Məhkəmə qərarları › İş №2(111)-111/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-111/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-111/2025 08.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh borclu olduğu 8000 (səkkiz min) manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir yerdə çörək sexində işləmiş, orada tanımış və iş yoldaşı kimi münasibətləri yaranmışdır. 2023-cü ilin mart ayında Nəsib ona bildirmişdir ki, ona vacib pul lazımdır, imkan varsa ona 10000 (on min) manat pul versin. Bir yerdə işlədikləri üçün ona inanıb notariusda borc müqaviləsi bağlayaraq Nəsibə bir il müddətinə qaytarmaq şərti ilə 10000 (on min) manat borc pul vermişdir. Lakin Nəsib söz verdiyi vaxtda pulu ödəməmiş, ona görə də məcbur qalıb 2024cü ilin sentyabr ayında Nax MR DİN-nə müraciət etmişdir. Polis əli ilə Nəsib ona 2000 (iki min) manat ödəmiş, qalan 8000 manat pulu ödəməkdən isə imtina edir. Həmin məbləğin də ona ödənilməsini istəyir. Dəfələrlə Nəsibdən borclu olduğu 8000 manat pulu geri qaytarmasını tələb etsə də, cavabdeh bu günədək borcunu qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu pulu geri verməkdən boyun qaçırır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 8000 (səkkiz min) manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək 1 may 2022-ci il tarixdən Naxçıvan şəhərində çörək sexində işlədiyini, Cavabdeh çörək sexində işləyərkən tanıdığını, iş yoldaşı olduqlarını, 2023-cü ildə Nəsibin ona pul lazım olduğunu deyərək borc istədiyini, 17 mart 2023-cü il tarixdə Nəsiblə 1 il müddətinə qaytarmaq şərtilə notariusda borc müqaviləsi bağladıqlarını və ona 10000 manat borc verdiyini, lakin Nəsib borcunu vaxtında qaytarmadığından polisə müraciət etdiyini, polis əli ilə Nəsibin ona 1000 manat ödədiyini, 1000 manat da hissəhissə kartına göndərdiyini, pulun qalanını qaytarmadığı üçün yenidən polisə müraciət etdiyi zaman ona məhkəməyə müraciət etməsini bildirdiklərini, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək 8000 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən İddiaçı ilə Cavabdeh arasında 17 mart 2023-cü il tarixdə Naxçıvan şəhəri 2 saylı notariat ofisində borc müqaviləsi bağlanaraq Cavabdeh İddiaçı 10000 manat borc pul almış və həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 100 manat məbləğində dövlət rusumu ödəmişdir. İş materiallarında olan “Bildiriş”ə əsasən İddiaçı Cavabdeh bildiriş göndərərək 8000 manat borcu qısa müddətdə qaytarmağını, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçının izahatı və təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh İddiaçı ilə 17 mart 2023-cü il tarixdə Naxçıvan şəhəri 2 saylı notariat ofisində yazılı borc müqaviləsi bağlamaqla ondan 10000 manat borc pul almış və həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi yerinə yetirməyərək həmin borcdan bu günə kimi 2000 manat qaytarmış və qalan 8000 manat borcu isə qaytarmamışdır. İddiaçı cavabdehə “bildiriş”- pretenziya məktubu göndərərək 8000 manat məbləğində verdiyi borc məbləğinin ödənilməsi tələb etmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi barədə cavabdeh şəxsi xəbərdar etmişdir. Cavabdeh tərəfindən borc pul qaytarılmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 100 (yüz) manat, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar