Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-111/2021 15.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borcu olduğu 1100 manat məbləğində pulun və 30 manat məbləğində iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumunun, ümumilikdə 1130 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, mən 2020-ci il iyun ayının 12də Cavabdeh iri buynuzlu erkək mal satmışam. Bayramov X2 şəhərindəki ünvanıma gələrək maddi cəhətdən sıxıntıda olduğunu, bir-birimizi əvvəlcədən tanıdığımızı deyərək iri buynuzlu malı ona satmağımı istədi. Malı satacağım təqdirdə iki gün ərzində borcunu qaytaracağını vəd etdi. Ədalət mənə bildirdi ki, iribuynuzlu malı ucuz qiymətə məndən alıb öz kəndlərində baha qiymətə satacaq. Mənim də həmin vaxt pula ehtiyacım olduğundan razılaşdım. Mən özümə aid təsərrüfatımda Şahbuz rayonu, Keçili kəndi ərazisində iri və xırdabuynuzlu heyvan bəsləyirəm. 2020-ci il iyun ayının 12-də Ədalət avtomobil çağırdı və Şahbuz rayonunun Keçili kəndinə iribuynuzlu malı götürməyə getdik. İribuynuzlu malı 1100 (bir min yüz) manat qiymətinə razılaşdıq. Pulu həmin həftənin bazar günü yəni 2020-ci il 14 iyun tarixində verəcəyini vəd etdi. Biz belə razılaşdıq. İri buynuzlu malı satdığım gündən bu günə kimi Ədalət mənə olan borcunu qaytarmayıb. Dəfələrlə müxtəlif orqanlara müraciət etsəm də pulumu ala bilməmişəm. Ədalət artıq bir ilə yaxın bir müddətdir ki, borcunu sabah qaytaracağını deyir. Müraciət etdiyim orqanların bəzilərinə belə borcunu qaytaracağını deyib aradan çıxır. Cavabdeh spirtli içki aludəçisidir. Heyvan təsərrüfatlarında işləyib pul qazanır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh ona olan 1100 manat məbləğində borcun və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 1130 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı etiraf edərək, İddiaçı borcu olduğunu bildirdi və iddianı etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Çünki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iddia tələbi etiraf edilib, məhkəmə tərəfindən etiraf təsdiq edildiyindən iddia tələbi təmin olmalı, Cavabdeh 1100 manat pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia təmin olunduğuna görə iddia qaldırılarkən iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat da Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat və iddia qaldırılarkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 1130 (min yüz otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-111/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-111/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver