Məhkəmə qərarları › İş №2(110)-550/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-550/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-550/2025 30.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X3 Elmar oğlunun sədrliyi, qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək X1 ölümündən sonra miras qalmış əmlakdan qanun üzrə vərəsəliyə görə hər birinə müəyyən olunmuş 4 (dördə bir) hissə payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş, xx.xx.2025-ci il tarixə məhkəmə hazırlıq iclası təyin olunmuşdur. Mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, məhkəmə hazırlıq iclasına İddiaçı3 və Cavabdeh gəlmiş, digər iddiaçılara isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə digər idiaçıların iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmyə ərizə təqdim edərək ərizədə Şərur Rayon Məhkəməsinin icraatında onların və digər İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair 2(110)- 550/2025 saylı mülki işin olduğunu, hazırda onların işlərinə məhkəmədə baxılmasını istəmədiklərini və Mülki Prosessul Məcələllənin 170-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizələrinin ona əlavə olunmuş sənədlərlə birlikdə onlara geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların ərizəsinin mahiyyət və məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçılar tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCin Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı3 tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-in Şərur Rayon Filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Orucəliyev Abil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar