Məhkəmə qərarları › İş №2(111)-169/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-169/2022

23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-169/2022 23.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi əvəzi X4 İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kəngərli rayon Qarabağlar kənd sakini X1 7000 (yeddi min) manat pulu, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulu və dövlət rüsumu olaraq ödənilmiş 94 (doxsan dörd) manat pulun, ümumilikdə 7494 (yeddi min dörd yüz doxsan dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı göstərilsə də iddia ərizəsini Nümayəndə imzalamış, lakin iddia ərizəsinə iddianın səlahiyyətli şəxs tərəfindən imzalanması barədə hər hansı bir sənəd əlavə olunmamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən verilmiş etibarnamədə Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində göstərilən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri göstərilməmişdir. Həmçinin iddia ərizəsi vəkil tərəfindən imzalansa da vəkillə olan müqavilə də Nümayəndə arasında bağlanmış və iddiaçı tərəfindən verilən etibarnamədə nümayəndənin vəkillə müqavilə bağlanmasına dair səlahiyyət verilməmiş, iddia üzrə dövlət rüsumu da Nümayəndə tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 69.1-1-ci madəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.2.-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalı, eyni zamanda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Nümayəndə xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət rüsumu kimi ödədiyi 94 (doxsan dörd) manat miqdarında pul ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə dövlət rüsumu kimi ödədiyi 94 (doxsan dörd) manat miqdarında pul ona geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar