Məhkəmə qərarları › İş №2(110)-654/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-654/2023

26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-654/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzildə yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şərur rayonu, Yengicə kəndində ona məxsus olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması və Cavabdeh tərəfindən həmin mənzildə yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdeh ilə 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahdan bir uşaqlarının doğulduğunu, cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyindən Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikahın xx.xx.2016-cı il tarixdə pozulduğunu, 2018-ci ildə cavabdehlə barışdıqları üçün onunla birlikdə Şərur rayonu, Yengicə kəndində özünə məxsus olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamağa başladıqlarını, lakin uzun müdddətdir ki, cavabdehlə münasibətlərinin yenidən pozulduğunu, hazırda atasına məxsus ünvan 1 ünvanında yaşadığını, Günelin isə Şərur rayonu, Yengicə kəndində yerləşən və onun adına olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşadığını, Günelin cehiz əşyaları həmin mənzildə olduğunu, mənzilin boşaldıqdan sonra ona təhvil verməsini bir müddət gözlədiyini, lakinin Günelin həmin evi öz evi kimi istifadə etməyə davam etdiyini, mənzilin açarlarının Güneldə olduğunu, dəfələrlə ondan evin boşaldılmasını istəsə də ona məhəl qoymadığını, bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd etdiyi halları və ötən məhkəmə iclasında verdiyim izahatını təsdiq etdiyini, nikahları pozulduqdan sonra 2 il ayrı yaşadıqlarını, sonra barışıb bir ailədə yaşamağa başladıqlarını, lakin yenə yola gedə bilmədiklərini, hal-hazıra 2 aydır ki, ərarvad münasibətlərinin kəsildiyini, cavabdeh aldığı ərzaqları istifadə etməyərək onları yarasız vəziyyətə saldığını, uşağı ilə görüşməsinə manelər törətdiyini, ona və ailəsinə qarşı hörmətsizlik etdiyini, onunla barışıb bir ailə yaşamağının mümkün olmadığını, uşaqlarına atalıq edəcəyini, alimentini ödəyəcəyini, cavabdehlə barışdıqdan sonra onun xəstəliyi ilə əlaqədar olaraq nikaha düşmədiklərini, cavabdehin Qarxun kəndində ailəsinə məxsus boş evləri olduğunu, həmin evdə yaşaya biləcəyini, uşağın atası olduğunu, həmin torpaq sahəsini 2019-cü ildə 15000 manata alaraq onun üzərində ev tikdiyini,10-15 gündür ki, həmin evdə yaşadığını bildirərək ddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçının dedikləri həqiqətə uyğun olmadığını, 2017-ci ildə barışaraq bir ailədə yaşamağa başladıqlarını, 2023-cü ilin aprel ayına qədər kirayədə yaşadıqlarını, 2023-cü ilin aprel ayında həmin evə köçdüklərini, evin açarlarının ikisində də olduğunu, ondan evdən getməsini istəmədiyini, iddiaçının özü evdən getdiyini, münasibətlərinin 2 aydır ki, kəsildiyini, aralarında mübahisə olanda Eminin valideynləri həmişə araya girdiklərini, bu da onların münasibətlərinin daha da korlanmasına səbəb olduğunu, uşaqla görüşən vaxt iddiaçı və onun qardaşı özünün haqqında düzgün olmayan məlumatlar verdiklərini, buna görə uşağının onlarla görüşmək istəmədiyini, Qarxun kəndində ata evinin olmadığını, oradaki evin nənə-baba evi olduğunu, həmin ev halhazırda yararlı vəziyyətdə olmadığını, orada yaşamaq üçün normal şəraitinh olmadığını, ata evinin Naxçıvan şəhərində olduğunu, evli olan vaxtı onu kirayə verərək qazanc götürdüklərini, Sonra qardaşı onun payına düşən hissəsini pulundan çıxaraq 27000 manata Eminə satdığını, Eminin sonra həmin evi 42000 manata satdığını, Şərur rayonunda torpaq alıb hazırda yaşadığı evi tikdiyini, həmçinin Eminin Naxçıvan şəhərində başqa evinin olduğunu, özünün hal-hazırda 7 aylıq hamilə olduğunu, 2 aydır ki iddiaçının onlara heç bir köməklik etmədiyini, valideynləri sağ olmadığından dayısının, bibi oğlunun köməklik etdiyini, hamilə olduğu müddətdə imkanı olmadığından heç bir yoxlamadan keçmədiyini, iddiaçının onlara heç bir köməklik etmədiyini, həmişə nikaha daxil olmağını istəsə də o bir bəhanə gətirərək bundan imtina etdiyini, xəstəliyinin nikaha daxil olmağa heç bir maneçilik törətmədiyini, həmin xəstəlik hamıdan olan xəstəlik olduğunu, hamilə vəziyyətdə və bir azyaşlı uşaqla qalacaq yerinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı yazılı sübutlar tədqiq olunarkən iddiaçının ərizəsində göstərdiyi yaşayış sahəsinin dövlət qeydiyyatına alınmadığı və özbaşına tikili olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya müvafiq sübutları tamamlamaq təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddiaçının ərizəsini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2023-cü tarixli ********** nömrəli qəbzə əsasən "xxxx"ASC-nin Şərur filialı vasitəsilə ödədiyi 100 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzildə yaşayış və istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCnin Şərur filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar