Məhkəmə qərarları › İş №2(110)-87/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-87/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-87/2024 05.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.70 m² mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.70 m² olan mənzili ona anası X4 bağışladığını, bununla bağlı ona 27 may 2015-ci il tarixli MH seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın da verildiyini, mülkiyyətində olan mənzildə aşağıda göstərilən şəxslər - Cavabdeh1, X12, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5 qeydiyyatda dursalar da, uzun müddətdir ki, onların mənzildə yaşamadığını, cavabdehlərin mənzilin onun adına qeydiyyata alınmasından sonra daimi yaşamaq üçün başqa ünvana köçdüklərini və onlarla əlaqə olmadığından faktiki yaşadıqları ünvanın da məlum olmadığını, hal-hazırda onlara məxsus heç bir əşyanın belə ona məxsus mənzildə qalmadığını, cavabdehlərin ona məxsus mənzildə pasport qeydiyyatında qaldıqlarına görə onun onların əvəzinə kommunal xərcləri ödəmək, eyni zamanda digər vəzifələr də daşımaq məcburiyyətində qaldığını, bundan başqa cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının da məhdudlaşdırıldığını, bununla bağlı əvvəllər cavabdehlərə mənzildən qeydiyyatdan çıxmaları barədə dəfələrlə müraciət etsə dəonların hazırkı günədək ona məxsus mənzildən qeydiyyatdan çıxmadıqlarını, bu səbəbdən tərəfindən hazırkı tələblə məhkəməyə müraciət etmək zərurətinin yarandığını, odur ki, ərizəsində göstərilənlərə əsasən cavabdehlərin ona məxsus əmlaka dair istifadə hüququna xitam verilməli olduğunu hesab etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq о, məhkəmə iclaslarına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçını vəkili və nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında iş üzrə cavabdehlərdən Cavabdeh1 və X9 iddiaçının qızları, digər cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 isə iddiaçının uzaq qohumları olduğunu, onların ümumiyyətlə uzun müddətdir həmin mənzildə yaşamadıqlarını, hər birinin ayrı-ayrı ünvanlarada yaşadıqlarını, sadəcə sözügüdən mənzildə qeydiyyatda durduqlarını, bunulada iddiaçının mülkiyyəti üzərində sərəncam və digər hüquqlarının məhdudlaşdırıldığını deyd edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq оnlar, məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddiaçının vəkili və nümayəndəsinin izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2015-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X6 adına qeydiyyata alınmışdır; - Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X3 ilə X11 arasında nikah pozulmuş, nikah pozulduqdan sonra qadına “Nəzərova” soyadı verilmişdir; - Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 1353 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; - Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1341, 1342, 1343, 1344, 1345, 1346 nömrəli arayışlardan görünür ki, Cavabdeh1, X12, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, uzun müddətdir ki, mənzildə yaşamırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdehləğrdən Cavabdeh1 və X9 iddiaçının qızları, digər cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 isə iddiaçının uzaq qohumları olması və onların ümumiyyətlə uzun müddətdir mübahisəli mənzildə yaşamamaları iddiaçını vəkili və nümayəndəsinin izhatı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərilərinə düşən vəzifələri yerinə yetirmirlər, onların formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının həmin əmlak üzərində maneəsiz hər cür istifadə etmək hüquqlarını məhdudlaşdırır, həmçinin o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir və cavabdehlərə görə əlavə kommunal xidmət haqları ödəyir. Beləliklə də, həmin mənzildə yaşamayan və mənzilin saxlanmasında iştirak etməyən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 mübahisə predmeti olan mənzilə istifadə hüququnun itirilməsi üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq ümumiyyətlə həmin ünvanda yaşamadığından, mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, iddiaçının həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə əsassız qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar