Məhkəmə qərarları › İş №2(111)-56/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-56/2021

25.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-56/2021 25.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə ərizə ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış AZ-İ 068151 nömrəli nikah akt qeydində qadın qrafasında yazılmış “X8” qeydinin düzgün olmamasının müəyyən olunaraq X1 olmasının, Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxx 2005-ci il tarixdə qeydə alınmış AZ-İ 623363 nömrəli doğum akt qeydində ana qrafasında yazılmış “Ərizəçi2 Əli qızı” qeydinin düzgün olmamasının müəyyən olunaraq Ərizəçi2 kimi olmasının müəyyən olnması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. xx xxxx 2005-ci il tarixdə Aysu adlı qızları doğulmuşdur. Nikah haqqında şəhadətnamələrində qadın qrafasında Nabatova (Heydərzadə) Səltənət Elbəyi qızının ata adı və Aysunun doğum haqqında şəhadətnaməsində ana qrafasında Ərizəçi2 ata adı səhvən “Əli” kimi yazılmışdır. Bunun da səbəbi kənddə xalq arasında Səltənətin atası Elbəyini hamının “Əli” kimi çağırması olub. Bu səhvliyin düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etmişlər. Lakin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixli məktubla həmin səhvliyin düzəldilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlər nəzərə alınaraq Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış AZ-İ 068151 nömrəli nikah akt qeydində qadın qrafasında yazılmış “X8” qeydinin düzgün olmamasının müəyyən olunaraq X1 olmasının, Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxx 2005-ci il tarixdə qeydə alınmış AZ-İ 623363 nömrəli doğum akt qeydində ana qrafasında yazılmış “Ərizəçi2 Əli qızı” qeydinin düzgün olmamasının müəyyən olunaraq Ərizəçi2 kimi olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi1 ərizəsinə uyğun izahat verərək ərizəni müdafiə etdiyini, nikah haqqında şəhadətnamələrində qadın qrafasında Nabatova (Heydərzadə) Səltənət Elbəyi qızının ata adı və qızı Aysunun doğum haqqında şəhadətnaməsində ana qrafasında Ərizəçi2 ata adı səhvən “Əli” kimi yazıldığını, bunun da səbəbinin kənddə xalq arasında Səltənətin atası Elbəyini hamının “Əli” kimi çağırmalarının olduğunu, elə indi də kənd arasında hamının Elbəyini “Əli” kimi çağırdığını, ikinci qızları Zəhranın isə doğum haqqında şəhadətnaməsində düzgün olaraq ana qrafasında Ərizəçi2 kimi yazıldığını, səhvliklərin düzəldilməsi üçün qeydiyyat şöbəsinə müraciət etdiklərini, lakin qeydiyyat şöbəsinin düzəliş edilməsindən imtina etdiyini, ona görə də məhkəməyə müraciət etdiklərini göstərərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi2 ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Naxçıvan MR Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək işə iştirakları olmadan baxılması xahiş edildiyinə görə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 068151 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi1 ilə X8 xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Heydərzadə” soyadı verimişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 623363 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi1, anası isə Ərizəçi2 Əli qızıdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 10 nömrəli Ərizəçi2 ünvanlanmış məktuba əsasən nikah və doğum akt qeydinə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş AZE 0******* nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi2 xx.xx.1986-cı il tarixdə Naxçıvan MR Şərur rayon Qarabağlar kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Xİ-JQ 344291 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.1986-cı ildə doğulmuşdur. X2r. İş materiallarına əlavə olunmuş AZ-İİ 510667 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2011-ci ildə doğulmuşdur. Atası Ərizəçi1, anası isə Ərizəçi2dır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi1 ilə Ərizəçi2 Əli qızı arasında bağlanmış nikah akt qeydinə və X5 doğum akt qeydinə düzəliş və dəyişiklik edilməsindən imtina edilib və məhkəmədə dindirilən ərizəçilərin izahatları və tədqiq olunan hüquqi sənədlərlə Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış AZ-İ 068151 nömrəli nikah akt qeydinin və Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxx 2005-ci il tarixdə qeydə alınmış AZ-İ 623363 nömrəli doğum akt qeydinin düzgün olmaması təsdiq olunur. Çünki iş üzrə tədqiq olunan hüquqi sənədlərdə düzgün olaraq iş üzrə Ərizəçi2 Əli qızı deyil, Ərizəçi2 olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış Ərizəçi1 ilə Ərizəçi2 Əli qızı arasında bağlanmış AZ-İ 068151 nömrəli nikah akt qeydində qadın qrafasında yazılmış “X8” qeydinin düzgün olmaması müəyyən olunaraq “X4” kimi olması və Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən X5 xx xxxx 2005-ci il tarixdə doğulması barədə qeydə alınmış AZ-İ 623363 nömrəli doğum akt qeydində ana qrafasında yazılmış “Ərizəçi2 Əli qızı” qeydinin düzgün olmaması müəyyən olunaraq “Ərizəçi2” kimi olması müəyyən olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 341, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin.

1. Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış AZ-İ 068151 nömrəli nikah akt qeydində qadın qrafasında yazılmış “X8” qeydinin düzgün olmaması müəyyən olunaraq “X4” kimi olması müəyyən olunsun.

2. Kəngərli Rayon Qarabağlar kənd İƏDÜN-yi tərəfindən xx xxxx 2005-ci il tarixdə qeydə alınmış AZ-İ 623363 nömrəli doğum akt qeydində ana qrafasında yazılmış “Ərizəçi2 Əli qızı” qeydinin düzgün olmaması müəyyən olunaraq “Ərizəçi2” kimi olması müəyyən olunsun. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar