Məhkəmə qərarları › İş №2(110)-711/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-711/2023

10.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-711/2023 10.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh1 və cavabdeh tərəfdən 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh2nə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Düdəngə kəndində yerləşən ½ payların müəyyən olunmaqla birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 adlarına qeydiyyata alınmış 0,1079 ha həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddia ərizəsində iddiaçının tələbinin nədən ibarət olması aydın şəkildə öz əksini tapmamışdır. Belə ki, iddia tələbi “torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payın naturada ayrılması” kimi qeyd olunmuşdur. Lakin özbaşına tikiliyə mülkiyyət hüqunun tanınması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamış, həmçinin iddia tələbində özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması göstərilməmişdir. Ailə Məcəlləsinin 32-ci maddəsi isə yalnız tərəflərin mülkiyyəti olan əmlakın onlar arasında bölünməsi və ya ondan payın ayrılması imkanını müəyyən etmişdir. Başqa sözlə iddiaçının özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmadan özbaşına tikilini faktiki olaraq mülkiyyət kimi naturada ayırması mümkün deyildir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.4-cü maddəsinə görə ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin X1 Xəzinədarlıq Orqanının hesabına xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar