Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-309/2025 12.12.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X3 Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 10000 (on min) manat borcun və iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandıraraq qeyd etmişdir ki, Xok kəndində yaşayır və ustalıqla məşğul olur. Gələcəkdə uşaqlarının həyat şəraitini qurmaq üçün evdə bir miqdar pul yığmışdır. 2024-cü ilin mart ayında bacısıoğlu Cavabdeh ona müraciət edərək, ona vacib pul lazım olduğunu bildirdi və ondan 30000 (otuz min) manat pul istədi. Pulu 2 ya 3 ay içində qaytaracağına söz verdi. Lakin həmin müddət başa çatdıqdan sonra Səxavət pulu qaytarmadı. Gündə bir bəhanə edərək pulu qaytarmaqdan yayındı. Ona görə də bu barədə 2024-cü il sentyabr ayında prokurorluğa şikayət etmişdir. Prokurorluqda Səxavəti çağırmışlar və pulun 15500 (on beş min beş yüz) manatını qaytarmışdır. Bundan sonra onunla və anası ilə akt tərtib etmişlər ki, pulun geri qalanını hər ay 500 manatdan az olmamaqla qaytarsın. 2025-ci ilin sentyabr ayında borcu tam olaraq bağlamalı idi. Həmin müddətdə başa çatdı. Lakin Səxavət puldan bir miqdar qaytarsa da borcun 10000 manatı qalır. Həmin pulu da qaytarmaq istəmir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edir. İş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək borclu Cavabdeh tələb etdiyini, cavabdehin 9000 manat ödəməsinə razı olduğunu göstərmişdir. İş üzrə məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini tam qəbul etməyərək 7500 manat borcu qaldığını, onuda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh, İddiaçı və Məmmədova Qəndabın imzaladığı akta əsasən Cavabdeh İddiaçı olan 30000 manat borcdan 15500 manatını qaytarmış, qalan 14500 manatı isə hər ay 500 manat olmaqla 2025-ci ilin sentyabr ayına kimi qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 9000 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və cavabdehin qismən etirafedici izahatı ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı borcu vardır. Həmin borcun bu günə kimi qaytarmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında şifahi borc müqavilələrinin bağlandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin qüvvədə olan mətninə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla Cavabdeh 9000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 108 (yüz səkkiz) manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat və iş üzrə ödənilmiş 108 ( yüz səkkiz) manat dövlət rüsumu, cəmi 9108 (doqquz min yüz səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov.
Məhkəmə qərarları › İş №2(111)-309/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-309/2025
12.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver