Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-154/2021 18.10.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Mitsubishi Airtrek” markalı, ** SP *** və “İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 vurulan zərərə görə 5750 (beş min yeddi yüz əlli manat, 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumu, cəmi 5780,40 (beş min yeddi yüz səksən manat, 40 qəpik) manat Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 04.09.2014-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi "BMW 316" markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən yerdəyişmə, manevr qaydalarını pozmuş və "Mitsubishi Airtrek” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil "İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X7 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari Sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Abşeron rayon məhkəməsinin 3(012)-717/2014 saylı qərarında öz əksini tapmışdır. 26.01.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mitsubishi Airtrek" markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə 4420 (dörd min dörd yüz iyirmi manat, 0 qəpik) manat ziyan dəymişdir. 12.12.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, "İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilə 580 (beş yüz səksən manat, 0 qəpik) manat ziyan dəymişdir. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yüngül dərəcəli xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 15 %-ni təşkil edir. X3 yüngül dərəcəli xəsarətinə görə 750 (yeddi yüz əlli manat, 0 qəpik) manat sığorta ödənişi təyin olunmuşdur. PAT ********** saylı sığorta müqaviləsinin 012617, 013971 və 012741 saylı sığorta aktlarına əsasən "xxxx" Sığorta Şirkəti 5750 (beş min yeddi yüz elli manat, 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" Sığorta şirkətinə dəymiş 5750 (beş min yeddi yüz əlli manat, o qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən "Mitsubishi Airtrek” markalı, ** SP *** və “İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 vurulan zərərə görə 5750 (beş min yeddi yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumu, cəmi 5780,40 (beş min yeddi yüz səksən manat, 40 qəpik) manat Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərgiz Səmədova məhkəməyə ərizə göndərərək iş üzrə məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə Azərbaycan Respublikası BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin 06.11.2014-cü il tarixli 15/15HK-1340 nömrəli arayışından görünür ki, Cavabdeh 04.09.2014-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi "BMW 316" markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən yerdəyişmə, manevr qaydalarını pozmuş və "Mitsubishi Airtrek” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil "İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "Mitsubishi Airtrek” markalı, ** SP *** və “İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan dəymiş və sərnişin X7 yüngül dərəcəli xəsarət almışdır. Həmin hadisə ilə əlaqədar 23 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Abşeron Rayon Məhkəməsinin 3(012)-717/2014 nömrəli 02 dekabr 2014-cü il tarixli inzibati xətaya dair qərarına əsasən Cavabdeh həmin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 08.09.2014-cü il tarixli, 1639 nömrəli (canlı şəxsin məhkəmə-tibbi müayinəsi) aktına əsasən X3 xəsarəti 04.09.2014-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlıöın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “yüngül” zərər vurmaya aiddir. İş materiallarında olan 013971 nömrəli sığorta aktına əsasən nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi Airtrek” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq X5 4420 manat pul ödənilmişdir. İş materiallarında olan 012617 nömrəli sığorta aktına əsasən nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində X7 yüngül xəsarət aldığına görə ona 750 manat pul ödənilmişdir. İş materiallarında olan 012741 nömrəli sığorta aktına əsasən nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində “İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq X6 580 manat pul ödənilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh ünvanlanmış 30 iyun 2021-ci il tarixli, O-AP-2021/2763 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh mövcud olan zərər məbləği və həmin zərər məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmə orqanlarına müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 22.07.2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iş üzrə 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən yüngül dərəcəli xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 15 %-ni təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 04.09.2014-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi "BMW 316" markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 7-ci kilometrliyində hərəkətdə olarkən yerdəyişmə, manevr qaydalarını pozmuş və "Mitsubishi Airtrek” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil "İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində X3 mülkiyyətində olan avtomobilə 4420 manat ziyan dəymiş və sağlamlığına yüngül xəsarət almışdır. X4 idarə etdiyi avtomobilə isə 580 manat ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 5170 manat və X6 580 manat sığorta haqqı ödənilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta şirkətinə 5750 (beş min yeddi yüz əlli) manat dəymiş zərər məbləği, 30 manat dövlət rüsumunun əvəzi və 40 qəpik bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "Mitsubishi Airtrek” markalı, ** SP *** və “İJ 27175" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 vurulan zərərə görə 5750 (beş min yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz, qırx) manat dövlət rüsumu olmaqla, cəmi 5780,40 (beş min yeddi yüz səksən) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-154/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-154/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver