Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-438/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştrakı ilə, Ərizəçi “doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, xx.xx.2004-cü ildə anadan olmuş qızı X2 doğum aktlarının qeydiyyatı kitabında adının “Təranə” kimi yazılması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəsini müdafiə edərək, X10 ilə ailə həyatı qurduğunu, birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X6 adında qızlarının doğulduğunu, əvvəllər onların Ordubad rayonunda yaşadığından doğum şəhadətnaməsinin Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən verildiyini, uşağın şəxsiyyət vəsiqəsində və digər sənədlərində adının “Təranə” kimi yazılmalı olduğu halda səhvən “Turanə” kimi yazıldığını bildirdiyini, qızının 17 yaşı olduğu üçün ona şəkilli şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdiyi zaman, ondan akt qeydiyyatları kitabından çıxarış tələb etdiklərini, bu barədə Ordubad rayon Qeydiyyat Şöbəsinə müraciət etdiklərini, qeydiyyat şöbəsi tərəfindən qızına çıxarış verilərkən qızının adının qeydiyyat kitabında Turanə kimi yazıldığının müəyyən olunduğunu, qeydiyyat şöbəsinin doğum haqqında şəhadətnaməyə düzəliş etməkdən imtina etdiyini, onlaraverilən doğum haqqında akt qeydiyyatınadan çıxarışda qızının adının Turanə kimi yazıldığını, bu sehvliyi başqa formada aradan qaldırmaq mümkün olmadığı üçün məhkəməyə müraciət etdiyini qeyd edərək doğum haqqında aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, xx.xx.2004-cü ildə anadan olmuş qızı X2 doğum aktlarının qeydiyyatı kitabında adının “Təranə” kimi yazılması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ordubad rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxx 2004-cü il tarixli, AZ İ 472574 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 və Ərizəçi xx xxxxx 2004-cü il təvəllüdlü X2 valideyinləridir. İş materiallarına əlavə edilmiş Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında qeydiyyat kitabından çıxarışdan görünür ki, X7 xx xxxxx 2004-cü il tarixdə Ordubad şəhərində anadan olmuş, bu barədə doğum akt kitabında xx xxxx 2004-cü il tarixdə 96 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il təvəllüdlü X5 verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, onun adı Əliyeva Təranə, atası Əliyev Sahib, anası Ərizəçidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli C № 227281 nömrəli Şərur rayon Dərvişlər kənd orta məktəbini bitirməsi barədə “ümumi orta təhsil haqqında” Attestatın surətindən görünür ki, onun adı “Təranə” kimi qeyd edilmişdir, yəni X6. İş materiallarına əlavə edilmiş Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 81 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin xx xxxx 2004-cü il tarixdə Ordubad rayon Qeydiyyat şöbəsində tərtib edilmiş qızınız X3 96 nömrəli doğum akt qeydində qızınızın adı Turanə qeyd edildiyindən sizə X6 yazılmaqla doğum akt qeydindən çıxarış verilməsi (akt qeydinə düzəliş edilməsi) mövcud qanunvericiliyə ziddir. Ona görə də sizə məsləhət olunur ki, doğum akt qeydi ilə digər sənədlər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş Şərur rayon Dərvişlər kənd İƏDN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 124 nömrəli arayışdan görünür ki, həmin tarixdə X1 rayon Dərvişlər kəndində yaşayır. Beləliklə məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutları məcmu halında qiymətləndirib hesab edir ki, ərizə təmin edilməli, iş üzrə ərizəçinin qızı X2 doğum haqqında akt qeydi kitabında adının "Turanə" kimi yazılmasının düzgün olmaması müəyyən edilməlidir. Çünki iş materialında tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, ərizəçinin adı "Təranə" olduğu halda, doğum haqqında akt qeydi kitabında adı düzgün olmayaraq "Turanə" kimi yazılmış, müvafiq qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X2 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının düzgün olmaması müəyyən edilsin və doğum haqqında akt qeydiyyatı kitabında “Turanə“ adına düzəliş edilsin və adı "Təranə" kimi yazılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-438/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-438/2020
23.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver