Məhkəmə qərarları › İş №2(111)-248/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-248/2023

23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-248/2023 23.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 7500 (yeddi min beş yüz) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il 11 ay) 5% hesablanmaqla 1093,75 (min doxsan üç manat yetmiş beş qəpik) məbləğində pulun tutularaq ona (iddiaçıya) ödənilməsi, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödədiyi 111 (yüz on bir) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməyərək, nümayəndə ilə təmsil olunmuşdur. İş üzrə Cavabdeh məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişi göndərilməklə məhkəmənin hazırlıq iclasına dəvət olunmasına baxmayaraq, gəlməməsinin üzrlü səbəblə əlaqədar olması barədə məhkəməyə heç bir məlumat verməmiş və məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə hazırlıq iclası iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa və Azərbaycan Respublikası DİN-nin BPKMİ-nin “MAPS” şöbəsinin arayişına əsasən Cavabdeh Şərur rayon Kərki kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-ci maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2, 263 - 264, 267 - 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar