Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-293/2024 20.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X3 Ədalət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(111)-74/2022 saylı qətnaməsinə əsasən ödədiyi 2518.87 manat məbləğində kredit borcu və 696.81 manat məbləğində 7% icra borcu olmaqla cəmi 3215.68 manatın, taksi xidmətindən istifadə etdiyinə görə ödədiyi 500 manat və 47.20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3762.88 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən hərbi hissədə birlikdə xidmət edərkən tanış olduğunu, onunla əvvəllər hər hansı bir düşmənçili və ya ədavətinin olmadığını, iddiaçı Cavabdeh "xxxx" ASC-nin Kəngərli rayon filialından xx.xx.2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində istehlak krediti götürdüyünü, kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməyinə baxmayaraq öhdəliyi lazımınca icra etməmiş, müqavilə şərtlərini pozmuş, kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Kəngərli rayon Filialına 927.67 manat gecikdirilmiş faiz borcu, 1983.87 manat gecikdirilmiş əsas borcu, 13.64 manat faiz borcu, 7210.95 manat əsas borc olmaqla ümumilikdə 9836.13 manat kredit borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı "xxxx" ASC-nin nümayəndəsi vasitəsi ilə Kəngərli rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh və İddiaçı (zamin) müştərək olaraq 9836.13 manat kredit borcunun və 118.36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9954.49 manat pulun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(111)-74/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia tələbi təmin edilmişdir. Kəngərli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(111)-74/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq “İcra haqqında Qanun”a əsasən borc məbləğini onun iş yerinə yönəltmiş və məhkəmənin qətnaməsində qeyd olunmuş 9954.49 manat məbləğində pulun 2518.87 manat məbləğində kredit borcu və 696.81 manat məbləğində 7% icra borcu olmaqla cəmi 3215.68 manatını ödədiyini, icra ödənişi dövründə və icra ödənişindən sonra dəfələrlə cavabdehdən məhkəmə qətnaməsinə əsasən ödədiyi pulun geri qaytarılmağını bildirsə də cavabdehin hərdən bir bəhanə ilə pulun geri qaytarılmasından yayındığını, məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini, özünün də hərbi qulluqçu olduğunu, maddi imkanının da yaxşı olmadığını, bir övladının ali təhsil aldığını, digərinin isə orta məktəbdə oxuduğunu və hazırlıqlara getdiyini, onların təhsil xərclərini qarşılamaqda çətinlik çəkdiyini, əlavə olaraq dəfələrlə cavabdehin yaşadığı Kəngərli rayon Qıvraq qəsəbəsinə taksi xidmətindən istifadə etməklə getdiyini və taksi xidmətinə 500 manatdan artıq pul xərclədiyini, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi qismində izahat verən Nümayəndə izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd edilən halları təsdiq etdiyini, iddiaçının cavabdehə zamin durduğundan onun götürdüyü pul üzrə icra sənədi əsasında borcu ödədiyini, məhkəmənin qətnaməsi əsasında ödədiyi pulu və məhkəmədə iştirak etmək üçün çəkilmiş xərcin cavabdehdən tutulub ona ödənilməsini istədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasına gəlməyərək nümayəndə ilə təmsil olunmuşdur. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, buna baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Kəngərli Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli,e- 2(111)-74/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı müstərək qaydada 09 fevral 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan 927.67 manat gecikdirilmiş faiz borcu, 7210.95 manat əsas borc, ümumilikdə 9836.13 manat borc və 118.36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9954.49 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Şərur Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli 3388 nömrəli məktubundan görünür ki, Kəngərli Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli,e- 2(111)-74/2022 nömrəli icra vərəqəsi üzrə borclu İddiaçı əmək haqqından 2518 manat 87 qəpik məbləğində kredit borcu və 696 manat 81 qəpik məbləğində 7% icra borcu tutularaq müvafiq hesablara köçürülmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, iddiaçının nümayəndəsinin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3215,68 manat ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə nisbətdə 40.84 manat, cəmi 3256,52 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehin bağladığı kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirmədiyindən ödənilməli borc zamin qismində çıxış edən iddiaçının əmək haqqından tutulmuşdur. Cavabdeh həmin məbləği iddiaçıya ödməkdən boyun qaçırdığı üçün iddiaçı reqres qaydada pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində taksi xidmətindən istifadə etdiyinə görə cavabdehdən 500 manat pul tələb etdiyini göstərsə də həmin tələblə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş üzrə iddiaçının alqı-satqı müqaviləsi üzrə ödədiyi məbləği reqres qaydada tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3215,68 manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 40.84 manat, cəmi 3256,52 (üç min iki yüz əlli altı manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(111)-293/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-293/2024
20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver