Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-306/2023 12.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1838 (min səkkiz yüz otuz səkkiz) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 2023-cü ilin aprel ayının 24-də 8 baş iribuynuzlu malını Çalxanqala kənd sakini Hüseyn Həsənovun yük avtomobilinə yükləyərək Babək rayonunun Yuxarı Buzqov kəndi ərazisində Çalxanqala kənd sakini Cavabdeh adlı çobana təhvil vermişdir. Şikarla malları örüşdə otarması müqabilində hər malına ayda 16 manat ödəməyi barədə Hüseyn Həsənovun yanında şifahi razılıq əldə etmişik. Hər ay da vaxtı vaxtında Cavabdeh 128 manat ödəniş etmişdir. İyun ayının axırlarında Çalxanqala kənd sakini X5 Teymurova zəng vuraraq demişdir ki, Şikar deyir ki, sizin malınızı ilan sancıb. Vaqif Şikara zəng vurub özü ilə əlaqə saxlamış, Şikar ona demişdir ki, malı ilan sancıb ancaq ölməyib sağdı. onlar Şikara demişlər ki, sən malın şəklini olduğu kimi çək, bizə göstər başqa heç nə lazım deyil. O, da demişdir ki, öz telefonum işləmir, ancaq malın şəklini başqa telefonla çəkib göstərəcəm. Vaqif bir gün sonra dağa getmiş və Şikardan soruşmuşdur ki, mal necə oldu haradadır, o bildirmişdir ki, malı qartallar və canavarlar yeyib cəsədi yoxdur. Vaqif təkidlə malın cəsədinin göstərilməsini və ya cəsədin şəkilinin göstərilməsini tələb etsə də, Şikar müxtəlif bəhanələrlə malın cəsədini və ya cəsədin şəklini göstərməmişdir. Bütün bunlara görə də o, Şikarın səmimi olduğuna və onun malının ilan sancması nəticəsində tələf olduğuna inanmır və Cavabdeh malının ortadan yox olmasına görə ona vurduğu maddi və mənəvi zərərin ödənilməsini tələb edir. O, Cavabdeh ona vurduğu maddi və mənəvi zərərin ödəməsini bildirmiş, lakin o, ona demişdir ki, zərərini ödəyən deyiləm, hara istəyirsən get, şikayət et. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edir ki, sözü gedən mal iki yaşındadır və dəyəri 1800 (bir min səkkiz yüz) manat təşkil edir. Bundan əlavə mən maşın və məhkəmə xərcləri çəkmişdir. Cavabdeh məsuliyyətsizliyinə görə ona həm maddi həm də mənəvi ziyan dəymişdir. İtmiş malımın dəyərini 1800 (bir min səkkiz yüz) manat dəyərləndirir, əlavə olaraq məhkəmə üçün ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumu ilə birlikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat Cavabdeh alınıb ona ödənilməsini istəyir. Məhkəmə baxışının gedişində iş üzrə tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək təqdim edilmiş müvafiq barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: “Biz, bir tərəfdə “İddiaçı Cavabdeh pul tələbinə” dair 2(111)-306/2023 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdə isə Cavabdeh aşağıdakı məzmunda barışıq sazişi bağlayırıq: 1.Mən iş üzrə İddiaçı Cavabdeh ilə aramızda olan mübahisəni həll etmək məqsədilə onun təklif etdiyi 600 manat pulun 2024-cü ilin iyun ayının 1-ə kimi mənə qaytarılmasına, bunun müqabilində iddiamdan imtina etməyimə və iş üzrə icraata xitam verilməsinə razıyam. 2.Mən iş üzrə Cavabdeh İddiaçı ilə razılaşaraq 2024-cü ilin iyun ayının 1-ə kimi ona 600 manat ödəməyi öhdəmə götürürəm. Əks təqdirdə məhkəmə qərarının icraya yönəldilməsinə etirazım yoxdur. İş üzrə icraata xitam verilməsinə razıyam. 3.Barışıq sazişi üzrə öhdəlik icra olunmasa iddiaçının ərizəsi ilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılaraq icraya yönəldilməsinə razıyıq.” Məhkəmə iş üzrə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının 07 sentyabr 2023-cü il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 38 manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli, “Biz, bir tərəfdə “İddiaçı Cavabdeh pul tələbinə” dair 2(111)-306/2023 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdə isə Cavabdeh aşağıdakı məzmunda barışıq sazişi bağlayırıq: 1.Mən iş üzrə İddiaçı Cavabdeh ilə aramızda olan mübahisəni həll etmək məqsədilə onun təklif etdiyi 600 manat pulun 2024-cü ilin iyun ayının 1-ə kimi mənə qaytarılmasına, bunun müqabilində iddiamdan imtina etməyimə və iş üzrə icraata xitam verilməsinə razıyam. 2.Mən iş üzrə Cavabdeh İddiaçı ilə razılaşaraq 2024-cü ilin iyun ayının 1-ə kimi ona 600 manat ödəməyi öhdəmə götürürəm. Əks təqdirdə məhkəmə qərarının icraya yönəldilməsinə etirazım yoxdur. İş üzrə icraata xitam verilməsinə razıyam. 3.Barışıq sazişi üzrə öhdəlik icra olunmasa iddiaçının ərizəsi ilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılaraq icraya yönəldilməsinə razıyıq” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçının Cavabdeh pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı 07 sentyabr 2023-cü il tarixli ********** nömrəli qəbz əsasında ödədiyi 38 manat məbləğində pul qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-306/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-306/2023
12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver