Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-820/2021 17.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 ABŞ dolları və 15000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh 2015-ci ilin noyabr ayının əvvəllərində ona qarşı dələduzluq cinayəti törətdiyini, sırf ona məxsus 4000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirib ona maddi ziyan vurduğunu, belə ki, Cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək ona məxsus olan Bakı şəhəri ərazisində yerləşən dəmir sexində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kürdəmir rayonunda inşa etdiyi məktəbin stol və stullarının dəmir konstruksiya işinin görülməsi işini düzəltməyə yalan vəd verib aldadaraq 2015-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Heydər Əliyev adına parkın qarşısında 4000 ABŞ dollarını ələ keçirdiyini, verdiyi vədə əməl etməyib aldadaraq ona maddi ziyan vurmaqla dələduzluq etdiyini, bununla yanaşı Cavabdeh 2015-ci ilin əvvəllərində X1 bacısı oğlunu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ondan 4000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını, verdiyi vədə əməl etməyib həmin pulu qanunsuz yolla ələ keçirdiyini, Nəzir Nəcəfovun 4000 ABŞ dolları məbləğində pul vəsaitini bilavasitə ondan alıb və Cavabdeh onun vasitəsilə verdiyini, çünki Cavabdeh onun üzündən tanıdığını, Cavabdeh həmin zərəri bilavasitə ona vurduğunu, törətmiş olduğu bu və ya digər dələduzluq cinayətlərinə görə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli 1(011)-69/2018-ci il saylı hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Cavabdeh həmin cəzanı çəkib qurtardığını, ondan almış olduğu pulun qaytarılmasına dair cavabdehə etdiyi tələblərin nəticəsiz qaldığını, ona etdiyi maddi və mənəvi zuyana görə bir sıra xəstəliklərdən əziyyət çəkdiyinə görə Şərur Rayon Məhkəməsinə gəlmək imkanının olmadığını, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməli olduğunu, Xətai Rayon Məhkəməsindən ona Şərur Rayon Məhkəməsinə müraciət edilməli olduğunu bildirdiklərini, Cavabdeh ondan pul alması faktını iddia ərizəsinə əlavə etdiyi məhkəmə hökmü ilə bir daha təstiqini tapdığını, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən həmin məhkəmə hökmünün hazırki iddia tələbi üzrə sübut kimi qəbul olunmalı olduğunu, həmin maddəyə görə məhkəmənin işin gedişində təqdim olunmuş ancaq işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutları qəbul etdiyini və nəzərə alındığını, həmin məcəllənin 82.4 –cü maddəsinin tələblərinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyatı məsələlərində mülki işə baxan məhkəmə və hakim üçün məcburi olduğunu, Cavabdeh tərəfindən törədilmiş cinayət hərəkəti nəticəsində ona əlavə olaraq mənəvi zərər də yetirildiyini, belə ki, ona Təhsil nazirliyinə satacağı şagird partaları, paltar şkafları lövhələrvə sairə avadanlıqlar istehsal etmək üçün 55000 manatlıq material aldırdığını, sonda onun o pulları ödədiyini nəticədə əsəb sarsıntısı keçirməklə ciddi xəstəliklər tapdığını, bu xüusata görə 15000 manat mənəvi zərərə görə pul tələb etdiyini, qeyd olunan hüquq normalarına əsasən Cavabdeh 8000 ABŞ dolları və 15000 manat pul tutularaq ona ödənilməli olduğunu hesab etdiyini qeyd edərək, Cavabdeh 8000 ABŞ dolları və 15000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı gəlməmiş, lakin məhkəməyə teleqramlar göndərərək, teleqramında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştrak etmək imkanının olmadığını, bu haqda oplan xəstəlik tarixindən çıxarışın əslini iddia ərizəsinə əlavə etdiyini, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, iş materiallında olan sübutlarla əlaqəli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Xətai Rayon Məhkəməsini 20 aprel 2018-ci il tarixli 1(011)-69/2018 saylı hökmünün surətindən görünürki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçasının (xəstəlik tarixindən) 01.10.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı 2015-ci ildən, 6 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır, ambulator müalicə kursları qəbul etmiş, 2015-ci ildən nevroloji kabinetdə mütəmadi olaraq müalicə kursları qəbul etmiş, o, başağrıları, başgicəllənmə əsəbilik yaddaş pozğunluğundan şikayətlənmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh etibarından sui-istifadə edərək İddiaçı məxsus olan Bakı şəhəri ərazisində yerləşən dəmir sexində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kürdəmir rayonunda inşa etdiyi məktəbin stol və stullarının dəmir konstruksiya işinin görülməsi işini düzəltməyə yalan vəd verib aldadaraq 2015-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Heydər Əliyev adına parkın qarşısında 4000 ABŞ dollarını ələ keçirməklə, həmçinin Cavabdeh 2015-ci ilin əvvəllərində X1 bacısı oğlunu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatdığına görə, İddiaçı 4000 ABŞ dolları məbləğində pul vəsaitini X2 vermiş, X3 isə İddiaçı vasitəsi ilə 4000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh yalan vəd verərək həmin pulu qanunsuz yolla ələ keçirməklə İddiaçı ümumilikdə 8000 ABŞ dolları məbləğində ziyan vurmaqla, ona qarşı dələduzluq etmişdir. Bunun nəticəsi olaraq da Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 1(008)-19/2021 nömrəli, 19 mart 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh təqsirini etiraf etmiş və İddiaçı həmin cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Beləliklə, iddia tələbinin maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, Cavabdeh İddiaçı 8000 (səkkiz min) ABŞ dolları məbləğində ziyan vurması öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarda həmçinin Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda həmçinin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı isə işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı maddi ziyan vurması müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı, əsəb və stress keçirməsi də qaçılmazdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçasının (xəstəlik tarixindən) 01.10.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı 2015-ci ildən, 6 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır, ambulator müalicə kursları qəbul etmiş, 2015-ci ildən nevroloji kabinetdə mütəmadi olaraq müalicə kursları qəbul etmiş, o, başağrıları, başgicəllənmə əsəbilik yaddaş pozğunluğundan şikayətlənmişdir. Ona görə də məhkəmə Cavabdeh tərəfindən İddiaçı vurulmuş mənəvi zərərin məbləğini 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini ağılabatan və ədalətli hesab edir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 8000 (səkkiz min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 176 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 8000 (səkkiz min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 176 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-820/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-820/2021
17.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver