Məhkəmə qərarları › İş №2(110)-462/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-462/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-462/2020 25.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı X11 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqrasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 900 (doqquz yüz) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayon Bakıxanov qəsəbəsində hərəkətdə olarkən manevretmə qaydasını pozub ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək həmin avtomobili vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari Sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən, Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 900 (doqquz yüz) manat sığorta ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 068146 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC 900 (doqquz yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASCyə dəymiş 900 (doqquz yüz) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 900 (doqquz yüz) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvana göndərilmiş, lakin o və onun yaxın qohumları ərazidə yaşamadığından, bildirişin Cavabdeh çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi zamanı tərtib edilmiş xx.xx.2019cu il tarixli, AP ******* seriyalı İnzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində hərəkətdə olan ”Mitsubishi Airtrek” markalı 90OZ 796 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş, yol ayrıcı keçmə qaydasını pozmuş dəyərək toqquşmuş maddi zərər yetirmiş, hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol hərəkət qaydalarını pozmuş, İXM-nin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatdan görünür ki, o, idarə etdiyi avtobusla komsomol dairəsindən üzü Bakıxanov stansiyasına tərəfə Yavə Əliyev küçəsi ilə hərəkət edərək dairəvi hərəkətdə yol ayrıcında dairəyə hərəkətdə olan ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatmamış onun dairəni keçdiyini, həmin avtomobilin onun qabağına keçərək körpü istiqamətində hərəkət edərkən onun avtobusunun qabaq sol hissəsinə dəyərək toqquşduğunu, onların hadisə yerində bir az söhbətləşdiklərini, günahın onda olmadığı üçün onun hadisə yerini tərk etdiyini bildirmişdir. İş materiallarında olan X3 Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatdan görünür ki, özünə məxsus avtomobillə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi ilə hərəkət elədiyini, dairəvi hərəkətdə yol ayrıcını keçərkən sağdan hərəkət edən “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinə yol vermədiyini, avtomobilin sağ hissəsini vuraraq toqquşduğunu, hadisə zaman onlardan xəsarət alanın olmadığını bildirmişdir. İş materiallarında olan X6 Mövcudluğunun Yoxlanılması barədə çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil arasında PAT ********** saylı sığorta müqaviləsi mövcuddur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2019-cu il tarixli 068146 nömrəli Sığorta Aktından müəyyən edilir ki, zərərçəkən şəxs X4 məxsus ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsi ilə əlaqədar ona dəymiş zərərin məbləği - 900 manat zərərçəkən şəxs X4 ödənilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ** OZ *** dövlət qeydiyyat nişanlı ”Mitsubishi Airtrek” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 900.00 manatdır. İş materiallarında olan 6340 saylı xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 şəhadətnaməsi üzrə 900 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan pretenziya məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bu öhdəliyin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 16586 №-li Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 20:00 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuş və nəticədə X2 idarə etdiyi ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi zədələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AAC N 861320 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XJ *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtobus X7 məxsusdur. İş materiallarında olanxx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitələrinin icarəyə götürmə haqqında” müqavilənin surətindən görünür ki, X5 şəhərdaxili maşrut xəttində sərnişindaşıma fəaliyyətini həyata keçirmək üçün “xxxxxxxxxxxx” MMC-yə icarəyə verdiyi avtomobillərin sırasında Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtobusda mövcuddur. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC tərəfındən verilmiş 003547 nömrəli yol vərəqəsinnin surətindən görünür ki, Cavabdeh 21-31 may tarixləri arasında ** XJ *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtobusu idarə etmək hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AE 852311 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarəetmək hüququ olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığortamüqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruzqala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğininmüəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimigötürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1 maddəsinə əsasən, əgər sığortalızərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələbsığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışX4 məxsus ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə ödənilmiş 900 (doqquz yüz) manat sığorta pulu tutularaq İddiaçı X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ”Mitsubishi Airtrek” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 900 (doqquz yüz) manat sığorta məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar