Məhkəmə qərarları › İş №2(110)-745/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-745/2024

02.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-745/2024 02.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan payın naturada ayrılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə paylı mülkiyyətdə olan Şərur rayon Düdəngə kəndində yerləşən 0.1079 ha həyətyanı torpaq sahəsindən onun ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 20 avqust 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla Cavabdeh ilə evləndiklərini, ailə qurduqdan sonra birlikdə Türkiyə Respublikasına gedib orada işlədiklərini, 2009cu ildə Türkiyə Respublikasından gəlib Şərur rayon Düdəngə kəndində yerləşən 0.1079 ha həyətyanı torpaq sahəsi aldıqlarını, torpaq sahəsi alarkən orada tikintisi tam bşa çatdırılmamış fərdi yaşayış evinin də olduğunu, həmin evdə yaşamaqla orada əlavə tikililər aparıb 2020-ci ilin iyun ayına kimi 3 uşağı ilə birlikdə həmin evdə yaşadıqlarını, sonra isə onun həmin evdə yaşamağı mümkün olmadığından uşaqlarını da götürərək evdən çıxmalı olduğunu, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən onların arasındakı nikahın Şərur Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2(110)- 159/2020 saylı qətnaməsi ilə pozulduğunu, övladlarının onun yanında saxlanıldığını, onun Şərur Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsi əsasında 24 iyun 2021-ci il tarixdə birgə nikah dövründə əldə etdiyi Şərur rayon Düdəngə kəndində yerləşən 0.1079 ha həyətyanı torpaq sahəsinə onun ½ mülkiyyət hüququ müəyyən olunmaqla 2(110)-89/2021 nömrəli qətnamə qəbul edildiyini, həmin qətnamə əsasında 10 noyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsi üzərində ½ mülkiyyət hüququnu müəyyən edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinən çıxarış rəsmiləşdirildiyini, haliyədə həmin evdə Cavabdeh yaşamaqla torpaq sahəsindən bütünlüklə istifadə etdiyini, onun özünün isə məcbur qalaraq Naxçıvan şəhərində kirayədə yaşadığını, mübahisələrinin aralarında həll olunması üçün Cavabdeh heç bir kompromisə gəlmək istəmədiyini, bununla bağlı X1 müraciət olunduğunu, lakin problemin həlli ilə bağlı bir nəticə əldə edilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı izahatına və iş materiallarında olan və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 400624 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə nikah pozulmuş, qadına “Məmmədova” soyadı verilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Düdəngə yerləşən 0.1079 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adlarına dövlət qeydiyyatına alınmışdır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 67 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Şərur rayonu Düdəngə kəndində 0.1079 ha həyətyanı torpaq sahəsindən İddiaçı düşən ½ (ikidə bir) payın texniki baxımdan naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, tədqiq olunan həyətyanı torpaq sahəsindən iddiaçının ½ (kidə bir) hissəsindən payının ayrılması (bölünməsi) zamanı, həmin həyətyanı torpaq sahəsi üzrə hansı dəyişikliklərin aparılması, iddiaçının sərəncamına düşən hansı sahələrdən ibarət olması və onun payına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində eləcədə rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Düdəngə yerləşən 0.1079 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adlarına dövlət qeydiyyatına alınmışdırNaxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Düdəngə yerləşən 0.1079 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adlarına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli, 67 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Şərur rayonu Düdəngə kəndində 0.1079 ha həyətyanı torpaq sahəsindən İddiaçı düşən ½ (ikidə bir) payın texniki baxımdan naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, tədqiq olunan həyətyanı torpaq sahəsindən iddiaçının ½ (kidə bir) hissəsindən payının ayrılması (bölünməsi) zamanı, həmin həyətyanı torpaq sahəsi üzrə hansı dəyişikliklərin aparılması, iddiaçının sərəncamına düşən hansı sahələrdən ibarət olması və onun payına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində eləcədə rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahəsinə payları artıq müəyyən edildiyindən və iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, Şərur rayonu Düdəngə kəndində 0.1079 ha həyətyanı torpaq sahəsinin naturada paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olduğundan, iddia təmin edilməli və İddiaçı ½ (ikidə bir) hissədə payı naturada ayrılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, onda istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər; - 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; - 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; -220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; -223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Şərur rayon Düdəngə kəndi ərazisində İddiaçı və Cavabdeh hər birinin adına ½ (ikidə bir) pay hüququ ilə qeydiyyata alınmış 0.1079 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payı naturada ayrılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar