Məhkəmə qərarları › İş №2(110)-95/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-95/2021

09.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-95/2021 09.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsi cəlb etdiyi doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 doğum haqqında akt qeydləri kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, X2 doğum haqqında akt qeydləri kitabında doğum tarixinin xx.xx.2016-cı il kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi ərizəsində yetkinlik yaşına çatmayan qızı X2 xx.xx.2016cı il tarixdə Türkiyə Respublikasında doğulduğunu, lakin doğum şəhadətnaməsində qızının doğum tarixinin səhvən xx.xx.2018-ci il yazıldığını, yanlışlıqların düzəldilməsi üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, qeydiyyat şöbəsinin doğum akt qeydində düzəlişdən imtina etdiyini göstərmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında X4 ilə evləndiklərini, birgə yaşadıqları müddətdə 4 uşaqlarının doğulduğunu, bunlardan biri də xx.xx.2016-cı il tarixdə doğulmuş X2 olduğunu, Havva doğulduğu zaman Türkiyə Respublikasında yaşadıqlarını, Türkiyə Respublikasında yaşadıqlarından uşağa doğum haqqında şəhadətnamənin İstanbul şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən verildiyini, həmin şəhadətnamədə uşağın doğum tarixinin xx.xx.2018-ci il yazıldığını, uşaqlarının xx.xx.2016-ci il tarixdə doğulduğunu, bunun Türkiyə Respublikası tərəfindən verilmiş doğum anketlərində də öz əksini tapdığını, bu yanlışlıqlardan sonradan məlumatlarının olduğunu, yanlışlığın düzəldilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etdiklərini, Qeydiyyat Şöbəsi düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət etməyi bildirdiyini, bu il uşağının məktəbəqədər hazırlıq kursuna gedəcəyini, ona görə sənədlərini hazırlamalı olduğunu bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəalarına əsaslanaraq, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Türkiyə Respublikasının Sultanqazi Qeydiyyat Orqanının xx.xx.2019-cu il tarixli doğum anketindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin X1 Qeydiyyat Orqanının xx.xx.2019-ci il tarixli doğum anketindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 203798 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2019-cu il tarixli AZ-İV № 203799 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin digər uşağı X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/2 313/76 nömrəli məktubundan görünür ki, Qeydiyyat Şöbəsi doğum akt qeydinin düzəliş edilməsindən imtina etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin yetkinlik yaşına çatmayan qızı X5 xx.xx.2016-ci il tarixdə Türkiyə Respublikasında doğulmuşdur. Ərizəçi uşaq doğulan vaxtı Türkiyə Respublikasında yaşadığından uşağa doğum haqqqında şəhadətnamə İstanbul şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə uşağın doğum tarixi xx.xx.2018-ci il yazılmışdır. Lakin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin X1 Qeydiyyat Orqanı tərəfindən verilmiş doğum anketindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Həmçinin ərizəçini digər yetkinlik yaşına çatmayan uşağı X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Uşaqların ikisinin də eyni ilin eyni ayının müxtəlif tarixlərində, bir neçə gün fərqi ilə doğulması tibbi cəhətdən mümkün olmadığından və yuxarıda qeyd edilən yazılı sübutlarla da X2 doğum tarixinin səhvən xx.xx.2016-cı il əvəzinə xx.xx.2018-ci il yazılması sübut olunduğundan X2 doğum haqqında şəhadətnaməsində doğum tarixi ilə bağlı qeydiyyatın düzgün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə görə X1 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin məcəllənin 339.2-ci maddəsinə görə X1 qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə X1 qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Türkiyə Respublikasında xx.xx.2016-cı il tarixdə doğulmuş X2 doğum haqqında akt qeydiyyatı kitabında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. X2 doğum tarixi xx.xx.2016-cı il müəyyən edilməklə doğum akt qeydiyyatı kitabında düzəliş edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 1 ay müddətinə Şərur Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikyəti vermək olar Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar