Məhkəmə qərarları › İş №2(111)-26/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-26/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-26/2024 16.01.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1N78N (on min yeddi yüz səksən) manat pulun və iş üzrə ödənilmiş 123 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2N11-ci ildə N saylı hərbi hissədə tanış olmuşdur. Ozal N saylı hərbi hissədə gizir vəzifəsində işləmiş, özü də həmin ərəfələr N saylı hərbi hissədə işləmişdir. Cavabdeh Ozal ilə münasibət qurmuş, onların bu münasibətləri 2N22-ci ilədək yaxşı olmuş, bir gün Ozal ona yaxınlaşıb problemləri olduğunu demiş, köməklik etməyini istəmiş, o da Ozaldan nə kimi problemlərinin olduğunu soruşmuş, Ozalın ona cavabında ailəsini Şahbuz rayonuna gətirmək, kirayə ev tutmaq və əlavə borcları olduğunu, onları ödəməli olduğunu bildirmiş, onunla münasibətləri yaxşı olduğundan 2N22-ci ilin əvvəllərində Kapital Bankdan birkart götürərək içərisində 1N min (on min) manat olan kartı Ozala vermiş və ona həm borcu, həm də faizlərini ödəməsini demişdir. Ozal da ona ödəyəcəyinə söz vermiş, 9 ay kartın faizini ödəmiş, amma borc yerində qalmışdır. Borcu qaytarmadığından məcbur qalıb Azər- Türk bankdan kredit götürmüş, Ozala verdiyi kartın borcunu bağlamışdır. Lakin bugünədək cavabdeh bu müddət ərzində borcundan bir manat belə olsun qaytarmamış, bu barədə onunla dəfələrlə əlaqə saxlamış, hər dəfəsində fərqli bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh ilə borclu olması ilə bağlı votsap yazışmaları və səs yazıları da var. Qeyd etmək istəyir ki, Cavabdeh ona olan borcunu etiraf edir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında iddiasını müdafiə etdiyini, Cavabdeh, ona olan 1N78N (on min yeddi yüz səksən) manat pulun və iş üzrə ödənilmiş 123 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı etiraf etdiyini, İddiaçı iddia ərizəsində göstərilən 1N78N manat məbləğində borcu olduğunu, özü tərəfindən yazılmış və iş materiallarında olan ərizəni təsdiq etdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2N23-cü il tarixli, öz imzası ilə təsdiq etdiyi ərizədə 25 avqust 2N22-ci il tarixdə İddiaçı 1N78N manat borc pul aldığını, bu günədək həmin pulu qaytarmadığını və hal-hazırda İddiaçı 1N78N manat borcu olduğunu bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi təsdiq edilərək iddia təmin edilməli, Cavabdeh 1N78N (on min yeddi yüz səksən) manat və iş üzrə ödənilmiş 123 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Belə ki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 22N.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22N, 222, 358.N.3 və 36N-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1N78N (on min yeddi yüz səksən) manat və iş üzrə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1N9N3 (on min doqquz yüz üç manat) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar