Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-24/2025 18.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsinin alınmasına, yaşayış evinin tikintisinə, təmirinə çəkilmiş 6517 (altı min beş yüz on yeddi) manatın, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş 88.37 (səksən səkkiz manat 37 qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 oktyabr 2015-ci il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmaqla Cavabdeh oğlu X12 ilə evlənmişlər. 20 sentyabr 2017-ci ildə Kəngərli rayon Şahtaxtı kəndində yerləşən 0.2264 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini Kəngərli rayon Şahtaxtı kənd sakini X4 almışlar. Bunun üçün Nurəsdə Seyidova ilə 8300 manata razılaşaraq ilkin olaraq ona 2500 manat ödəmiş, qalan pulu isə ayda 250 manat olmaqla ödəyəcəklərinə razılaşmışlar. Onlar tərəfindən pul anası Şahid1 vasitəsi ilə X7 verilirdi. Oranı alandan sonra 2 otaq, salon, mətbəx, 2 zirzəmini tikib qurtarıb, təmir edib və həyətdə tualet tikdikdən sonra 11 aprel 2018-ci il tarixdə aldıqları evə köçmüşlər. Evin tikintisinin başa çatdırılmasına, təmir olunmasına aşağıda qeyd etdiyi işlər görülmüş və inşaat materiallarından istifadə olunmuşdur: 1. Hörgü 100 kvm - 900 manat, 2. 2 maşın daş - 160 manat, 3. 2 maşın qum - 520 manat, 4. Otaqların gəci - 122 kvm - 610 manat (usta pulu), 5. Gəc 150 tay- 450 manat, 6. Sement 20 tay - 130 manat,
7. Sement yerə 48 kvm - 144 manat (usta pulu), 8. Evin üstünə strapila 20 ədəd - 300 manat, 9. Reyka - 200 manat, 10. Pəncərə 3 ədəd - 450 manat, 11. Qapı 3 ədəd - 150 manat, 12. Padval qapısı - 180 manat, 13. Padval pəncərəsi 2 ədəd - 80 manat, 14. Padvalın sementi - 200 manat, 15. Pirket - 150 manat, 16. Elektrik sistemi - 110 manat, cəmi: 4734 manat. X2 ödəyib qurtarmaqlarına baxmayaraq notariusa gedib alqı-satqı müqaviləsini bağlamamışlar. Evə işıq, qaz xətləri çəkilmiş, onların pullarını ödəmişlər. 2020-ci ilin mart ayına kimi orada yaşamışlar və özünə məxsus cehiz əşyaları həmin evdədir. 2020-ci ilin mart ayında onlar Bakı şəhərinə köçərək orada yaşamağa başlamışlar. Yola gedə bilmədiklərindən 2024-cü ilin mart ayında anasının yanına qayıtmalı olmuşdur. Ondan sonra Əfsun nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(111)-151/2024 nömrəli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra sabiq qaynanası Cavabdeh onların birgə nikah dövründə aldıqları və yaşayış üçün xərc çəkərək yararlı hala saldıqları evi X4 12 avqust 2024-cü il tarixdə Kəngərli rayon Notariat Ofisində 4Ə-58 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirməklə saxta yolla almışdır. Bununla da o, onu birgə nikah dövründə qazandıqları əmlakdan məhrum etmişdir. Onlar həmin evin və torpaq sahəsinin alınmasına 8300 manat pul vermiş, əlavə olaraq tikililərin başa çatdırılmasına, təmirinə 4734 manat olmaqla ümumilikdə 13034 manat xərc çəkmişlər ki, bunun da yarısını, yəni 6517 manatının Cavabdeh alınıb ona verilməsini istəyir. Bundan əlavə cavabdeh bu haqsız işi görməklə onu hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyə məcbur etmişdir ki, bununla bağlı çəkdiyi vəkil xərcinin (320 manatın) və ödədiyi dövlət rüsumunun da cavabdehdən alınıb ona ödənilməsini məhkəmədən xahiş edir. İş üzrə məhkəmə baxışının gedişində İddiaçı ilə birgə nikahda olmuş X12 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, Əfsunla 2015-ci ildə ailə qurduğunu, ailə qurduqdan sonra 1 il 5 ay qayınata evində yaşadıqlarını, 2016-cı ildə Əfsunla ailəsi arasında mübahisə yarandığı üçün may ayının 18-də onların evindən çıxdıqlarını, nənəsi rəhmətə getdiyindən və evi boş olduğu üçün onun evinə köçdüklərini, 2017-ci ildə orada yaşadıqları müddət ərzində qardaşının maraqlanıb onlar üçün ev tapdığını, evin Seyidova Nurəsdənin adına olduğunu və oğlu Təbrizin satdığını, 8300 manata kreditlə razılaşdıqlarını, evin ilkin ödənişinin 2500 manat olduğunu, həmin məbləğin 1000 manatını atasının ödədiyini, özünün qızıllarını satıb 1000 manat da düzəltdiklərini, qalanını da Əfsunun lotereya oynadığını, oradan 500 manat götürdüyünü, qalanını isə hər ay 250 manat olmaqla ödəyəcəklərinə dair razılaşdıqlarını, pulu öz qardaşının aparıb ödədiyini, Əfsunun hərbiçi olduğunu, sonra işdən çıxdığını, işdən çıxdıqdan sonra evin ödənişinə atasının köməklik elədiyini, evin aylıq ödənişini 1 ay özləri, 1 ay da atasının ödədiyini, atasının ev üçün 4000 manat köməklik göstərdiyini, 2018-ci ilin aprel ayında aldıqları evə köçdüklərini, 2020-ci ildə pulun hamısını ödəyib qurtardıqlarını, 2020-ci ilin mart ayında Bakıya köçdüklərini, 2024-cü ilin mart ayına qədər Bakıda qaldıqlarını, 2024-cü ilin iyun ayının 4-də nikahlarının pozulduğunu, nikah pozulduqdan sonra Cavabdeh Seyidova Nurəsdə ilə razılaşaraq evi öz adına keçirdiyini göstərərək evin alınması üçün verilən 8300 manat pulun yarısının və tikintinin aparılması üçün çəkilmiş cəmi 4734 manat xərcin yarısının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışlarında sual-cavab edilərkən iş üzrə iddiaçı evin hazırda yaşayış üçün yararlı vəziyyətdə olduğunu, boşandıqdan sonra cavabdehin evin sahibi olan Nurəsdəyə “məhkəmədə ev bizim payımıza düşdü, onlar da artıq burada yaşamırlar, Türkiyəyə gediblər” deyərək onu aldatdığını, ona görə də evi Xədicənin adına sənədləşdirdiklərini, evdəki əşyalarının yarısını götürdüyünü, evin açarının da hələ də özündə olduğunu, atasının tır şoferi olduğunu, qardaşlarının da Türkiyədə işləyib pul göndərərək onlara köməklik etdiklərini, qardaşının 2 il əvvəl, atasının isə 4 il əvvəl rəhmətə getdiyini, evin pulunu 2020-ci ildə Bakıya getməmişdən əvvəl ödəyib qurtardıqlarını, atası rəhmətə getdikdən sonra axırıncı ay 250 manat ödəyib qurtardıqlarını, cəmi 8300 manat ödədiklərini, Nurəsdənin də artıq rəhmətə getdiyini, anası Mahirənin həmişə pulu Nurəsdənin oğlu Təbrizə verdiyini, evdə tikinti aparılması üçün çəkilmiş xərcin təxminən 4734 manat olduğunu, evə çəkilmiş xərclə bağlı cavabdehin dediyi 3500 manatla razı olduğunu bildirmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən iş üzrə Cavabdeh izahatında, həmçinin sual-cavab edilərkən iddianı qəbul etmədiyini, iddiaçının dediklərinin yalan olduğunu, həmin evi balaca oğlu Ayhan üçün aldıqlarını, yoldaşı ilə Türkiyədə işləyib evin pulunu Türkiyədən “Ramazan” adlı şəxslə göndərdiklərini, oğlu Əfsunun aparıb Nurəsdənin oğlu Təbrizə ödədiyini, 2016-cı ildə oğlunun atası ilə mübahisəsi olduğunu, ona görə evdən çıxdıqlarını, gedib Turanənin nənəsinin evində qaldıqlarını, evin alınması üçün ilkin olaraq 2500 manat ödəniş etdiklərini, qalanı üçün də hər ay 250-300 manat göndərdiklərini, evi 8300 manata aldıqlarını, oğlu Əfsun ilə danışdıqlarını, gedib iddiaçının nənəsigildə qalmaqdansa aldıqları evdə qalsınlar dediklərini, evi alanda yarı tikili olduğunu, sonradan üstünün basdırıldığını, təmir edildiyini, evin təmirinə təxminən 3500 manat xərcləndiyini, evin pulunu verməklərini Təbrizin də təsdiq edə biləcəyini göstərmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat verən X12 izahatında iddianı qəbul etmədiyini, evi anasıgilin balaca qardaşına aldıqlarını, 2016-cı ildə atası ilə mübahisəsinin olduğunu, səhər işə getdiyini, sonra Turanənin əşyalarını da götürüb atasıgildən getdiyini öyrəndiyini, məcbur qalıb onunla getdiyini, Turanənin nənəsinin evinə köçdüklərini, sonra valideynlərinin qardaşına aldıqları evə köçmələrini dediklərini, Şahtaxtı kəndində yerləşən torpaq sahəsini üzərində yarım tikili olan evi həmin kənd sakini Təbrizlə 8300-ə danışıb razılaşdıqlarını, evin alınması üçün pulu valideynləri göndərdiklərini, evin alınması üçün ilk əvvəl 2500 manat ödəniş edildiyini, qalanını da hər ay valideynləri tərəfindən 250 manat Türkiyədən Ramazanla göndərdiklərini və ondan alıb Nurəsdənin oğlu Təbrizə ödədiklərini, torpaq sahəsi və onun üzərində olan evin alınması üçün bütün pulların özünün verdiyini, 2020-ci ildə işdən çıxdığını, Bakıya getdiklərini, orada taksi sürdüyünü, kirayə pulunu elə ancaq ödədiklərini, 2024-cü ildə də nikahlarının pozulduğunu, keçən ilin avqust ayında alınmış əmlakı anasının adına sənədləşdirdiklərini, bir qayda olaraq onların ailəsində hər şeyin anasının adına olduğunu göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid4 ifadəsində aldıqları evdə işləyərkən Turanənin öz həyat yoldaşı Əfsun ilə onun əmisinin evində yaşadıqlarını, evin təmiri zamanı materialları Əfsunun aldığını, özünün də gətirdiyini, evə gəc vurduğunu, qapıpəncərə saldığını, materialı Turanənin rəhmətə gedən qardaşı ilə gedib danışıb nisyə götürdüklərini, Xədicə ilə Məşdini həmin evdə heç görmədiyini, onların həmin dövrdə Əfsunla küsülü olduqlarından danışmadıqlarını, ailəsi ilə küsülü olduğunu Əfsunun özündən eşitdiyini, Əfsunun onlara tez-tez gəlib getdiklərindən onların münasibətlərinin yaxşı olmadığını bildiyini, həmin evin təmirini qardaşı ilə etdiklərini, birlikdə işlədiklərini, evin təmir olunmasına onları Mahirə ilə yoldaşı Valeh çağırdıqlarını, evin təmiri üçün təxminən 600-700 manat əl xərci aldıqlarını, Əfsunun hər ay 100-200 manat verdiyini, özünün kənddə olmadığına görə pulu qardaşına verdiklərini, Əfsun ilə Turanə nikahda olduqları vaxt X22 aldıqlarını, evdə işləyərkən Turanənin anası Mahirənin evində yeyibiçdiklərini, evi aldıqları adamın hərbidə işlədiyini, razılaşıb kreditlə aldıqlarını, Turanənin atasının da evin alınması üçün pul verdiyini, evin Əfsunun qardaşına alınmasını heç eşitmədiyini, “Əgər ev Əfsunun qardaşının olsaydı, Valehlə Mahirə orada işləməzdi” dediyini, Turanə və Əfsunun evi özləri üçün aldıqlarını, qohum olduqları üçün evdə işlədiyini göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 ifadəsində qızı Əfsunla ailə qurduqdan sonra bir müddət qaynatasıgildə yaşadıqlarını, sonra aralarında söz-söhbət olduğunu, qızının qaynanasıgilin Əfsunla küsülü olduqlarını, gəlib anasının evində qaldıqlarını, əmlakın onlar tərəfindən alındığını, ustalarla onların danışdığını, xərclərin onlar tərəfindən çəkildiyini, həmin evi böyük oğlu Xəlilin danışdığını, 2500 manat ilkin ödənişlə, aylıq 250 manat ödəməklə 8300 manata ev aldıqlarını, pulun 1000 manatını atasının verdiyini, qızının qızıllarını satıb 1000 manat da üstünə qoyduqlarını, qalan 500 manatı Əfsunun lotereyadan götürərək ümumilikdə 2500 manatı ödədiklərini, evi 2017-ci ildə aldıqlarını, qalan pulu da bir ay onlar, bir ay da özlərinin köməklik edib ödədiklərini, Əfsunun ödədiyi vaxt aparıb evin pulunu hərbi hissədə Təbrizin özünə verdiyini, elə vaxtlar da olubdur ki, Təbriz özü gəlib onlardan pulu götürdüyünü, ya da rəhmətlik yoldaşı ilə gedib pulu Nurəsdənin özünə verdiklərini, bu müddətdə də evin üstünü basdırıb, tikinti aparıb 2018-ci ilin aprel ayında Əfsun və Turanənin aldıqları evə köçdüklərini, Əfsunun qardaşının onu danışdırmadığını, evi qardaşı üçün almadıqlarını, elə olsaydı kömək etməzdi dediyini, qızının evi olduğu üçün kömək etdiklərini bildirdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 ifadəsində Əfsunla danışıbrazılaşıb Şahtaxtı kəndində aldıqları evdə usta kimi işlədiyini, həmin evdə hörgü işini apardığını, üstündən 5-6 il keçdiyindən dəqiq yadında olmadığından təxminən 200-300 manat Əfsundan pul aldığını, pulu iki dəfəyə verdiyini, X22 alıb onlara tikdiklərini, fasilələrlə 10 gün işlədiyini, işlədiyi vaxt yeməyi Əfsunun qaynatasının evində yediklərini, orada olanda Əfsunun ata-anasının həmin evə gəlmədiklərini bildirdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid8 ifadəsində tikinti materiallarının topdan satışı ilə məşğul olduğunu, 7 il bundan əvvəl Şahid4 gəlib ondan tikinti materialı aldığını, kim üçün alıb apardığını bilmədiyini göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid9 ifadəsində Şahtaxtı kəndində yerləşən evi həyat yoldaşı Xədicənin adına aldıqlarını, pulunu Türkiyədə işləyib qohumları Ramazanla göndərdiklərini, oğlu Əfsuna çatdırdıqlarını, onun da həmin pulla evi tikdiyini, evin pulunun hamısını özünün verdiyini, 2 oğullarının olduğunu, onlardan biri yanlarında, digəri də aldıqları evdə qalsın deyə aldıqlarını, evin alınmasını Nurəsdənin oğlu Təbrizlə oğlu Əfsunun danışdığını, 2500 manat ilkin ödəniş edildiyini, pulu özlərinin göndərdiklərini, Əfsunun aparıb verdiyini, qalanı üçün də hər ay 250-300 manat Ramazanla göndərdiklərini, Əfsunun onun evində yaşadığını, 2017-ci ildə evdən çıxardığını, sonra ev satıldığını eşitdiklərini və danışıb aldıqlarını, evin pulunu nə vaxt ödəyib qurtardıqlarının yadında olmadığını, evi kiçik oğlu Ayhan üçün aldıqlarını, bir qayda olaraq bütün əmlaklarını, hətta almış olduğu nəqliyyat vasitəsinin həyat yoldaşı Xədicənin adına rəsmiləşdirdiyini göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid10 ifadəsində ata evində yaşadığı üçün özünün aldığı torpaq sahəsinin məhrum anası Nurəsdənin adına sənədləşdirdiyini, aldığı həmin torpaq sahəsini hörüb satmağa qərar verdiyini, evi satacağı barədə xəbər saldığını, Əfsunun evi almaq istədiklərini dediyini, 2017-ci ildə onunla 2500 manat ilkin ödəməklə, qalan pulun isə ayda 250-300 manat olmaqla ödəmək barədə razılığa gəldiklərini, pulu bəzən Əfsunun özünün verdiyini, bəzən də pulu Əfsunun dediyi yerdən gedib götürdüyünü, bəzən də qardaşına verdiyini, ev anası Nurəsdənin adına olduğunu, pulunu aldıqdan sonra gedib evi onların adına sənədləşdirdiklərini, Əfsunun bəzən pulu gecikdirdikdə “gücüm çatmır, evdən demişəm köməklik etsinlər” dediyini, amma hansı tərəfdən köməklik göstərildiyini bilmədiyini, evi ümumilikdə 8300 manata satdıqlarını, Turanənin anası Mahirədən pul götürmədiyini, evin pulunun hamısının ödənildiyini, ev satılarkən yarım tikili olduğunu, evin alınması barədə Əfsunla danışarkən onun Turanə ilə ailəli olduğunu, Əfsundan başqa heç kimin ona pul vermədiyini, evi aldıqdan sonra Əfsunun ailə ilə orada yaşayıb yaşamadıqlarını bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid5 ifadəsində əmiləri Qabil və Telmanın usta olduqlarını, onların yanında gedib Əfsungilin evində fəhlə işlədiyini, suvaq vurduqlarını, gördüyü işin pulunu əmilərindən aldığını, işlədikləri evin Əfsunun olduğunu bildiyini, yeməyi Əfsungildə yediklərini, Əfsunun ata-anasını işlədikləri vaxt görmədiyini, evdə işləyəndə Əfsunun evli olduğunu, işlədiyi evin Əfsunun qaynatasının evi ilə qonşu olduğunu, Turanənin anası Mahirə xalanın, atası Valehin, qardaşı Heydərin həmin evə gəlib-getdiklərini və köməklik etdiklərini, Əfsunun özünün də orada olduğunu, evin Əfsun üçün tikildiyini bildiyini, Turanənin özünün evi olduğu üçün onun da orada olduğunu göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid3 ifadəsində təxminən dəqiq xatırlamadığını 2017-2018-ci illərdə Turanənin atasının ona zəng etdiyini və gedib Şahtaxtı kəndində yerləşən evə baxdıqlarını, nə iş görəcəklərini onunla danışdıqlarını, səhv etmirsə 610 manata razılaşdıqlarını və təxminən mart ayında həmin evdə gəc işləri gördüklərini, evi Turanə ilə Əfsuna aldıqlarını bildiyini, Turanənin atasının da evin alınmasında köməklik etdiyini bildiyini, Turanə Əfsunun evini qardaşı Telmanla işlədiklərini, Samirin də yanlarında fəhlə işlədiyini, Turanənin qardaşının da evin təmir işində kömək etdiyini, evdə işləyəndə Əfsunun yaxınlarından kimisə orada görmədiyini, Əfsun, Turanənin anası, atası, qardaşının orada olduqlarını, Əfsunun ev sahibi kimi həmişə evdə olduğunu, yeməyi Turanənin anası Mahirənin evində yediklərini, işlədiklərinin pulunu nağd vermədiklərini, Turanənin zəng etdiyini və gedib onlardan götürdüklərini, həmin vaxt Turanə və Əfsunun Turanənin əmisinin evində yaşadıqlarını, Əfsunun özünün evin işi ilə bağlı qaynatası ilə razılaşdığını, Əfsunun ona pul vermədiyini, əgər Əfsun gördükləri işlə əlaqədar pulun yarısını Telmana veribdirsə, qalan yarısı olan 300 manatı da özünün gedib Turanədən götürdüyünü, evdə işləyəndə Xədicəgil tərəfdən kimisə orada görmədiyini, Mahirənin həmişə çay gətirdiyini, həmin vaxt Əfsunun hərbi hissədə işlədiyini, işə getdiyini, evdə olanda da kömək etdiyini göstərdi. Məhkəmədə çıxış edən iddiaçının vəkili Vəkil1 istər iddiaçı, istərsə də iddiaçı tərəfdən şahid qismində dindirilmiş Şahid1 əmlakın onlar tərəfindən alındığını, ustalarla onların danışdığını, xərclərin onlar tərəfindən çəkildiyini bildirməsini, iş üzrə şahid qismində dindirilmiş Şahid4 izahatında “X22 almışlar”, “Həmin vaxt Əfsun valideynləri ilə küsülü idi”, “İşləyib gedib Valehlə Mahirəgildə yeyib-içirdik”, “Bizi ora Valehlə yoldaşı çağırıblar”, “Əgər ev Əfsunun qardaşının olsaydı, Valehlə Mahirə orada işləməzdi”, cavabdehin vəkilinin sualına cavab olaraq bildirdiyi “Əfsungil bizə tez-tez gəlib gedirdilər, axşamlar birlikdə çörək yeyirdik, bilirdim ki, münasibətləri yaxşı deyil, küsülüdülər” deyə bildirməsini, şahidlərdən Şahid2 izahatında “İşləyirdik, yeməyi Əfsunun qaynatasıgildə yeyirdik”, “Evi Əfsunla arvadına tikirdik, ”X22 alıblar” deyə bildirməsini, Şahid10 izahatında“ Mən pulu Əfsundan alırdım, deyəndə ki, evi adına sal, dedi, imkanım yoxdur, keçən il gəlib dedi ki, evi adına saldıraq, anasının adına saldırdıq”, deməsini, başqa heç bir puldan söhbət getmədiyini, digər şahidlərin X22 alındığını, Əfsunun valideynlərinin orada olmadığını, baxmayaraq ki, valideynləri Türkiyədədir, qardaşının burada olduğu halda gəlib-getmədiyini, maraqlanmadığını qeyd etmələrindən mübahisəli ev Əfsunla Turanəyə alındığını təsdiq etdiyini, evin alınması üçün 8300 manat verildiyini, çəkilmiş xərclə bağlı ortaq məxrəcə gəlib 3500 manata razılaşdıqlarını bildirərək, evin dəyəri və çəkilmiş xərcin yarısının, həmçinin hüquqi yardım üçün ödənilən 320 manatın və ödənilmiş dövlət rüsumu olan 88 manatın cavabdehdən alıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə çıxış edən cavabdehin vəkili Vəkil2 iddianın predmeti və əsasının ziddiyyətli olduğunu, əgər iddiaçı iddia ərizəsində məhrum olduğu əmlaka tələb irəli sürürsə, cavabdeh Xədicə xanım deyil, onun keçmiş həyat yoldaşı olmalı olduğunu, alğısatqı müqaviləsi mübahisələndirilirsə, yenə cavabdeh kimi mərhum Seyidova Nurəsdənin qoyulmalı olduğunu, müqavilə əsasında qurulan münasibətlər olduğundan burada əsassız varlanmadan da söhbət gedə bilmədiyini, Xədicə xanımın qanuni şəkildə əmlak əldə etdiyini, iddianın predmeti və əsasının düzgün qoyulmadığından Xədicə xanımın iddiaya cavab verəcək şəxs olmadığını bildirərək iddianın rədd olunmasının xahiş etdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(111)-151/2024 nömrəli qətnaməsindən çıxarışa əsasən X12 ilə X10 arasında bağlanmış 08 oktyabr 2015-ci il tarixli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 433776 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında X12 ilə X10 arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Kəngərli Rayon Şahtaxtı kəndində yerləşən ümumi sahəsi 0,2264 ha olan torpaq sahəsi X5 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Notariat Ofisi tərəfindən 4Ə-58 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 12 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Kəngərli Rayon Şahtaxtı kəndində yerləşən ümumi sahəsi 0,2264 ha olan torpaq sahəsini satıcı X11 alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli 04/1010 nömrəli məktuba əsasən Kəngərli Rayon Şahtaxtı kəndində yerləşən 0,214 ha olan torpaq sahəsi Kəngərli Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 4Ə-58 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş JQ-XVİİİ 354923 nömrəli doğum akt qeydindən çıxarışa əsasən X6 anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Vəkil Bürosunda Şahid1 ilə Vəkil qurumunun rəhbəri X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Kəngərli Rayon Məhkəməsində baxılan pul tələbi ilə bağlı mülki iş üzrə Vəkil1 İddiaçı vəkil təyin olunmuşdur. Hüquqi yardıma görə haqq 320 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş sahibkar Şahid6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Kəngərli Rayon Şahtaxtı kənd sakini X17 2018-ci ilin mart ayında qızı İddiaçı ondan 2 ədəd pəncərə almışdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli, 05 noyabr 2024-cü il tarixli və ********** nömrəli 19 noyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 88,37 (səksən səkkiz manat otuz yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Kəngərli Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli 428 nömrəli arayışa əsasən Kəngərli Rayon Şahtaxtı kənd sakini X12 2018-ci ildən elektrik istifadəçisi kimi qeydiyyatdadır. X12 hal-hazırda yaşadığı evi Şahtaxtı kənd sakini X1 almışdır. Şəxsi iştirakı olmadığı üçün müqavilə bağlanmamışdır. 2021-ci ilin mart ayına qədər elektrik enerjisindən istifadə etmişdir. Mülki iş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarına, şahidlərin ifadələrinə və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı ilə X12 08 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. 2017-ci ildə Kəngərli rayon Şahtaxtı kənd sakini X4 həmin kənddə yerləşən 0.2264 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini 8300 manata almışlar. Lakin alğısatqını rəsmiləşdirməmişlər. Həmin torpaq sahəsində olan yarımçıq tikilini tamamlayaraq təmir etdirmişlər və 2018-ci ildə yaşamaq üçün həmin evə köçmüşlər. Evin təmir olunmasına və yaşamaq üçün şəraitin yaradılmasına 3500 manat xərc çəkmişlər. İddiaçı ilə X12 arasında olan nikah Kəngərli Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra, yəni 12 avqust 2024-cü ildə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X11 ilə X6 anası Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanaraq ona satılmış və daşınmaz əmlakın Dövlət reyestri xidmətində sonuncunun adına qeydiyyata alınmışdır. Göstərilən hallar tərəflərin izahatları, şahidlərin ifadələri və işdə olan sənədlərlə də təsdiq olunur. Məhkəmə baxışında tərəflər Kəngərli rayon Şahtaxtı kənd sakini X4 həmin kənddə yerləşən 0.2264 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikiliyə 3500 manat xərc çəkilməsi barədə razılığa gələrək təsdiq etmişlər. Göründüyü kimi məhkəmə araşdırılması zamanı tərəflər Cavabdeh mülkiyyətində olan Kəngərli rayon Şahtaxtı kəndində yerləşən 0.2264 ha torpaq sahəsi və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilinin 8300 manata alınması və həmin torpaq sahəsi üzərində olan yarım tikili evin təmirinə 3500 manat xərclənməsini mübahisələndirməmişlər. Tərəflər arasında mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı Kəngərli rayon Şahtaxtı kəndində yerləşən 0.2264 ha torpaq sahəsi və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini X12 ilə birgə nikahda olduğu dövrdə 8300 manata alınmasını və həmin torpaq sahəsini üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikiliyə 3500 manat xərcin çəkildiyini qeyd edərək torpaq sahəsinin alınması və onun üzərində olan yarımçıq tikiliyə çəkilmiş xərcin yarı pulunun, yəni öz payına düşəni cavabdehdən alınıb ona ödənilməsini tələb edir, cavabdeh isə həmin torpaq sahəsinin alınmasına və onun üzərində olan yarımçıq tikiliyə çəkilmiş xərcin pulunun özləri tərəfindən “Ramazan” adlı şəxs vasitəsi ilə Türkiyədən göndərildiyini və oğlu Məhərrəmov Əfsunun tərəfindən ödənilməklə özü aldığını qeyd edərək iddianı qəbul etmədiyini bildirir. Bu halı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 da təsdiq edərək iddianı qəbul etmədiyini bildirmişdir. Lakin qeyd edilənlərlə bağlı cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı mülki iş üzrə tərəflər hüquqi münasibətdə olmasalar da, iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, İddiaçı ilə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ilə 08 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, evləndikdən sonra onlar bir müddət Məhərrəmov Əfsunun evlərində yaşamış, sonra Əfsunun valideynləri mübahisə yarandığından onların təkidi ilə Turanənin həmin kənddə yerləşən nənəsinin evinə köçərək orada yaşamışlar. 2017-ci ildə Kəngərli rayon Şahtaxtı kənd sakini X7 məxsus həmin kənddə yerləşən 0.2264 ha torpaq sahəsini və üzərində yerləşən yaşamaq üçün hazır olmayan yarımçıq tikilini 8300 manata almışlar və həmin torpaq sahəsi üzərində olan yarım tikili evi 3500 manat xərc çəkməklə təmir etdirərək ora köçmüşlər. 2020-ci ilin mart ayınadək orada yaşadıqdan sonra Bakı şəhərinə köçərək 2024-cü ilin mart ayınadək orada yaşamışlar. Bakı şəhərinə köçənədək aldıqları əmlakın pulu tam ödənilmiş, lakin alğı-satqını rəsmiləşdirməmişlər. İddiaçı ilə X12 arasında olan nikah 04 iyun 2024-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş və Kəngərli rayon Qeydiyyat Şöbəsində onlar arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra, yəni 12 avqust 2024-cü ildə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X11 ilə X6 anası Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanaraq sonuncuya satılmış və daşınmaz əmlakın Dövlət reyestri xidmətində onun adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 birgə nikah dövründə əmlak alsalar da, onu rəsmiləşdirməmiş, nikah pozulduqdan sonra həmin əmlak Ə.Məhərrəmovun anası hazırkı iş üzrə Cavabdeh adına rəsmiləşdirilməklə iddiaçının birgə nikahdakı əmlakda olan pay hüquqları məhdudlaşdırılmış və cavabdeh isə əsassız varlanmışdır. Bununla da iddiaçı öz hüquqlarını realizə etmək üçün məhkəməyə müraciət edərək birgə nikah dövründə alınmış əmlakın və həmin əmlaka çəkilmiş xərcin yarı dəyərinin əsassız varlanmış cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi və yarımçıq tikili iddiaçı ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birgə nikah dövründə aldıqları əmlak kimi qiymətləndirilməli və həmin torpaq sahəsi və yarımçıq tikilinin alınması üçün onlar tərəfindən verilmiş 8300 manatın yarısı, yəni iddiaçının payına düşən 4150 manatın və torpaq sahəsində aparılmış təmir-tikinti işlərinə xərclənmiş 3500 manatın yarısı olan 1750 manatın, cəmi 5900 manatın əsassız varlanmış torpaq sahəsinin mülkiyyətçisi olan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən torpaq sahəsi və yarımçıq tikiliyə verilmiş 8300 manat pulun yarısı 4150 manat və təmir-tikinti işlərinə xərclənmiş 3500 manat pulun yarısı 1750 manat, cəmi 5900 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 Cavabdeh torpaq sahəsini alınması və çəkilmiş xərclə bağlı reqres qaydasında pul tələb hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 - 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 88,37 (səksən səkkiz manat otuz yeddi qəpik) manat dövlət rüsumu ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 80 (səksən) manat hissəsinin əvəzi və vəkilə ödənilmiş 320 manat da cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 216-220, 222, 358.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 5900 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat və 80 manat dövlət rüsumunun əvəzi, cəmi 6300 (altı min üç yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zülfüqar Əhmədov