Məhkəmə qərarları › İş №2(111)-114/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-114/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-114/2025 17.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pulu və dövlət rüsumu olaraq ödədiyi 48 (qərx səkkiz) manat pulu alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şərur rayonu Püsyan kəndində yaşayır. Özü fərdi təsərrüfatla məşğul olur. 2024-cü ilin fevral ayında Kəngərli rayon Çalxanqala kənd sakini Cavabdeh Ford markalı avtomobili ilə onun yasadığı fərdi yaşayış evinə gələrək 2800 manat dəyərində arpa və buğda aparmışdır. Apardığı arpa və buğdanın pulunu 2024-cü ilin may ayına kimi ödəməsinə söz vermişdir. Həmin vaxtdan səkkiz ay ötməsinə baxmayaraq Cavabdeh götürdüyü məhsulun pulunu onun dəfələrlə tələbinə baxmayaraq ödəməmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq cavabdeh ona olan pul borcunu qaytarmasından hər dəfə müəyyən bəhanələrlə boyun qaçırır. Məsələ ilə əlaqədar Kəngərli rayon Polis şöbəsinə müraciət etmişdir. Abbasov X2 rayon Polis şöbəsində ona 2800 manat borcunun olduğunu etiraf etsə də, pulu ona ödəməmişdir. 30 yanvar 2025-ci il tarixdə Cavabdeh ilə borc müqaviləsi bağlayaraq xx.xx.2025-ci il tarixədək ona olan borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh yenə də öz sözünü tutmamış və borcunu ödəməmişdir. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianı müdafiə etdiyini və bununla bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddianı etiraf edərək iddia tələbini tam qəbul etdiyini, həqiqətən də iddiaçıya 2800 manat borcu olduğunu, maddi vəziyyəti ilə əlaqədar həmin borcu ödəyə bilmədiyini bildirdi. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı 2800 manat borc pul almış və həmin borcu 05 mart 2025-ci il tarixinədək qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 48 manat məbləğində dövlət rusumu ödəmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh iddia tələbini etiraf etdiyindən və bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilərək iddia təmin olunmalı, Cavabdeh 2800 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 48 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 48 (qırx səkkiz) manat, cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar