Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-244/2024 03.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2385 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan SX035784034AZ nömrəli xəbərnaməli zərfdən görünür ki, iş üzrə Cavabdeh ünvan 1 kəndi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin müvafiq bildiriş göndərilmiş zərfin üstündə “Babək rayonunda qeydiyyatdadır” qeydi aparılaraq geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh Naxçıvan MR Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-ci maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-244/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-244/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver