Məhkəmə qərarları › İş №2(110)-414/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-414/2021

18.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-414/2021 18.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi ” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Əli oğlunun mülkiyyətində olmuş Şərur rayon Arpaçay kənd ərazisində yerləşən 1600 kv.m torpaq sahəsinin və yaxud bazar qiyməti 15.000 (on beş min) manat dəyərinin və cavabdehə ödənilmiş 600 (altı yüz) ABŞ dollarının manatla ekvivalenti cavabdehdən alınıb ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarında olan DİN BPQMİ–nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 164k ünvanında qeydiyyatdadır. İddiaçı ərazi aidiyyatı üzrə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməli idi. Göründüyü kimi, iddiaçı tərəfindən ərazi aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyət qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən “xxxx” ASC-nin Serur filialı (K0133011) vasitəsilə 07.05.2021-ci il tarixdə 9932 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər ruraraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC-nin Serur filialı (K0133011) vasitəsilə 07.05.2021-ci il tarixdə 9932 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ərazi adiyyətinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar