Məhkəmə qərarları › İş №2(111)-58/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-58/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-58/2025 13.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların təşkili mərkəzi” X1rşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların təşkili mərkəzi” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların təşkili mərkəzi” X3 Kəngərli rayon Qarabağlar kəndində yerləşən 256,6 kvm yaşayış sahəsi və 221.8 kvm yaşayış, 34.8 kvm köməkçi sahəsi ilə əlaqədar keçirdiyi hərrac “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsinə, Azərbaycan Respublikası KM-nin xx.xx.2014-cü il tarixli Plenum Qərarının tələblərinə zidd olduğundan, həmin hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilməmişdir. Belə ki, iddia ərizəsi və əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların təşkili mərkəzi” X3 ünvanı “Naxçıvan şəhəri, 8-ci küçə,1/5A”-dır. Ona görə də belə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də, cavabdehin hüquqi şəxsin faktiki qeydiyyat ünvanı Naxçıvan şəhəri, 8ci küçə,1/5A Naxçıvan şəhərində yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilər. İddiaçı izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi qaytarıldığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumunun da geri qaytarılması nəzərdə tutulduğundan hesab edirəm ki, İddiaçı 06 yanvar 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların təşkili mərkəzi” X1rşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı 06 yanvar 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar