Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-121/2024 06.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 10000 manat əsas borcun, ona dəymiş 1000 manat, nəticə etibarı ilə ümumilkdə 11000 manat pulun və iddia qaldırmaq üçün ödənilən 123 manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 06 may 2024-cü il tarixdə təyin olunmuş məhkəmə hazırlıq iclasında iş üzrə İddiaçı məhkəməyə vəsatət təqdim edərək cavabdehlə aralarında olan mübahisəni həll etmələri üçün hələlik işə baxılmasını istəmədiyini, iddia ərizəsinin geri qaytarılmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki onun nümayəndəsi ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən 28 mart 2024-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 123 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh “pul” tələbinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçı 28 mart 2024-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-121/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-121/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver