Məhkəmə qərarları › İş №2(111)-208/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-208/2021

28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-208/2021 28.12.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh avtomaşının saz vəziyyətdə qaytarılması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına olan ** BJ *** dövlət qeydiyyat nömrəli, QAZ 32213 mikroavtobus markalı avtomaşının Cavabdeh alınaraq saz vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyul ayında Kəngərli rayon Qarabağlar kənd sakini Cavabdeh ilə danışdıq ki, onda olan ** BG *** dövlət qeydiyyat nömrəli, QAZ 32213 MİKROAVTOBUS markalı avtomaşını mənə 8000 manata satsın. O da, razı oldu. 2021-ci ilin 12 iyul tarixində Cavabdeh 1500 manat pulu beh olaraq verdim. 2021-ci ilin 3 avqust tarixində razılaşdıq ki, avtomaşının alğı-satqısı üçün biz Naxçıvan MR DİN DYP-nə gedək. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 İdarəsində Cavabdeh 2900 manat verdim. Sonra avtomaşının yiyəsi X4 da 3000 manat verdim (100 manat da avtomaşına akkumulyator almaq üçün verdim), mənim Nəsrullaya cəmi 500 manat borcum qaldı (avtomaşın mənim adıma keçəndən sonra avtomaşının qeydiyyat nömrəsi ** BJ *** olub). Hal hazırda Cavabdeh avtomaşını mənə verməkdən imtina edir və mənə deyir ki, get kimə şikayət edirsən et. Mən də məcburiyyət qarşısında qalaraq Cavabdeh mənim adıma olan avtomaşının saz vəziyyətdə qaytarması üçün məhkəmədə iddia qaldırıram. Mən məhkəmənin ədalətinə inanıram. Ona görə də istəyirəm ki, Cavabdeh məhkəmə qaydasında mənim adıma olan avtomaşını saz vəziyyətdə qaytarsın. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, 2021-ci ilin iyul ayında cavabdeh Nəsrulla ilə ** BG *** dövlət qeydiyyat nişanlı Qaz 32213 mikroavtobus markalı avtomaşını 1500-2000 manata dizel motoru qoyulmaqla 8000 manata satılması barədə razılaşdıqlarını, bu zaman cavabdehə 1500 manat pul beh verdiyini, 21 gündən sonra cavabdehin motoru düzəltdiyini, lakin sürətlər qutusunun çubuğu və hava filtri qoyulmadığından maşını sexdə saxladığını, sonra avtomaşının alğı-satqısı üçün Naxçıvan DİN DYP-nə getdiklərini və orada maşını adına sənədləşdirilməsi üçün Nəsrullaya 2900 manat pul verdiyini, maşının Nəsrullanın olduğunu bildiyini, yalnız dövlət yol polis idarəsində maşının əsl sahibinin Əliyev Səfər olduğunu öyrəndiyini, 3000 manat da maşının əsl sahibi Əliyev Səfərə verib maşını öz adına sənədləşdirdiyini, bundan əlavə 100 manat da maşınına akkumulyator almaq üçün Nəsrullaya verdiyini, avtomaşın adına keçəndən sonra qeydiyyat nömrəsinin ** BJ *** olduğunu, Nəsrullaya ümumilikdə 7500 manat pul verdiyini və ona cəmi 500 manat pul borcunun qaldığını, hazırda cavabdehin həmin maşını ona verməkdən imtina etdiyini, bununla əlaqədar polis şöbəsinə dəfələrlə müraciət etdiyini, lakin heç bir nəticə vermədiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini, avtomaşın dövlət yol polis idarəsinə gətirilərkən saz vəziyyətdə olduğunu bildirərək adına olan ** BJ *** qeydiyyat nömrəli QAZ 32213 mikroavtobus markalı maşının cavabdehdən alınıb ona saz vəziyyətdə qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil çıxış edərək alğı –satqı müqaviləsinə əsasən İddiaçı ** BJ *** qeydiyyat nömrəli QAZ 32213 mikroavtobus markalı maşının mülkiyyətçisi olduğunu, dövlət yol polis idarəsinin verdiyi arayışa əsasən və orada sənədləşdirmə aparılarkən avtomaşının saz vəziyyətdə olduğunu, əgər iddiaçının cavabdehə pul borcu vardırsa, bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu, ona görə də iddia təmin olunaraq maşının saz vəziyyətdə iddiaçıya qaytarılmasını, əgər iddia təmin edilərsə 10 manat dövlət rüsumunun da cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, sözü gedən maşının onun adına olmadığını, sadəcə iddiaçıya maşını almaqda vasitəçi olduğunu, iddiaçı maşının motorunu dəyişməsi üçün onunla razılaşdığını, ancaq bu günə qədər dəyəri 2400 manat olan motorun pulunu ona vermədiyini, pulunu vermədiyindən iddiaçının maşınını özündə saxlayıb vermədiyini, iddiaçının ona verdiyi pulları maşının əsl sahibinə verdiyini, iddiaçının ona 500 manat borcunun qaldığının və onun dediklərinin hamısının yalan olduğunu, dövlət yol polis idarəsindən çıxanda ona olan borcunu qaytarmasını iddiaçıya təklif etdiyini, lakin onun bununla razılaşmadığını, ona görə də maşını iddiaçıya qaytarmaqdan imtina etdiyini, hazırda həmin maşının motorunu çıxardığını, maşını girov saxlamadığını birdirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində hər zaman maşınını Nəsrullaya təmir etdirdiyini, bir dəfə söhbət zamanı Nəsrullanın satılası bir qazel olduğunu dediyini, tanışı İddiaçı qazel axtardığını ona dediyini, İlhamın gəlib maşını almaq üçün Nəsrulla ilə 8000 manata razılaşdığını və Nəsrullaya 1500 manat pul beh verdiyini, bildiklərinin bundan ibarət olduğunu, sonra onların aralarında nə baş verdiyindən xəbərsiz olduğunu bildirdi. Bundan əlavə mülki işin icraatı zamanı Cavabdeh işlə bağlı poçt vasitəsi ilə məhkəməyə göndərdiyi müraciətində göstərmişdir ki, Babək rayonu Cəhri qəsəbə sakini İddiaçı Bayram oğlu avtomaşının saz vəziyyətdə qaytarılması tələbi barədə məhkəmədə əsassız iddia qaldırmışdır. Belə ki, iddia ərizəsində göstərilən rəqəmlər, yəni mənim iddiaçıdan müxtəlif vaxtlarda 1500+2900+100 manat, cəmi 4500 (dörd mın beş yüz) manat almağım iddiaçının heç bir dəlilə əsaslanmayan uydurmasıdır. İddiaçı ilə istifadəmdə olan ** BG *** dövlət qeydiyyat nömrəli qaz 32213 mikroavtobus markalı avtomaşını ona 8.000 (səkkiz min) manata satmaq barədə sövdələşəndə o, 12 iyul 2021cı ıl tarixdə mənə cəmi 1500 (mın beş yüz) manat vermişdir. 03 avqust 2021-cı ildə Naxçıvan MR X9 idarəsində maşını İddiaçı adına keçirərkən o, bildirdi ki, maddi imkanı olmadığından pulun qalan hissəsini sonra ödəyəcəkdir. Onun 3.000 (üç min) manat Əliyev Səfərə ödəməsi barədə məlumatım yoxdur. Daha doğrusu, bu haqda mənə heç bır sənəd təqdim etməyibdir. Məsuliyyət hissini itirmiş bu şəxs maşının onun adına keçməsindən, yəni mənim ona etibarımdan sui-istifadə edərək qabaqlayıcı tədbirə əl atmış, pulun qalan hissəsini ödəməmək üçün şantaja getməkdən belə çəkinməmişdir. İddia ərizəsində verilmiş "mənim Nəsrullaya cəmi 500 manat borcum qaldı”sını etiraf edən şəxs bilməmiş deyil ki, məbləğin az-çoxluğundan asılı olmayaraq onun ödənilməməsi, qarşı tərəfin öhdəliyi yerinə yetirməməsi üçün əsasdır və mübahisələndirilə bilməz. Yuxarıdakılara istinadən İddiaçı avtomaşının saz vəziyyətdə qaytarılması tələbi barədə iddiasında göstərilən hallar heç bır fakta, sübuta, şahid ifadələrinə əsaslanmadığından, öhdəliyi tam icra etmədiyindən, həmçinin, etibarımdan sui-istifadə edib borclu olduğu pulu ödəməmək məqsədi güddüyündən iddiasının rədd edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən ** BJ *** dövlət qeydiyyat nömrəli, QAZ 32213 markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarına əlavə olunmuş 03 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğısatqı müqaviləsinə əsasən İddiaçı X1 ** BG *** dövlət qeydiyyat nömrəli, QAZ 32213 mikroavtobus markalı avtomaşını 8000 manata almışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin 1/1055 saylı 22.11.2021-ci il tarixli məktubundan görünür ki, Babək rayon Güznüt kənd sakini X2 adında olmuş "Qaz 32213" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.02.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinin Qeydiyyat İmtahan və X7 Culfa Rayon müayinə mərkəzində texniki baxışdan keçirilərək AF11946461 nömrəli elektron talon verilmiş, 03.08.2021-ci il tarixdə isə həmin avtomobilin "40260FY0002936" nömrəli mühərriki dəyişdirilərək "mercedes dizel nömrəsiz" mühərriklə əvəz olunmuş və alğı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon Cəhri kənd sakini İddiaçı adına geydiyyata alınaraq **-BJ-*** dövlət qeydiyyat nişanı verilmişdir. 04.02.2021-ci il tarixdə "Qaz 32213" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsinə dair elektron talon və nəqliyyat vasitəsinin texniki müayinə aktı tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası DİN DYPİ Qİ və TBŞ tərəfindən 22.112021-ci il tarixdə tərtib olunmuş nəqliyyat vasitəsinin texniki müayinə aktında "Qaz 32213" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki 03.08.2021-ci il tarixdə "mercedes dizel" mühərriki ilə əvəz olunaraq sənədləşdirilmiş və avtomobilin texniki vəziyyəti “saz” olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli 22297 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarına və iş üzrə tədqiq olunmuş sübutlara bir-biri ilə əlaqəli şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, 03 avqust 2021-ci il tarixdə X4 məxsus ** BG *** dövlət qeydiyyat nömrəli, QAZ 32213 mikroavtobus markalı avtonəqliyyat vasitəsi alğı-satqı müqaviləsi əsasında 8000 manata İddiaçı satılmış və həmin tarixdə qeydiyyata alınaraq İddiaçı adına ** BJ *** dövlət qeydiyyat nömrəsi verilmişdir. Alğı-satqı aparilan zaman nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. Avtonəqliyyat vasitəsinin alğı-satqısı Cavabdeh vasitəçiliyi ilə aparıldığından və iddiaçının cavabdehə borcu qaldığından cavabdeh satılmış avtomobili iddiaçıya qaytarmaqdan imtina etmiş, hal-hazırda da avtomobil cavabdehin istifadəsindədir. İddia tələbi ondan ibarətdir ki, İddiaçı QAZ 32213 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və mülkiyyətçisi olduğu həmin avtomobilin qaytarılmasını cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçının ona 2400 manat borcu olduğunu qeyd edərək avtomobili iddiaçıya qaytarmır. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan QAZ 32213 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, cavabdehə isə iddiaçıya qarşı "pul tələbi" ilə bağlı iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci mаddəsinə əsаsən məhkəmə хərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus ** BJ *** dövlət qeydiyyat nömrəli, “QAZ 32213 mikroavtobus” markalı avtomobil Cavabdeh saz vəziyyətdə alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ** BJ *** dövlət qeydiyyat nömrəli, “QAZ 32213 mikroavtobus” markalı avtomobil Cavabdeh saz vəziyyətdə alınaraq İddiaçı qaytarılsın. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar