Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-465/2021 23.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X10, Cavabdeh4 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 qalmış miras əmlak üzrə Şərur Rayon 2 saylı Notariat Kontorunun 04.05.2021-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsi və X3 qalmış miras əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində iddia tələbinin əsası kimi X4 01.06.2010-cu il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Arbatan kəndində yerləşən 0, 2418 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, X9 vəfat edəndən evdə onların və X5 yaşadığını, mirası faktiki olaraq qəbul edib idarə etdiklərini, Cavabdeh2 və Cavabdeh4 isə mirası qəbul edib-etməmələri barədə fikir bildirmədiklərini, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 Saylı Notariat Kontoruna müraciət etdiklərini, lakin Notariat Kontorunun şəhadətnamə verməkdən imtina etdiyini və buna görə də məhkəməyə müraciət etdiyini göstərmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdi və əlavə olaraq məhkəmədə nümayəndəsi olduğu anası İddiaçı1 çox yaşlı olduğu və gözləri zəif gördüyü üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, sözügedən torpaq üzərində 2 ev olduğunu, onlardan birinin sənəd üzərində, digərinin isə sənəddən əlavə tikilmiş olduğunu, evlərdən birini balaca qardaşı Orxanın tikdiyini, onun faktiki olaraq Türkiyyə Respublikasında işlədiyini, ailəsinin isə burda həmin evdə yaşadığını, əsas evdə Şövqünün bir hissədə, anası və onun isə digər hissədə qaldıqlarını, həmin yaşayış evinin sığorta ödənişinin də bir ödənildiyini, atasının sağlığında onun həmin yaşayış evində yaşadığını, atası öldükdən sonra da yaşamağa davam etdiyini, evin kommunal xərclərini də ödədiyini, atasının vəfat etdiyi 2010-cu ildən bu yana etdiyi bütün ödənişlərin onun adına olduğunu, məhkəməyə təqdim etdiyi qəbzlərin 2016-cı ildən sonrakı qəbzlər olduğunu, çünki işıq idarəsinin sənədləşmə ilə bağlı problem yarandığı üçün 2016-cı ildən əvvəl olan qəbzləri ondan aldığını, lakin əvvəlki dövrə dair arayış təqdim etdiyini, qardaşı Məmmədin də kənddə yaşadığını və təsərrüfatla məşğul olduğunu, Şahinin uzun illərdir ki, Bakı şəhərində yaşadığını bildirərək qardaşı Orxan da daxil olmaqla hər birinə dörddə bir pay verilməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında İddiaçı2 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: X2 izahatında İddiaçı2 qonşusu olduğunu, doğulandan bəri iddiaçının qonşuluğunda atası evində yaşadığını, qonşusu X4 2010-cu ildə vəfat etdiyini, Eldəniz, Orxan, Şövqü və Rəfiqə arvadın ondan miras qalan evdə yaşadıqlarını, Orxanın həmin torpaqda özünə ayrı ev tikərək ailəsi ilə orada yaşadığını, onun Türkiyə Respublikasında işlədiyini, ildə bir dəfə gəlib ailəsinə baş çəkib qayıtdığını, bir qızı və bir oğlu olduğunu, Şahinin 20 ildən artıqdır ki, Bakı şəhərində yaşadığını, Məmmədin isə 90-cı illərdə özünə ayrıca ev tikərək ayrıldığını bildirmişdir. X1 izahatında və verilmiş suallara cavabında Arbatan kəndində doğulduğunu və orada yaşadığını, məktəbdə Eldənizin iş yoldaşı və kəndçi olduğunu, mərhum Əliyev Sabirin onun ibtidai sinif müəllimi olduğunu, indi isə onun yolunu davam etdirdiyini, ibtidai sinif müəllimi işlədiyini, Əliyev Sabirin 2010-cu ildə dünyasını dəyişdiyini, o vəfat etdikdən sonra həyat yoldaşı Rəfiqə xanım və oğlanları Eldəniz, Orxan və Şövqünün ondan miras qalan evdə yaşadıqlarını, həmin torpaqda 2 ev olduğunu, birində Orxanın qaldığını bildirmişdir. İş üzrə iddiaçı İddiaçı1 və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Dərvişlər Kənd Soveti tərəfindən verilmiş 07.12.1967-ci il tarixli İ- ИЕ № 535894 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı1 07.12.1967-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.06.2010-cu il tarixli Az-İ № 375576 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01.06.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 20.02.2020-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şərur rayon Arbatan kəndində yerləşən, reyestr nömrəsi **********37-10301 olan fərdi yaşayış evinin sahibi X7r. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun 04.05.2021-ci il tarixli 09 nömrəli qərarından görünür ki, İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Arbatan Kənd İƏDN-in 19.05.2021-ci il tarixli 105 nömrəli arayışından görünür ki, X9 vəfat edəndən sonra onun yaşadığı evdə İddiaçı1 və İddiaçı2 yaşayır. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Arbatan Kənd İƏDN-in 21.05.2021-ci il tarixli 111 nömrəli arayışından görünür ki, X9 vəfat edəndən sonra onun varisləri arvadı İddiaçı1, uşaqları İddiaçı2, İddiaçı3, Cavabdeh2, X10, Cavabdeh4 qalmışdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun 23.07.2021-ci il tarixli məktubundan görünür ki, X9 vəfat edəndən sonra onun varisləri mirasın qəbul olunması ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X9 01.06.2010-cu il tarixdə vəfat etmişdir. X9 öldükdən sonra iddiaçılar arvadı İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabdehlərdən X10 mirası faktiki olaraq qəbul etmiş və orada yaşamışlar. Digər vərəsələr Cavabdeh2 və Cavabdeh4 isə mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 2 Saylı Notariat Kontoru digər vərəsələr yazlı formada müraciət etmədiyindən və onların arasında mübahisələrin olduğu ehtimalından 04.05.2021-ci il tarixli 09 nömrəli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçılar və X10 mirasın açıldığı vaxtdan 3 ay ərzində mirası faktiki qəbul etmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4 isə mirasın qəbul edilməsi ilə bağlı müəyyən olunmuş müddət ərzində müraciət etməmiş və mirası faktiki qəbul etməmişlər. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarına yuxarıda qeyd edilən normaları tətbiq edən məhkəmə bu nəticəyə gəlir ki, məhkəmə Şərur Rayon 2 Saylı Notariat Kontorunun 04.05.2021-ci il tarixli 09 nömrəli qərarı ləğv edilməli və mirasın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən qəbul olunması müəyyən edilməlidir. İşə iddia tələbi hüdudlarında baxıldığından məhkəmə X5 mirası qəbul etməsi barədə qətnamə çıxara bilməz və hazırkı qətnamə gələcəkdə həmin şəxsin mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçıların cavabdehlərdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur Rayon 2 Saylı Notariat Kontorunun 04.05.2021-ci il tarixli 09 nömrəli qərarı ləğv edilsin və 01.06.2010-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-465/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-465/2021
23.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver