Məhkəmə qərarları › İş №2(111)-51/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-51/2024

11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-51/2024 11.03.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 900 (doqquz yüz) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin aprel ayında həyat yoldaşı X3 ilə birlikdə Cavabdeh ünvanına getmiş və söhbət əsasında xırda buynuzlu heyvanlarını dağa növbəyə aparmaq üçün hər ay 400 (dörd yüz) manat qiymətə razılaşmışlar. 400 (dörd yüz) manat pulu əvvəlcədən Cavabdeh ödəmiş və sonra xırdabuynuzlu heyvanlarını dağa növbəyə aparmışdır. 2022-ci ilin may-iyun aylarında Cavabdeh bildirmişdir ki, övladına toy edəcək, ona 400 (dörd yüz) manat borc pul lazımdır və sonra aylıq növbəyə görə ödəyəcəyi 400 (dörd yüz) manat puldan hesablayıb çıxarsan. Ona 400 (dörd yüz) manat pulu ödəmişdir. Həmin pulu ona ödədikdən bir həftə keçdikdən sonra Cavabdeh bildirmişdir ki, kirvəlik üçün getməlidir, ona 250 (iki yüz əlli) manat borc pul lazımdır. 250 (iki yüz əlli) manat pulu da cavabdehə ödəmiş və Cavabdeh bir həftə müddətinə dağa növbəyə getmişdir. Növbədən qayıdıb bir həftə istirahət etdikdən sonra bildirmişdir ki, evində ərzaq yoxdur ona ərzaq alınsın, sonra dağa növbəyə getsin. Öz şəxsi avtomobili ilə cavabdehi Qarabağlar kəndinə aparmış və nisyə yazdırıb öz adına 188 (yüz səksən səkkiz) manat dəyərində ərzaq alıb cavabdehə vermişdir. 2022-ci ilin avqust ayında Cavabdeh ondan yenə 50 (əlli) manat borc pul istəmiş, yenə də ona 50 manat ödəmişdir və bir həftə keçdikdən sonra anasına dərman almaq üçün 20 (iyirmi) manat borc pul istəmiş, onu da vermişdir. Beləliklə cavabdeh 2022-ci ilin avqust ayında müxtəlif bəhanələrlə bildirirmişdir ki, xəstədir, dağa növbəyə gedə bilməyəcək, ayaqları arğıyır və borc aldığı pulları işləyib gələcəkdə ödəyəcək. 2023-cü ilin noyabr ayınadək dəfələrlə Cavabdeh müraciət edib borc verdiyi pulları istəsə də cavabdeh “maddi imkanım yoxdur və nə vaxt pulum olsa o vaxt ödəyəcəm” deməklə kifayətlənirmiş. Bununla bağlı 2023-cü ilin noyabr ayında Kəngəli rayon Polis Şöbəsinə müraciət etmişdir. 21 noyabr 2023-cü il tarixdə Kəngərli rayon Polis şöbəsində Cavabdeh iltizam verib bildirmişdir ki, İddiaçı ödəyəcəyim 900 (doqquz yüz) manat pulu növbəti ayın 1-dən başlayaraq hər ay 100 (yüz) manat ödəyəcəyəm. Lakin 2 ay olar ki, cavabdeh yenə pulu ödəməkdən boyun qaçırır. Məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında iddiasını müdafiə etdiyini, Cavabdeh ona olan 900 (doqquz yüz) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı etiraf etdiyini, İddiaçı iddia ərizəsində göstərilən 900 manat məbləğində borcu olduğunu, özü tərəfindən yazılmış və iş materiallarında olan ərizəni təsdiq etdiyini və iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş üzrə cavabdeh etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi təsdiq edilərək iddia təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Belə ki, cavabdehin iddianı etiraf etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Habelə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərci olan ödənilmiş dövlət rüsumu iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 930 (doqquz yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar