Məhkəmə qərarları › İş №2(110)-840/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-840/2024

02.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-840/2024 02.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və hüquqların dövlət qeydiyyatına alınması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Diyadin kənd ərazisində yerləşən şərur rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1999-cu il tarixli 06 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-0037 nömrəli dövlət aktı əsasında verilmiş 4100 m² kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara düşən payın naturada ayırmaqla hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində, məhkəmədə Cavabdeh qarşı “payların müəyyən olunması və hüquqların dövlət qeydiyyatına alınması tələbi barədə” iddia qaldırdığını, hal-hazırda cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiklərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2030 nömrəli qəbzlə Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və hüquqların dövlət qeydiyyatına alınması tələbi barədə” mülki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2030 nömrəli qəbzlə Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar