Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-23/2024 29.01.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6650 (altı min altı yüz əlli) manat borc pulun, hüquqi yardımın göstərilməsinə haqqında 04/555 nömrəli müqavilə əsasında ödənilmiş 400 (dörd yüz) manatın, 20 (iyirmi) manat marka pulunun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin sentyabr ayında tanış olub evlərində bəzi mebel əşyalarını ona düzəltdirmişdir. Aralarında yaranmış inamdan istifadə edərək Cavabdeh mənzili üçün İran İslam Respublikasından stol-stul dəsti gətirəcəyi adı ilə 2250 manat pulunu almış, daha sonra yenə də stol-stul dəsti gətirib sataraq əldə edəcəyi qazancdan 250 manat da ona verəcəyini vəd edərək 1750 manat və 2500 ABŞ dolları (4250 manat) olmaqla 2019-cu ilin dekabr ayı ərzində ümumilikdə 8250 manat pulunu ələ keçirmişdir. Dəfələrlə Cavabdeh pulunu istəməsinə baxmayaraq aldığı puldan müəyyən hissə qaytararaq qalan 6650 manat pulunu qaytarmaqdan imtina etmişdir. Məcbur qalaraq polis orqanlarına müraciət etməli olmuş, Naxçıvan şəhər Polis idarəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 187.2.4-cü maddələri ilə başlanan cinayət yekunlaşdırılaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(078)-8/2023 nömrəli hökmü ilə Cavabdeh həmin maddələrlə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 1(078)- 8/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılması barədə 1(108)-17/2023 nömrəli qərar qəbul edilmişdir. Haliyyədə Cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Cəzaçəkmə müəssisəsinə Cavabdeh pretenziya məktubu göndərərək pulunun ödəməsini ondan tələb etdiyini, əks halda məhkəməyə müraciət edəcəyini, bununla əlaqədar çəkəcəyi bütün xərcləri ondan tələb edəcəyini bildirməyinə baxmayaraq əvvəllər olduğu kimi ondan heç bir təklif almamışdır. Ona görə də çəkəcəyi bütün xərcləri də Cavabdeh alınıb ona ödənilməsini istəyir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında iddiasını müdafiə etdiyini, Cavabdeh 6650 (altı min altı yüz əlli) manat borc pulun, hüquqi yardımın göstərilməsinə haqqında 04/555 nömrəli müqavilə əsasında ödənilmiş 400 (dörd yüz) manatın, 20 (iyirmi) manat marka pulunun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəməyə cəza çəkdiyi müəssisənin rəhbərinin vasitəsilə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə onun iştirakı olmadan baxılmışdır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-8/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 187.2.4-cü maddələri təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslər İddiaçı və X2 mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(108)-17/2023 nömrəli qərarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-8/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanaraq Naxçıvan Muxtar Respublikası Ədliyyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi Əli Fətəliyev tərəfindən məhkəməyə göndərilmiş ərizədə o, iddianı qəbul etdiyini və heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin ərizəsini iddianı etiraf edilməsi kimi qəbul etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi təsdiq edilərək iddia təmin edilməli, Cavabdeh 6650 (altı min altı yüz əlli) manat borc, hüquqi yardımın göstərilməsinə görə 04/555 nömrəli müqavilə əsasında vəkilə ödənilmiş 400 (dörd yüz) manat, marka pulu kimi ödənilmiş 20 (iyirmi) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 91 (doxsan bir) manat, cəmi 7161 (yeddi min yüz altmış bir) manat alınaraq İddiaçı verilməlidir. Belə ki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi və bu barədə məhkəməyə ərizə ilə müraciət etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 91 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 6650 (altı min altı yüz əlli) manat borc, hüquqi yardımın göstərilməsinə görə 04/555 nömrəli müqavilə əsasında vəkilə ödənilmiş 400 (dörd yüz) manat, marka pulu kimi ödənilmiş 20 (iyirmi) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 91 (doxsan bir) manat, cəmi 7161 (yeddi min yüz altmış bir) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-23/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-23/2024
29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver