Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-74/2021 15.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, Mənsimova İnnamə Zəfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərindən mirasın faktiki qəbul edilməsinin təsdiq edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Muradova (Novruzova) Əfsanə Eldar qızına, Hüseynova (Novruzova) Aynur Eldar qızına, Rəcəbova (Novruzova) Mayisə Eldar qızına, X11, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən mərhum anası X3 məxsus torpaq sahəsini miras olaraq faktiki qəbul etməyinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddiasını müdafiə edib iddia ərizəsində göstərdiklərini təsdiq edərək xx.xx.1943-ci ildə Kəngərli rayon Qıvraq kəndində doğulduğunu, atasının İddiaçı Nəzəralı oğlu, anasının isə X6 olduğunu, valideynlərinin ikisinin də vəfat etdiklərini, ailədə bir bacı və iki qardaş olduqlarını, bacısı Səkinənin və qardaşı Eldarın da vəfat etdiklərini, Səkinənin 3, Eldarın isə 5 uşağının olduğunu, anası vəfat etdikdən sonra ondan Qıvraq kəndində 0,16 ha torpaq sahəsinın miras qaldığını, həmin torpaq sahəsinə anası vəfat etdikdən sonra faktiki olaraq özünün sahiblik etdiyini, torpaq sahəsinə faktiki sahiblik edərək faktiki olaraq özünün mirası qəbul etdiyini, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini, anasına sağlığında özünün baxdığını, vəfat edəndə də dəfn xərcini özünün çəkdiyini, qardaş və bacısının uşaqları da həmin mirasdan pay tələb etmədiklərini, lakin notariat qaydada təsdiq olunmuş ərizə də vermək imkanlarının olmadığı üçün həmin ərizələri verə bilmədiklərini, vərəsələrdən yalnız bacısı Səkinənin qızı X4 notariat qaydada ərizə verərək həmin əmlakdan ona çatan paydan imtina etdiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, bundan imtina edilərək ona müvafiq məktub təqdim olunduğunu, ona görə də məhkəməyə müraciət etdiyini göstərərək Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən mərhum anası X3 məxsus torpaq sahəsini miras olaraq faktiki qəbul etməyinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlərin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli ölüm akt qeydindən çıxarışa əsasən X6 xx xxxxxxxx 1999-cu il tarixdə Naxçıvan MR Şərur rayon Qıvraq kəndində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin xx xxxx 2020-ci il tarixli 251 nömrəli arayışına əsasən mərhum X1 1. İddiaçı Nəzəralı oğlu, 2. X7. 3. X12, 4. İddiaçı adında vərəsələri vardır. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli ölüm akt qeydindən çıxarışa əsasən İddiaçı Nəzəralı oğlu xx xxxxxx 1942-ci il tarixdə Naxçıvan MR Şərur rayon Qıvraq kəndində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 598580 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx xxxxxxx 2018-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 700168 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx xxxxxxxx 2016-cı il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin xx xxxx 2020-ci il tarixli 250 nömrəli arayışına əsasən mərhum X5 1. Cavabdeh1, 2. X10. 3. X13, 4. X14, 5. X15 adında vərəsələri vardır. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin xx xxxx 2020-ci il tarixli 252 nömrəli arayışına əsasən mərhum X2 1. Cavabdeh5, 2. Cavabdeh6. 3. X9 adında vərəsələri vardır. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin xx xxxx 2021-ci il tarixli arayışına əsasən mərhum X6 vəfat etdikdən sonra ondan qalan torpaq sahəsinə oğlu İddiaçı sahiblik etmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət Notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bu haqda məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən X1 adına Naxçıvan MR Kəngərli Rayonu Qıvraq qəsəbəsində torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 22/7 nömrəli reyestr kitabının 1340 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının valideynləri vəfat etmiş, iddiaçının anası X1 adına Naxçıvan MR Kəngərli rayonu Qıvraq qəsəbəsində torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Anasının ölümündən sonra ondan miras qalmış əmlakı oğlu - yəni İddiaçı faktiki olaraq qəbul edərək miras əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Həmçinin müəyyən olunur ki, miras qoyanın valideynləri, əri və digər uşaqları sağ deyil. Mirasın açıldığı yer Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış miras qoyanın yaşadığı yer - Kəngərli rayon Qıvraq qəsəbəsidir. Miras əmlak miras qoyanın öldüyü xx xxxxxxxx 1999-cu il tarixdə açılmışdır. Mirasın açıldığı vaxt miras qoyan X1 əri İddiaçı Nəzəralı oğlu xx xxxxxx 1942-ci il tarixdə vəfat etmiş və digər vərəsələri uşaqları - X12 xx xxxxxxxx 2016-cı il tarixdə, X8 isə xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişlər. Göründüyü kimi miras qoyanın uşaqları miras açılan vaxt sağ olmuş, cavabdehlər Cavabdeh1, Muradova (Novruzova) Əfsanə Eldar qızı, Hüseynova (Novruzova) Aynur Eldar qızı, Rəcəbova (Novruzova) Mayisə Eldar qızı, X15, Cavabdeh5 və Cavabdeh6 miras qoyanın nəvələridir və miras əmlakdan pay almaq hüquqları yoxdur. İddiaçı miras əmlak üzrə yeganə vərəsədir və miras əmlak onun tərəfindən miras olaraq faktiki qəbul etmişdir. Miras əmlak üzrə vəsiyyətnamə yoxdur. Vərəsələr tərəfindən mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanı itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia təmin edilməli, İddiaçı Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 22/7 nömrəli reyestr kitabının 1340 nömrəli vərəqində qeydiyyata alınmış mərhum X3 məxsus torpaq sahəsini miras olaraq faktiki qəbul etməsi təsdiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərclərini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 22/7 nömrəli reyestr kitabının 1340 nömrəli vərəqində qeydiyyata alınmış mərhum X3 məxsus torpaq sahəsini miras olaraq faktiki qəbul etməsi təsdiq edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti veilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-74/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-74/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver