Məhkəmə qərarları › İş №2(111)-161/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-161/2023

17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-161/2023 17.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 1046 manat əsas borcun, dəymiş maddi zərər olaraq 4800 manat, mənəvi zərər olaraq 2000 manat, cəmi 7846 manat və iş üzrə ödənilmiş 98,46 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək hələlik bu işə baxılmasını istəmədiyini bildirərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh lazımi qaydada məhkəmə bildirişi təqdim olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir məlumat verməmiş, onun iştirakı olmadan işə baxılmasını və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxımasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçı ərizənin qaytarılması barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 02 may 2023-cü il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 98,46 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq ərizə və əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı 02 may 2023-cü il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 98,46 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar