Məhkəmə qərarları › İş №2(111)-154/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-154/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-154/2025 05.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona verdiyi 22501 (iyirmi iki min beş yüz bir) manat pulun və iddia ərizəsi ilə bağlı ödəniş etdiyi 157,5 (yüz əlli yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə vaxtilə eyni yerdə hərbi xidmətdə olmuşdur. Sözügedən şəxs atasının xəstə olduğunu, bu səbəbdən də ona təcili 14350 (on dörd min üç yüz əlli) manat pula ehtiyacı olduğunu bildirmiş və ondan öz adına kredit götürərək həmin məbləği ona verməyini xahiş etmişdir. Həmin pulu özünün dediyinə görə Bakıda Nərimanov rayonunda olan evini sataraq qaytaracağını bildirmişdir. İddiaçı da onun çətin vəziyyətdə olduğunu görüb kredit götürməyə razılaşmışdır. 04 sentyabr 2020-ci il tarixdə Kapital Bank ASC-nin Naxçıvan filialından 14350 (on dörd min üç yüz əlli) manat məbləğində pulu iş yoldaşı Zaqatala rayon Qımır kəndində qeydiyyatda olan X6 zamin duraraq girovsuz kredit götürmüşdür. Bank əməliyyatlarına görə 861 (səkkiz, yüz altmış bir) manat komissiya haqqı bank tərəfindən tutulduqdan sonra yerdə qalan 13489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğin tamamını bankın kassasında nağdlaşdırıb Cavabdeh vermişdir. Cavabdeh tərəfindən isə bu günədək ona cəmi 239 (iki yüz otuz doqquz) manat ödənilmişdir. Həmin krediti götürdüyü vaxtdan bəri 2022-ci ilin may ayına kimi aylıq ödənişləri məcburi şəkildə ödəmişdir. 2022-ci ilin sentyabr ayında bir yaxını və dostu X2 borc alaraq həmin krediti 8390 manat 32 qəpik faiz borcu ilə birlikdə ödəyib bitirmişdir. Ümumilikdə həmin kredit üçün 22501 manat 32 qəpik (iyirmi iki min beş yüz bir manat otuz iki qəpik) pul ödəmişdir. Ona görə ödəmişdir ki, ona zamin duran hərbiçi yoldaşı X3 problem yaranmasın. Bu məsələ ilə bağlı N saylı hərbi hissəyə müraciət etmişdir. Hərbi hissə tərəfindən Cavabdeh intizam tənbehi verilərək, rütbəsi bir pillə aşağı salınmışdır. İş üzrə cavabdeh X4 ünvan 1 ünvanında qeydiyyatda olsa da İddiaçı ilə Cavabdeh arasında bağlanmış sazişə və notariat qaydada təsdiq olunmuş Cavabdeh tərəfindən imzalanmış 22 aprel 2025-ci il tarixli ərizəyə əsasən mülki işə Kəngərli Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianı müdafiə etdiyini, Cavabdehla birlikdə xidmət etdiklərini, Kənanın 2020-ci ildə atasının xəstə olduğunu və pula ehtiyacı olduğunu dediyini, buna görə də bankdan 14350 manat kredit götürüb Kənana verdiyini, Kənanın borcu ödəmək imkanı olmadığından banka olan borcu faizlərlə birlikdə ümumilikdə 22501 manat ödəniş etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən halları təsdiq etdiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddianı etiraf edərək iddia tələbini tam qəbul etdiyini, həqiqətən də iddiaçıya 22501 manat borcu olduğunu bildirərək qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan notariat qaydada təsdiq olunmuş Cavabdeh tərəfindən imzalanmış 22 aprel 2025-ci il tarixli ərizəyə əsasən İddiaçı "xxxx" ASC-dən 14350 manat kredit götürərək Cavabdeh vermiş, həmin borcu vaxtında qaytarmamış və İddiaçı həmin kreditə görə 8390 manat 32 qəpik faiz ödəmişdir. Hazırda Cavabdeh İddiaçı 22501 manat 32 qəpik borcu vardır. Borcla əlaqədar mübahisəyə Kəngərli Rayon Məhkəməsində baxılmasına razıdır. İş materiallarında olan 14 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 155 manat məbləğində dövlət rusumu ödəmişdir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 2,5 manat məbləğində dövlət rusumu ödəmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh arasında bağlanmış sazişə əsasən onlar, aralarında olan 22501 manat pul mübahisəsinin həllinə Kəngərli Rayon Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh iddia tələbini etiraf etdiyindən və bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilərək iddia təmin olunmalı, Cavabdeh 22501 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 157,5 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22501 manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 157,5 manat olmaqla cəmi 22658,5 (iyirmi iki min altı yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar