətində olan Şərur şəhəri, Nizami küçəsi, ev 19, mənzil 2 ünvanında yerləşən mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 və X4 həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Lakin bildiririk ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə -. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən əsaslardan heç biri mövcud olmadığından həmin qanunun 9-cu maddəsinin 5ci bəndini rəhbər tutaraq aidiyyəti üzrə Məhkəməyə müraciət etməyinizi xahiş edirik. - Şərur şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 194 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı adına olan, Şərur şəhəri Nizami küçəsi bina 19 mənzil 2+3 - də aşağıda adıarı göstərilən vətəndaşlar qeydiyyatda durur.

1. İddiaçı – 1932

2. Nümayəndə – 1966 (Oğlu)

3. X8- 1967 (Gəlini)

4. X11 - 1993 (Nəvəsi)

5. X12 – 1995 (Nəvəsi)

6. Cavabdeh1 - 1991 (Nəvəsi)

7. Cavabdeh2 - 1993 (Nəvəsi) Məhkəmə iddiaçının nümayəndəsi izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və X3 uzun müddətdir mübahisəli mənzildə yaşamamaları iddiaçının nümayəndəsi Nümayəndə izhatı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər, onların formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının həmin əmlak üzərində maneəsiz hər cür istifadə etmək hüquqlarını məhdudlaşdırır, həmçinin o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir və cavabdehlərə görə əlavə kommunal xidmət haqları ödəyir. Beləliklə də, həmin mənzildə yaşamayan və mənzilin saxlanmasında iştirak etməyən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlərin mübahisə predmeti olan mənzilə yaşayış və istifadə hüquqlarının itirilməsi üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq ümumiyyətlə həmin ünvanda yaşamadığından, mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, iddiaçının həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə əsassız qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və X3 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və X3 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar