Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-494/2024 31.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 112 (bir yüz on iki) kisə azot adlı kübrə və ya onun hazırki bazar qiyməti olan 1680 (bir min altı yüz səksən) manat məbləğində pulun cavabdeh X4 alınaraq onların xeyrinə ödənilməsi, eyni zamanda dövlət tərəfindən köməklik məqsədilə onlara ödəniləcək pulun cavabdeh tərəfindən alındıqdan sonra aralarında bərabər şəkildə bölünməsi öhdəliyinin cavabdeh X7 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində qeyd etmişlər: Bildirirk ki, biz iddiaçılar və cavabdeh olaraq bir-birimizi uzun müddətdir ki, həmkəndli kimi tanıyır və vaxtı ilə aramızda yaxşı münasibətlər də olmuşdur. Bu səbəbdən də biz 2023-cü ilin noyabr ayında ortaq şəkildə qazanc əldə etmək məqsədilə Şərur rayonu Bəhruz Kəngərli kəndi ərazisində 1750 manat qarşlılğında 59 ha dövlət fondu torpağını icarə götürərək buğda əkmək qərarına gəldik. Aramızdakı razılaşmaya əsasən həmin buğda əkininin sənədləşmə işlərini Cavabdeh həvalə etdik ki, digər təsərrüfat işlərini biz birlikdə həyata keçiriririk. 2024-cü ilin yanvar ayında biz cavabdhdən borc olaraq 115 kisə azaot adlı kübrə alıb əkin sahəsinə səpdik. Hansı ki, dövlət tərəfindən bizə güzəştli şərtlərlə 442 kisə azot adlı kübrə veriləcəyini bilirdik. Sənədləşmə işləri cavadehin adından aparıldığından kübrə də ona verilməli idi. Cari ilin aprel ayında isə cavabdeh dövlətdən 442 kisə azot adlı kübrə alsa da, bizə cəmi 330 kisə azot vermiş, aramızdakı razılaşmanı pozaraq, ortaqlıq işləri ilə bağlı öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin ortaqlıq işinə olan laqeyid münasibəti səbəbindən hazırda icarə götürdüyümüz torpaq sahəsinin müvafiq kübrə ilə dərmanlanması vaxtını ötürməkdəyik. Cavabdeh isə bu davranışı ilə bizə maddi və mənəvi ziyan vurmaqla aramızdakı razılaşmanı pozaraq öhdəliklərini yerinə yetirmir. Cavabdehin qanuna zidd hərəkətləri ilə bağlı tərəfimizdən Şərur rayon Polis İdarəsinə də müraciət edilmiş, lakin həmin orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda, cavabdehin hərəkətlərinə münasibətdə cinayət işinin başlanılması rədd edilmiş və bizə müvfiq tələblə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.Bu səbəbdən də biz hazırki tələblə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən bizə vurulmuş maddi ziyanın ödənilməsini tələb edirik. Eyni zamanda, buğda əkini ilə bağlı dövlət tərəfindən sahibkarlara köməklik məqsədilə pul veriliri ki, bu səbəbdən də bizə (icarə götürülən torpaq sahəsinə uyğun olaraq) 3245 manat məbləğində pul veriləcəkdir. Belə olan təqdirdə də cavabdehin qeyd edilən məbləği də mənimsəyəcəyi ehtimalı var. Bu səbəbədən də hesab edirik ki, qalıq 112 kisə azot kübrəsi və ya onun hazırki bazar qiyməti olan 1680 manat pul Cavabdeh alınaraq bizim xeyrimizə ödənilməli, eyni zamanda dövlət tərəfindən köməklik məqsədilə bizə ödəniləcək pulun aramızda bərabər şəkildə bölünməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə birlikdə buğda əkdiklərini, dövlət tərəfindən onlara 442 torba azot verildiyini, 220 torba azotu buğda sahəsinə səpdiyini, 110 torba azotu isə Arif, İldırım, Mehman və Xəlil boşaltmağa gəlmədikləri üçün öz həyətinə apardığını, dövlət tərəfindən azot verilməmişdən əvvəl 69 torba azotu Kəngərli rayonundan alıb sahəyə səpdiyini, 110 torba azotdan 69 torbasını öz borcunun əvəzi olaraq götürdüyünü, qalan 41 torba azotu Səyyub Abdullayevin traktoru ilə buğda sahəsinə səpdiyini, iddiaçılara heç bir borcunun qalmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X1 ifadəsində 2024-cü ilin yaz aylarında Fizulinin ona həyətində azot olduğunu, azotu sahəyə aparmaq lazım olduğunu bildirdiyini, oğlu Zaleyiblə birlikdə Fizulinin həyətinə getdiklərini, Fizuli və Zaleyibin azotu Qazelə yüklədiklərini, birlikdə Bəhruz Kəngərli kəndinə getdiklərini, azotu boşaldıb geri qayıtdığını, nə qədər azot apardığını bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X2 ifadəsində Fizulinin həyətində atası Məmmədə məxsus Qazelə azot yüklədiklərini, Bəhruz Kəngərli kəndinə gedib azotun bir hissəsini arpanın, bir hissəsini də buğdanın yanında bir yerə boşaltdıqlarını, daha sonra həmin azotun traktorla buğdaya və arpaya səpildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X5 ifadəsində 2024-cü ilin yaz aylarında Fizulinin ona azot var, onu sahəyə səpək dediyini, traktorla onun sahəsinə getdiklərini, azotu 4 km uzaqdan traktora yükləyib gətirib buğda sahəsinə səpdiyini, cəmi nə qədər azot səpdiyini bilmədiyini, sahənin ətrafından azot götürmədiyini, azotu səpməyinin qarşılığında Fizulinin ona 11 torba azot verdiyini, həmin azotu Fizulinin həyətindən götürdüyünü bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X3 ifadəsində 2024-cü ilin yaz aylarında Fizulinin ona azot daşımasını istədiyini, Aqrolizinqə gedib oradan azotu götürüb Bəhruz Kəngərli kəndinə arpa sahəsinin yanına 2 reys azot boşaltdığını, 3-cü reysi Fizulinin həyətinə boşaltdığını, 4-cü reysi isə yenə Bəhruz Kəngərli kəndinə aparıb arpa sahəsinin yanına boşaltdığını, hər reys üçün 50 manata razılaşdıqlarını, İldırımın ona 80 manat pul verdiyini, qalan 120 manatı isə hələ də vermədiklərini bildirmişdir. Məhkəmə baxışı ərəfəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə ərizə təqdim edərək ərizədə məhkəmədə Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia qaldırdıqlarını, hal-hazırda cavabdehlə öz aralarında razılığa gəldiklərini, buna görə də, iddialarından imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini, eyni zamanda ərizəni imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bildiklərini və imzaları ilə təsdiq etdiklərini bildirmişlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıların iddia tələblərindən imtina etmələrinə etirazının olmadığını qeyd edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur, buna görə də hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-494/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-494/2024
31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver