Məhkəmə qərarları › İş №2(111)-113/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-113/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-113/2022 28.07.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X3 Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat pulun və ödəniş etdiyi 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı 26 iyul 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək hələlik bu işə baxılmasını istəmədiyini bildirərək, ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunması barədə tələbi olmamışdır. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə iddiaçının iddia ərizəsi ərizəçiyə geri qaytarılmalı və ərizə baxılmamış saxlanmalıdır. Çünki iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə vermiş, cavabdeh isə məhkəmədə iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunması barədə tələbi olmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının 26 aprel 2022-ci il tarixli ********* nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın İddiaçının 26 aprel 2022-ci il tarixli ********* nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar