Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-559/2020 11.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştrakı ilə, Ərizəçi “doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinə əlavə etdiyi sənədləri sübut növü kimi nəzərə alaraq, doğum aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, onun doğum aktları kitabında soyadının “Mehdibəyli" kimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəsini müdafiə edərək, xx xxxxxx 1983-cü ildə Şərur rayon Aralıq kəndində anadan olduğunu, doğum haqqında şəhadətnamədə soyadının “Mehtibəyli” kimi qeyd olunduğunu, doğum haqqında akt qeydi kitabından çıxarış alımaq zərurəti yarandığından Maraqlı şəxsnə müraciət etdiyini, doğum haqqında akt qeydi kitabında soyadı “Mehtiyev” kimi qeyd olunduğu üçün Qeydiyyat şöbəsi tərəfindən çıxarışı “Mehtiyev” soyadı ilə verə biləcəklərini bildirdiklərini, doğum haqqında akt qeydi kitabında düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməkdən imtina edilərək məhkəməyə müraciət etməyini məsləhət gördüklərini, həmçinin əslində soyadının “Mehdibəyli” olduğunu, hərbi bilet və diplomunda soyadının “Mehdibəyli” kimi qeyd olunduğunu, uşaqlarınında bütün sənədlərdə soyadlarının “Mehdibəyli” kimi yazıldığını, bu düzəlişi başqa formada etmək mümkün olmadığından məhkəməyə müraciət etməyə məcbur olduğunu qeyd edərək, ərizəsinə əlavə etdiyi sənədləri sübut növü kimi nəzərə alaraq, doğum aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi və onun doğum aktlarının qeydiyyatı kitabında soyadının “Mehdibəylikimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutları məcmu halında qiymətləndirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Aralıq kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi soyadı “Mehtibəyli” olaraq qeyd etmişdir. İş materiallarına əlavə edilmiş AO № ******* seriyalı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi soyadı “Mehdibəyli” olaraq qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Şərur RPŞ tərəfindən verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi soyadı “Mehtibəyli” qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayon Aşağı Aralıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ № 416006 seriyalı nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə Ərizəçi ilə X2 arasında nikah bağlanmış və onlara “Mehtibəyli” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “ali təhsil haqqında” sənəd olan Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi soyadı “Mehdibəyli” olaraq qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 242/2 nömrəli məktubda qeyd olunmuşdur ki, doğum haqqında akt qeydində soyadı “Mehtiyev” yazıldığından düzəliş etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə Ərizəçi doğum haqqında akt qeydi kitabında soyadının "Mehtiyev" kimi yazılmasının düzgün olmaması müəyyən edilməlidir. Çünki iş materialında tədqiq olunmuş ərizəçiyə məxsus sənədlərin təsdiqlənmiş surətləri ilə təsdiq olunur ki, ərizəçinin soyadı "Mehtibəyli" və ya "Mehdibəyli" kimi qeyd edilməsinə baxmayaraq, doğum haqqında akt qeydi kitabında soyadı düzgün olmayaraq "Mehtiyev" kimi yazılmış, müvafiq qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Ərizəçi izahatında familiyasının əslində "Mehdibəyli" olduğunu, bunun iş materiallarına əlavə etdiyi bir neçə sənədlərdədə öz təsdiqini tapdığını, hətta uşaqlarına məxsus sənədlərdə də onların soyadları "Mehdibəyli" yazıldığından, düzəliş edilərkən soyadının "Mehdibəyli" kimi yazılmasını xahiş etdiyindən, məhkəmə bu qənaətə gəlir ki, Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Mehtiyev“ soyadına düzəliş edilərək ərizəçinin soyadının "Mehdibəyli" kimi yazılması daha məqsədəmüvafiq olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır; 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək, hazırki iş üzrə hüquq haqqında mübahisə olmamasını, müvafiq düzəlişin edilməsinə müvafiq icra hakimiyyəti tərəfindən imtina olunduğunu, həmçinin iş üzrə tədqiq edilmiş bütün sübutlar və ərizəçinin xahişini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi barəsində Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilməli və onun Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Mehtiyev“ soyadına düzəliş edilərək soyadı "Mehdibəyli" kimi yazılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi barəsində Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. Ərizəçi Maraqlı şəxs doğum haqqında akt qeydiyyatı kitabında “Mehtiyev“ soyadına düzəliş edilərək soyadı "Mehdibəyli" kimi yazılsın. Qətnamə düzəlişin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-559/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-559/2020
11.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver