Məhkəmə qərarları › İş №2(110)-857/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-857/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-857/2023 24.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Kürçülü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 6390 (altı min üç yüz doxsan) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 84 (səksən dörd) manat pulun, ümumilikdə 6474 (altı min dörd yüz yetmiş dörd) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Kürçülü kənd ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin Şərur rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1997-ci il tarixli 06 nömrəli qərarına əsasən JN-009B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə rəsmiləşdirməklə onların birgə mülkiiyyətinə verildiyini, onun 2006-cı ildə işləmək üçün ailəsi ilə birlikdə Türkiyə Respublikasına getdiyini, uzun müddəttdir ki, Türkiyə Respublikasında ailəsi ilə birlikdə yaşadığını, 2011-ci ildə qaynı Cavabdeh ona Şərur rayon Kürçülü kəndində qonşusunun öz evini satmaq istediyini bildirdiyini, onun isə həmin satılan evin alınması üçün ona 5000 (beş min) manat pulu sabiq qudası Əvəz hüseynovla göndərdiyini, Əvəz Hüseynovun pulu qaynanasının iştirakı ilə qaynı Cavabdeh verdiyini, lakin həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq qaynının həmin evi almadığını, onun X2 pulun qaytarılmasını tələb etsə də, onun buna məhəl qoymadığını, onun 2023-cü ilin iyul ayında Türkiyə Respublikasından geri qayıtdığını, Türkiyə Respublikasından geri döndükdə qaynı Cavabdeh onların mülkiyyətində olan həyətyanı torpaq sahəsində olmuş 25 ədəd qələmə ağacını hər birini 20 manatdan 500 manat dəyərində, 1 ədəd kaçat 80 manat dəyərində, 60 ədəd 3 kq banka 60 manat dəyərində, 6 ədəd 5 metrlik diametri 150 mm olan dəmir boru 600 manat dəyərində və 1 ədəd diametri 400 mm olan dəmir boru 150 manat dəyərində olan ümumilikdə 1390 manat dəyərində əmlakını sataraq mənimsədiklərini, cavabdehlə pulların geri qaytarılması barədə dəfələrlə söbətlər aparılsa da, ona məhəl qoymadığını, ona görə də o məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qaldığını, onun Türkiyə Respublikasından göndərdiyi pulun qaynı Cavabdeh verilməsini başqa yolla sübut edə bilmədiyi üçün sabiq qudası Şərur rayon Çomaxtur kənd sakini Əvəz Hüseynovun məhkəməyə şahid qismində çağırılmasını və onun ifadəsinin alınmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlar eyni məzmunlu izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahid X4 ifadəsində Nahidə ilə əvvəllər quda olduqlarını, Nahidənin qaynı Mahirin kənddə evi sataraq Bakı şəhərinə köçdüyünü, qızının Nahidənin gəlini olduğunu, evi qızıgilin almaq istədiklərini, onların hamısının İstanbulda yaşadıqlarını, Nahidənin İstanbulda onlara gəldiyini, onlarda Mahirin qardaşı Zahirlə danışdıqlarını, evi onların almaq istədiyini dediyini, Nahidənin əri və oğlu Mahirin evini almaq üçün 5000 manata Zahirlə razılaşdıqlarını, pulu ona verdiklərini, pulu gətirib Kürçülü kəndində Zahirə verdiyini, həmin vaxtı Mahirlə Zahirin biryerdə olduqlarını, Zahirlə danışdıqları üçün pulu sayıb Zahirə verdiyini, qızı ilə Nahidənin oğlunun ayrıldığını, qalan söz-söhbətdən xəbərinin olmadığını bildirmişdir Məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materialında olan xx.xx.2023-cü il tarixli 26006 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, 2011-ci ildə Cavabdeh iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq qardaşı Mahirin kənddə yaşayış evini 5000 (beş min) manata sataraq Bakı şəhərinə köçmək istədiyini bildirmiş, iddiaçı isə həmin yaşayış evini almaq üçün keçmiş qudası X3 vasitəsilə qaynı, yəni iş üzrə Cavabdeh 5000 (beş min) manat məbləğində pul göndərmişdir. İş üzrə məhkəmə baxışı iclasında ifadə verən X4 iddiaçıdan aldığı 5000 manat pulu aparıb Şərur rayon Kürçülü kəndində Cavabdeh verdiyini, onlar arasında ondan sonra baş verən məsələlərdən xəbərinin olmadığını bildirmişdir. Lakin məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, cavabdeh həmin pulu Mahirə vermədiyindən, Mahir həmin ev başqasına satılmışdır. Haliyədə isə iddiaçının dediyinə görə verdiyi pulu cavabdehdən tələb etsədə, cavabdeh tərəfindən həmin pulun iddiaçıya qaytarılması təmin edilməmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə 5000 (beş min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən əlavə olaraq onların mülkiyyətində olan həyətyanı torpaq sahəsində olmuş hər biri 20 manatdan olmaqla 25 ədəd qələmə ağacının dəyəri olan 500 manat, 1 ədəd kaçatın dəyəri olan 80 manat, 60 ədəd 3 kq-lıq bankanın dəyəri olan 60 manat, 6 ədəd 5 metrlik, diametri 150 mm olan dəmir borunun dəyəri olan 600 manat və 1 ədəd diametri 400 mm olan dəmir borunun dəyəri olan 150 manat olmaqla, ümumilikdə 1390 manat məbləğində pulun da cavabdehdən alınaraq ona ödənilməsini tələb etsədə, həmin tələb üzrə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini həmin hissədə yalnız öz izahatı ilə əsaslandırmışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Belləliklə də, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Bununla da cavabdehin hər hansı təqsirli qanunsuz hərəkəti nəticəsində iddiaçıya qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Bununla da məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi həmi hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio“(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X5 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçnın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddia tələblərinə qarşı etirazını əsaslandıran halları sübut etməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumunun 18 (on səkkiz) manatı iddiaçıya aid edilməli, qalan 66 (altmış altı) manat isə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklədə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 5000 (beş min) manat məbləğinə borc və ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun 66 manatı olmaqla, ümimilikdə 5066 (beş min altmış altı) manat məbləğində pul alınarq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğinə borc və ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun 66 manatı olmaqla, ümimilikdə 5066 (beş min altmış altı) manat məbləğində pul alınarq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar