Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-216/2023 29.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 380 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 350 manat məbləğin 170 manatını, nəticə etibarı ilə ümumilikdə 550 (beş yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçı X3 izahatında Cavabdeh ona olan borcun qaytarılması barədə qətnamə çıxarılması xahiş etdiyini, lakin cavabdeh tərəfindən həmin borcun ödənildiyini, bu səbəbdən də iddiadan imtina etdiyini göstərərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh müqavilə üzrə borcun alınması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilərək həmin iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-216/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-216/2023
29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver