Məhkəmə qərarları › İş №2(111)-18/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-18/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-18/2022 31.01.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Kəngərli rayon Qarabağlar kənd sakinləri Cavabdeh1 və qızı Cavabdeh2 ona məxsus ünvan 1 ünvanındakı yaşayış yerində müvəqqəti yaşadıqları zaman istifadə etdikləri qaza görə ödəmədikləri 304,25 manatın 30 manat dövlət rüsumunun, cəmi 334,25 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1985-ci ildə Naxçıvan şəhər, Xətai, döngə 18, ev 22 (keçmiş Babək rayon Sovetabad kəndi) ünvanda yerləşən yaşayış evini alğı-satqı müqaviləsi əsasında almışam. Hal-hazırda Bakı şəhərində yaşayıram. Qeyd olunan yaşayış evinə kürəkənim Nümayəndə və qızım Səfa Məmmədova nəzarət edirlər. Nümayəndə 2020-ilin dekabr ayının sonlarında mənə zəng vuraraq bildirdi ki, evdə kirayə qalmaq istəyənlər var. Mən də ona bildirdim ki, evin açarları sizdədir, necə istəyirsiniz elə də edin. İlkin razılaşma Dürdanə Məmmədova ilə qızım Səfa Məmmədova arasında olmuş, sonra isə Amin və kürəkənim Mustafa ilə də qeyri-rəsmi hər ay üçün 200 manat kirayə haqqi və kommunal xərcləri ödəməklə kirayə qalmaları ilə bağlı razılığa gəlmişlər. Amingilə evin istiliyini istilik batareyalarının vasitəsi ilə təmin olunduğu, hamam, mətbəx və tualetin isti su ilə təmini İran istehsalı olan Şopen vasitəsi ilə təmin olunması, Şopenin yalnız qazla işləməsi, şamının daima qazla yanması evin istiliyinin təminində qış fəslində hər ay 70-80 manatlıq (1 kub metr qaz üçün 0.10 olmaqla) qaz istifadə olunması bildirilmiş, onlar da razılaşmışlar. İlk iki ay 200 manat kirayə haqqı ödəsələr də sonrakı aylarda maddi imkanları aşağı olduğundan kürəkənim Mustafa kirayəni 150 manata endirmişdir. 2021-ci ilin qış aylarında isə qaz pulunu nəzərə alaraq bir ay kirayə haqqı üçün Amingildən 100 manat alınmışdır. Amingil mənə məxsus evdə qaldığı zaman istifadə etdikləri qazın pulunu ödəmədiklərindən qaz sayğacı mənfiyə keçmişdir. Naxçıvan şəhər Qaz İstismar İdarəsində nəzarətçi işləyən ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid (tel:060 305-35-15) mənə zəng edərək bildirdi ki, kirayə qalan Amingil istifadə etdikləri qaza görə pul ödəmədiklərindən qaz sayğacı mənfiyə keçmiş, qazın verilişini dayandırmaq istəsə də, Aminin həyat yoldaşı Zinyət tezliklə qazın pulunu ödəyəcəklərini və qazın dayandırmamasını ondan xahiş etdiyini bildirmişdir. Lakin onlar qazın, suyun, telefonun və tullantıya görə pulları ödəmədiklərindən M.Cavabdeh1 zəng vuraraq qeyd olunan kommunal xərcləri və bir aylıq kirayə haqqı olan 150 manat ödəyərək evdən çıxmalarını tələb etmişdir. 2021-ci il iyun ayının 23-də gecə saat 12 radələrində Nümayəndə mənə məxsus evin qarşısında qazel maşınının dayandığını görmüş, həyətə daxil olarkən Aminin qızı Nardanənin və onun yanında bir oğlanın Nardanəgilə məxsus yüklərin maşına yükləndiyini gördükdə Nardanədan yuxarıda qeyd olunan borclarını ödəməsini bildirmiş və həmçinin Aminə zəng vuraraq nə üçün onun və həyat yoldaşı Zinyətin iştirakı olmadan və borcları ödəmədən qızı Nardanə tərəfindən özlərinə məxsus əşyalarını aparıldığını soruşduqda Amin ona "siz mənim ailəmi tez-tez narahat edirsiniz, ona görə də evdən çıxırıq, borclarımızı isə tezliklə qaytaracağıq" demişdir. Nümayəndəla qızım S.Məmmədova borclarını ödəmədən evdən özlərinə məxsus əmlakı aparmaqlarına mane olmaq istəsələr də, Nardanə Naxçıvan şəhər Qaz İstismar İdarəsinin nəzarətçisi Şahidla telefon əlaqəsi yaratmış, Sərxan onların qaza olan borclarını ödəməli olduqlarını dedikdən sonra Nardanə bildirmişdir ki, qaza olan borclarını qaz idarəsindən dəqiq öyrənəcəklər. Ondan sonra o, özü həmin borcları ödəyəcək. Həmin tarixdən bir neçə gün sonra Aminlə arvadı Zinyət qalan əşyalarını apararkən yenə də kürəkənim Nümayəndə və qızım S.Məmmədova qazın və digər yuxarıda qeyd olunan borcların ödənilməməsi ilə bağlı Amingil ilə aralarında mübahisə yaranmış, Amin qaz sayğacının Smart kartını götürərək qaza olan borclarını 1-2 aya tam odəyəcəyini bildirmişdir. Amingil evi tərk edərkən həm kürəkənim, həm də Sərxan tərəfindan Aminə və qızı Nardanəyə təxminən 340 manat qara borcları olduğu bildirilmişdir. Əlavə olaraq Amingil evdən çıxarkən qaz sayğacında 1557 kub ödənişi ödənilməyən qaz istifadə etdiklərini, qeyd olunan yaşayış evinə iyul ayının 1-dən evə baxmaq üçün müvəqqəti yaşayan Naxçıvan şəhər, İstiqlal küçəsi, bina 101, ev 22-də qeydiyyatda olan X6 da təsdiq edə bilər. Lakin həmin vaxtdan 2 ay keçəndən sonra Amingil tərəfindən qaza olan 1557 m3-ə görə borcun 13 avqust 2021-ci il tarixdə 200 m3 üçün 40 manat ödənilmiş, qalan borc ödənilməmişdir. Amin tərəfindən 13 avqust 2021-ci il tarixdə 200 m3 qaza 40 manat ödədikdən sonra 1357 m3 qaza borcları qalmışdır. Amin avqust ayında 40 manat ödəniş edərkən iyul ayının 1-dən qazın 1200 m3nin qiyməti qaldırılaraq 10 qəpikdən, 1200 m3-dən 2500 m3-dək 20 qəpikdən, 2500 m3-dən yuxarı isə 25 qəpikdən hesablanır. Sərxan tərəfindən kürəkənimə 2021-ci ilin yanvar, fevral, mart, may, iyun və avqust aylarında sərf olunan qaza ödəniş üzrə rəsmi cədvəl təqdim edilmişdir. Həmin cədvələ əsasən 2021-ci avqust ayının 13-dək Amingil tərəfindən istifadə etdikləri 1600 m3 qaza 160 manat, avqust ayında isə 200 m3-ə görə 40 manat ödəniş edilmişdir. 1600 m3 qaza 900 m3 əlavə etsək, bu 2500 m3 edəcək, 900 m3 qazın dəyəri isə 20 qəpikdən ödənilməli idi. 1557 m3 qazdan 900 m3 çıxdıqda 650 m3 qaz edir ki, bunun da dəyəri 25 qəpikdən hesablanmışdır. Amin və qızı Nardana tərəfindən 700 m3 qazın hər m3-i 20 qəpikdən 140 manat, 657 m3 qazın hər m3-i 25 qəpikdən 164.25 manat ödənilməli olduğu halda ödənilməmişdir. Sonra Nümayəndə tərəfindən Aminin qaza qalan borcun cəmi 304.25 manatın da ödənilməsini bildirməsi üçün Aminin mobil telefonuna dəfələrlə zəng vursa da, Amin cavab verməmişdir. Sonra Nümayəndə qeyri-rəsmi şəkildə Naxçıvan MR DİN-nin əməkdaşına müraciət etmiş, Kəngərli rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Aminə qaz kartını özündə saxladığı və borcu ödəmədiyi üçün Naxçıvan şəhər Qaz idarəsi tərəfindən mənə məxsus evə qaz verilişinin dayandırılmasının xəbərdarlıq edilməsinə görə və həmin evdə yeni kirayəçi qaldığına görə qazdan istifadənin zəruri olduğu üçün qazın pulunun ödənməsi və kartın kürəkənimə çatdırılması bildirilmişdir. Aminin qızı Nardanə isə qaz kartının mənə məxsus evdə yaşayan Naxçıvan şəhər, İstiqlal küçəsi, bina 101, ev 22-də qeydiyyatda olan X4 verərək qaza 1357 m3 görə olan borcunu, yəni 304.25 manatı ödəməmişdir. Amin və qızı Nardanə qeyd olunan məbləğdə mənə ziyan vurmuşdur. İddiamı onunla əsaslandırıram ki, Amin və ailəsinin mənə məxsus evdə bir il altı yaşamalarını qonşular, qaza olan yuxarıda qeyd olunan məbləğdə borclarını isə həm Naxçıvan Qaz istismar idarəsinin əməkdaşı Şahid, həm həmin evdə hal-hazırda yaşayan X6 təsdiq edə bilər, həm də qaza olan borca görə ödənilmiş qəbz təsdiq edir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Nümayəndə izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək 2020-ci ilin yanvar ayında Cavabdeh1 ilə qeyri-rəsmi şəkildə əmlak kirayə müqaviləsi bağlayaraq iddiaçı - yəni qayınatası Allahverdinin adına olan evi cavabdehlərə verdiklərini, razılaşmalarında kirayə haqqının 200 manat ödəməli olduqlarını, sonra cavabdehlərin həmin evdə qaldıqları müddətdə qaz sayğacının mənfiyə düşdüyünü, bir müddət sonra cavabdehlərin qaza borclarının yarandığını, qazın pulunu ödəsinlər deyə cavabdehlərə müraciət etdiklərini, cavabdehlərin “uşağımız xəstədir, bizi bir az ötüşdürün, ödəyəciyik” dediklərini, cavabdeh tərəfi bir müddət ötüşdürdükdən sonra qaz borcunu ödəmədiklərini, hətta evdə qaldıqları müddətdə nə telefon pulunu, nə də ki, su pulunun 20 manatını ödəmədiklərini, hətta cavabdeh Aminin qazın pulunu ödəyəcəyik deyə ödəmə kartını da özü ilə götürdüyünü, bir müddət keçdikdən sonra qaz pulunu 6-7 ay ödənilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etdiklərini, cavabdehlərin 2021-ci ilin iyunun ayının axırında çıxdıqlarını, kirayə olan evdə cavabdeh Amin, həyat yoldaşı, iki qızı və bir oğlunun yaşadığını, cavabdeh Aminin kirayə olan evdən çıxdıqdan sonra avqust ayında 40 manat qaza ödəniş etdiyini, aralarında qarşılıqlı hörmət olduğuna görə cavabdeh tərəfi ötüşdürdüklərini göstərərək Cavabdeh1 və qızı Cavabdeh2 ünvan 1 ünvanındakı yaşayış evində müvəqqəti yaşadıqları zaman istifadə etdikləri qaza görə ödəmədikləri 304,25 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 334,25 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh1 izahatında iddianı qismən qəbul etdiyini, qızları Naxçıvan şəhərində işlədiyindən həmin evdə ailəsinin kirayə yaşaması üçün iddiaçının qızı və kürəkəni ilə özünün şifahi razılaşdığını, qızı Nərdanənin evdə qalmaları ilə bağlı heç bir öhdəlik götürmədiyini, sözü gedən evdə 1 il 6 ay qaldıqlarını, 2021-ci ilin iyun ayının axırında evdən çıxdıqlarını, evdə demək olar ki qazdan çox istifadə etmədiklərini, qaz idarəsindən gəlib borcunuz var deyəndə onlara “20 manat karta pul vururam 40 manat yazır” dediyini, qaz idarəsinin işçisi Sərxanın “sayğac xarabdır, ev sahibinə deyin dəyişsin” dediyini, ev sahibinə müraciət etdiklərini, ev sahibinin “mənim sayğacımı dəyişməsinlər” dediyini, həmin müddətdə özünün həyat yoldaşının avtoqəzaya düşdüklərini, sonradan valideynlərinin - ata və anasının ard-arda rəhmətə getdiklərini, yaslara başının qarışdığını və maddi imkanlarının olmadığından ödəyə bilmədiyini, qarşı tərəfə “heç vaxt ödəməyəcəm” demədiyini, sadəcə maddi imkanının olmadığından bu günə qədər ödəyə bilmədiyini, evdən çıxdıqdan sonra 1557 m3 qaza görə borcu olduğunu, həmin borcdan avqust ayında 40 manat ödədiyini, hazırda 304 manat yox, cəmi 271,40 manat qaza borcunun olduğunu göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid ifadəsində iş üzrə tərəflərin heç birini şəxsən tanımadığını, cavadehlərin evdən çıxanda 1557 kub qaza borclarının olduğunu, qaz sayğacında element zəif olduğuna görə çəkib sayğacı bağlamadığından sayğacın mənfiyə düşdüyünü, “ev sahibinə müraciət edin bunu düzəltsin” dediyini, onların da “ev sahibi düzəltmir” dediklərini, sonra ev sahibi Allahverdi əmiylə danışdığını, onun da “eybi yoxdur bir müddət ötüşdürün” dediyini, cavabdehlərə hissə-hissə ödəmələrini dediyini və onları bir müddət ötüşdürdüyünü, 3 ay ödəməkdiklərinə görə borc yığışıb qaldığını, cavabdeh tərəfin evdən çıxanda 1557 kub qaz borclarının yarandığını, limiti keçdiklərinə görə də qazın 20 qəpikdən hesablandığını, əgər 200 kub ödəniş ediblərsə, 1357 kub qalır, onun da ödəmə məbləğinin 271 man 40 qəpik etdiyini göstərdi. İş materiallarına əlavə olunmuş X5 ilə İddiaçı arasında bağlanmış 18 yanvar 1985ci il tarixli müqavilənaməyə əsasən X5 özünə məxsus çay daşından tikilmiş bir otaq bir koridorun cəmi 40 kv-m sahəsi olan binasını Babək rayon Sovetabad kənd sakini X1 4000 manata satmışdır. İş materiallarına əlavə olunmuş “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı” barədə 15 avqust 2015-ci il tarixli müqaviləyə əsasən Qaz İstismar idarəsi ilə İddiaçı arasında qazdan istifadəyə dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvanpoçt PHŞ-nin 8.10.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Naxçıvan MR Qaz İstismar xidmətinə 332 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05.10.2021-ci il tarixli 26010432 nömrəli qaz sayğacı əsasında ödəmə cədvəlindən görünür ki, 07.012021-ci il tarixdən 01.06.2021-ci il tarixədək 160 manat ödəniş edilmiş, 13.07.2021-ci il tarixdə isə 40 manat ödəniş edilmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh A. Məmmədovun izahatını, eləcə də Şahid ifadəsini dinləyib toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 271,40 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə, eləcə də Cavabdeh2 qarşı pul tələbinə dair hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırılması zamanı müəyyən olunun ki, Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçının razılığı ilə rəsmi müqavilə bağlamadan iddiaçının qızı və kürəkəni arasında bağlanmış şifahi razılaşma əsasında ünvan 1 ünvanındakı yaşayış evində 2020ci ilin yanvar ayından 2021-ci ilin iyul ayınadək kirayə olaraq yaşamış, yaşadıqları dövrdə kommunal xərclərinin həyata keçirilməsi kirayəçi öhdəlik kimi öz üzərinə götürmüş, lakin 2021-ci ili yanvar ayında iyul ayınadək yaşadıqları dövrdə qazdan istifadəyə görə 160 manat ödəsələr də, onların 1557 kubmetr qazdan istifadəyə görə borcları yaranmış, Cavabdeh1 abunəçinin qaz sayğacı kartını özündə saxlamaqla borcun ödənilməsinə söz versə də, yalnız evdən çıxdıqdan sonra 13.07.2021-ci il tarixdə 40 manat ödəniş etmiş, qalan borcunu bugünədək ödəməmişdir. Qazdan istifadəyə görə qalan 1357 m3 qazın ödənilmə məbləği isə (1357 x 0.20) 271,40 manat təşkil edir və bu məbləğ işdə olan sənədlərlə, şahid ifadəsi və cavabdeh A. Məmmədovun özünün etirafı ilə də təsdiq olunur. İddianın qalan hissəsinə dair isə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 15 yanvar 2010-cu il tarixli Qərarında bildirmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 onun ailəsinin ünvan 1 ünvanındakı yaşayış evində yaşadıqları zaman qazdan istifadəyə görə aralarında öhdəlik olduğundan vurduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmuş, lakin eyni öhdəliyə görə digər Cavabdeh2 ilə aralarında öhdəlik münasibəti olmadığından ona qarşı zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddianın Cavabdeh2 qarşı pul tələbinə dair hissəsi rədd edilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 271,40 (iki yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı alınıb ona verilməsı barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olan 26,76 (iyirmi altı manat yetmiş altı qəpik) manat hissəsi iş üzrə cavabdeh Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 271,40 (iki yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 26,76 (iyirmi altı manat yetmiş altı qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar