Məhkəmə qərarları › İş №2(111)-209/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-209/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-209/2022 13.10.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nümayəndəsi və vəkili vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.037 (on iki min otuz yeddi) manat pulu, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulu və dövlət rüsumu olaraq ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat pulun, ümumilikdə 12565 (on iki min beş yüz altmış beş) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Çünki, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 12565 (on iki min beş yüz altmış beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarıldığını xahiş etdiyini, hazırda həmin məbləğ cavabdeh tərəfindən ona ödənilərək aralarında olan mübahisənin həll olunduğunu, ona görə də iddiasından imtina etdiyini göstərərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı 05 avqust 2022-ci il tarixli ********* nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödədiyi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə iddiadan imtinası qəbul edilsin və həmin iş üzrə icraata xitam verilsin. İddiaçı 05 avqust 2022-ci il tarixli ********* nömrəli qəbz əsasında dövlət rüsumu kimi ödədiyi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul özünə qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar