Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-174/2021 13.12.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 50162 (əlli min yüz altmış iki) manat əsas borc, 4378,72 (dörd min üç yüz yetmiş səkkiz manat, yetmiş iki qəpik) manat faiz borcu və 30 manat dövlət rüsumu, cəmi 54570,72 (əlli dörd min beş yüz yetmiş manat, yetmiş iki qəpik) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "Lidersement” MMC ilə Cavabdeh arasında qarşılıqli razılaşma əsasında alğı-satqı aparılmışdır. Cavabdeh aldığı malların dəyərini tam ödəmədiyi üçün iddiaçıya 51632.00 (əlli bir min altı yüz otuz iki) manat borcu yaranmışdır. (16.07.2020- ci il tarixli üzləşmə aktı). İddiaçının çoxsaylı müraciətlərindən sonra 1470.00 manat ödəniş edilmiş, qalan 50162.00 (əlli min yüz altmış iki) manat borc məbləği bu günə kimi qalmışdır. Cavabdeh qalan borc məbləğinin hissəhissə ödənilməsinə dair yazılı öhdəlik götürməsinə və iddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq borc məbləğinin ödənilməsini təmin etməmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. İddiaçı MMC-nin direktoru X3 məhkəməyə göndərdiyi vəsatətində iş üzrə iddia tələblərini müdafiə etdiklərini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir yazılı və şifahi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz sayaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin çıxarışından görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi ********** VÖEN nömrəsi ilə X2r. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin direktoru X3, MMC-nin satış meneceri X4 və Cavabdeh imzaladığı 16 iyul 2020-ci il tarixli üzləşmə aktına əsasən qəbul edilmiş sementin dəyəri tam ödənilmədiyi üçün alıcı Cavabdeh İddiaçı MMC-yə 51632 manat borcu vardır. İş materiallarına əlavə olunmuş Cavabdeh 12.02.2021-ci il tarixdə imzaladığı “Öhdəlik” başlıqlı əlyazmaya əsasən Cavabdeh İddiaçı MMC-yə 51632 manat borcu vardır. Cavabdeh qısa bir müddət ərzində həmin borcu İddiaçı MMC-yə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC iddia qaldırarkən 30 manat dövlət rüsumu ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında qarşılıqlı razılaşma əsasında alğı-satqı aparılmış, ticarət əlaqələri nəticəsində Cavabdeh İddiaçı MMC 51632 manat borcu yaranmış, cavabdeh həmin borcun 1470 manat hissəsini ödəmişdir. Haliyədə cavabdehin İddiaçı MMC-yə 50162 manat borcu vardır və həmin məbləği iddiaçı cavabdehdən tələb edir. Göründüyü kimi tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmə iddianın əsas borc tələbinə dair hissəsinə münasibətdə hesab edir ki, iddiaçının cavabdehdən 50162 manat borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçının cavabdehdən 4378,72 manat faiz borcun tələbi dair hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumunun qərarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarında öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Məhkəmə yuxarıda qeyd edilənləri, eləcə də iddiaçının mövcud olmuş borcla əlaqədar cavabdehdən 4378.72 mаnаt faiz borcun tələbini iddia ərizəsində əsaslandırmamasını, tərəflər arasında borcun icra edilməsi müddətinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının 4378.72 mаnаt faiz borcun cаvаbdеhdən оnun хеyrinə tutulmаsı tələbi əsassızdır. Qеyd еdilənlərdən çıхış еdərək məhkəmə bu qənаətə gəlir ki, faiz borcun ödənilməsi ilə bаğlı iddiа tələbi əsаssız оlduğundаn təmin еdilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci mаddəsinə əsаsən, məhkəmə хərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və əsas borca hesablanmış faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 50162 manat və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 27,59 manatlıq hissəsi, cəmi 50189,59 manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 50162 (əlli min yüz altmış iki) manat və 27,59 (iyirmi yeddi manat əlli doqquz qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 50189,59 (əlli min yüz səksən doqquz manat, əlli doqquz qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 2.41 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-174/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-174/2021
13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver