Məhkəmə qərarları › İş №2(111)-160/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-160/2023

30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-160/2023 30.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddı̇ açı İddiaçı Nadı̇ r qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan 337 manat əsas borcun, dəymiş maddi zərər olaraq 888 manat və iş üzrə ödənilmiş 32,25 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iş üzrə İddiaçı məhkəməyə yazılı vəsatət təqdim edərək cavabdehlərlə aralarında olan mübahisəni həll etdiklərindən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki onun nümayəndəsi ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 02 may 2023-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 32.25 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı 02 may 2023-cü il tarixdə ********** nömrəli qəbz əsasında ödədiyi 32.25 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar