Məhkəmə qərarları › İş №2(110)-716/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-716/2022

27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-716/2022 27.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış və istifadə hüququnun təmin edilməsi və əmlak tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Ələkli kəndində yaşadıqları evə yaşayış və istifadə hüququnun təmin edilməsi, həmin evin təmir olunmasına çəkilmiş xərcin bu günə bazar qiyməti ilə dəyərinin yarısının Cavabdeh2 alınaraq ona ödənilməsi, yuxarıda qeyd olunan qızıl-ziynıt əşyaları, olmadığı təqdirdə həmin qızıl-zinət əşyalarının bu günə bazar qiyməti ilə dəyərinin, cehizlik əşyalarıolmadığı təqdirdə onların bu günə bazar qiyməti ilə dəyərinin Cavabdeh1 alınıb öna ödənilməsi, birgə mülkiyyətlərində olan çöl təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ pay hüququnun tanınmasına və birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ pay hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı ərizəsində dövlət rüsumunun icraya yönəldilməməsini xahiş etdiyindən rüsum məsələsinə münasibət bildirmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış və istifadə hüququnun təmin edilməsi və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar