Məhkəmə qərarları › İş №2(111)-86/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-86/2023

17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-86/2023 17.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsinin alınmasına, üzərində inşa etdiyi yaşayış evinin tikilməsinə, usta və fəhləsinə çəkdiyi 43364.50 (qırx üç min üç yüz altmış dörd manat, əlli qəpik) manatın, kirayə pulu olaraq ödədiyi 14400 (on dörd min dörd yüz) manatın, mənəvi ziyana görə 5000 (beş min) manatın və ödənilmiş 278.29 (iki yüz yetmiş səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə ailə qurmamışdan əvvəl fərdi yaşayış evi tikilməsi üçün 30 sot torpaq almış, sənədləşdirmə zamanı işdə olduğu üçün atası iş üzrə Cavabdeh ona torpağı öz adına rəsmiləşdirdiyini demiş, o, da onunla razılaşmışdır. Sonra analığı Nümayəndə Camal qızı öz xalası qızını ona ailə qurmağa məsləhət görmüş, o da sözlərindən çıxmamışdır. Toyundan bir ay keçməmiş analığı atasını öyrətmişdir ki, Əhməd qızdan boşanmalıdır. O da atasının və analığının fikirləri ilə razılaşmamışdır. Bundan sonra bir gün o, işdən evə gəldiyi zaman atası və analığı onu və yoldaşını nənəsindən mülk kimi qalmış evdən çıxardıb eşiyə atmışlar və əyinlərinin paltarını belə verməmişlər. Onlar da uşaqları ilə birlikdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışlar. Bir müddət qohumunun evində qalandan sonra aldığı torpaqda ev tikməyə başlamış, atasının heç bir günahı olmadığı üçün onu bağışlamış və onunla barışmışdır. Atası usta olduğu üçün onunla birlikdə evin layihəsini çəkmişdir. Analığı Nailə atasını öyrətmiş və onun yanından kənarlaşdırmışdır. O da başqa usta tutub evini tikdirmişdir. Nailə ona yaxınlaşıb demişdir ki, get tikdiyini də sök, onsuz da torpaq atanın adınadır. O da atasıyla söhbət edərək demişdir ki, Nailə deyir ki, arvadını boşa get torpağı öz adına keçirək. O da ailəsinin gözəl ailə olduğunu, heç vaxt mülkə görə ailəsini boşamayacağını demişdir. Cavabdeh onu ailəsi ilə birlikdə yaşadığı nənəsindən miras qalmış yaşayış evindən çıxartdıqdan sonra o, məcbur olub onlardan ona dəymiş maddi ziyanı tələb etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, torpağın pulunu atası Cahangir yox, o özü ödəmişdir. Bu barədə onun kifayət qədər şahidləri var ki, həqiqətən evin pulunu o vermişdir və ev tikilərkən fəhlə və ustanı da özü tutaraq pullarını da ödəmişdir. Şahidlər və qonşular tam təsdiq edə bilər ki, atası Cahangirin orada heç bir haqqı yoxdur. Qeyd edir ki, aldığı torpağın qiyməti aldığı vaxt 4500 manat olsa da, hazırda manatın inflyasiyasını da nəzərə alsaq, indi 30.000 manat təşkil edir. Evin materiallarına çəkdiyi xərc isə aşağıdakılardan ibarətdir: Təməl 1. 75 manatdan 12 maşın daş - 900 manat, 2. 4 maşın qum 120 manatdan – 480 manat, 3. 1.50 qəpikdən 200 ədəd kubik – 300 manat, 4. 5.50 qəpikdən 75 kisə sement – 412.50 manat, 5. hidromek - saatı 50 manatdan 4 saat – 200 manat, 6. 10 manatdan 10 maşın torpaq - 100 manat, 7. saatı 50 manatdan hidromek torpaq yığmağa 5 saat - 250 manat, 8. kanalizasiya turbası 12 ədəd 6 manatdan – 72 manat, 9. kanalizasiya dirsəyi 5 manatdan 6 ədəd – 30 manat, 9. fəhlə günü 20 manatdan 10 gün – 200 manat, Binanın tikilişi 1. 50 qəpikdən 10800 ədəd pirket – 5400 manat, 2. Sement 5.50 qəpikdən 80 kisə – 440 manat, 3. Usta kvadratı 4.50 qəpikdən 300 kvadrat – 1350 manat, 4. usta daşın kvadratı 5 manatdan 10 kvadrat – 50 manat, 5. Fəhlə günü 20 manatdan 20 gün – 400 manat, 6. 5x10 taxta 15 manatdan 15 ədəd – 225 manat, 7. Qələmə 20 manatdan 30 ədəd – 600 manat, 8. Artizan metrəsi 40 manatdan 25 metr – 1000 manat, 9. Su nasosu – 250 manat, 9. 50 metr su şlanqı – 55 manat, 10. 10x10 taxta çəkdirmək 5 manatdan 15 metr – 75 manat, 11. Dik 45 manatdan 5 ədəd – 225 manat, 12. Torpaq 30 sot – 30000 manat, 12. Aformud – 350 manat. Bundan əlavə 6 ildir ki, hər ay 200 manat kirayə haqqı ödəməklə ümumilikdə 14400 manat kirayə haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğdə Cavabdeh alınıb ona ödənilməlidir. Əlavə olaraq Cavabdeh ona mənəvi ziyan da vurmuşdu ki, onun da məbləğini 5000 manat miqdarında dəyərləndirir. Mülki işin icraatı zamanı Cavabdeh məhkəməyə 1.Torpağın mülkiyyətə hüququna aid çıxarışı, 2.Torpaq sahəsinin planı və ölçüsünə aid sənədi, 3. Ailə tərkibi haqqında arayışı, 4. Şəxsiyyət vəsiqələrini surətlərini, 5. Nikah şəhadətnaməsinin surətini məhkəməyə etiraz ərizəsi göndərərək iddiaçının iddia etdiyi 30 sot torpaq sahəsində heç bir mülkiyyət hüququnun olmamasını, iddiaçının 1-ci dərəcəli vərəsələrə nisbətdə nənəsindən qalmış yaşayış evinə tələbdə haqlı olmadığını, iddia ərizəsində şahid və qonşular ümumi halda verildiyindən, mənəvi zərəri yaradacaq hallar əsaslandırılmadığından “pul qoparmaq”, tamah məqsədi ilə edidiyini, kirayə 2-ci şəxsin mülkiyyət hüquqlu daşınmaz amlakından istifadəyə görə ödənilən haqq olduğunu, istifadəçinin heç bir dəlil-sübut gətirmədən onun ödənilməsinin digər şəxsə yönəltməsini qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahatında bildirmişdir ki, iddiasını müdafiə edir, 2015-ci ildə ailə qurmamışdan əvvəl torpaq almış, lakin bu torpağı atası öz adına sənədləşdirmiş və demişdir ki, “sən hərbiçisən, gəl torpağı mənim adıma sənədləşdirək ki, gələcəkdə hərbiçi olduğun üçün sənə yaşayış sahəsi verilə bilsin”. Atasına inandığından həmin torpağı onun adına sənədləşdirmişdir. Torpağı Şahid2 alqısatqı müqaviləsi üzrə kreditlə 4000 manata almış, özü ona pul vermiş, qeydiyyatına isə 500 manat vermişdir. 2016-cı ildə həyat yoldaşı ilə birlikdə atasıgildə qaldıqları zaman aralarında mübahisə olmuş və atası onları evdən çıxarmış, o, da yoldaşı ilə birlikdə gedib kirayədə qalmışdır. Daha sonra o, həmin torpağı 2019-cu ildə adına keçirtmək qərarına gəlmiş, atası ilə torpaq şöbəsinə getmiş atası torpağı onun adına keçirmək istəmiş, lakin atasının yoldaşı Nailə torpaq şöbəsinə gəlmədiyindən torpağı sənədləşdirmək mümkün olmamışdır. Həmin torpaqda 2021-2023-cü illərdə ev tikmiş, evin tikilməsinə atası icazə vermiş, hətta evin yarısına qədər tikilməsinə kömək etmiş, sonra atası həmin torpaqda tikdiyi evi sök demişdir. Hazırda həmin torpağın qiyməti 1000 manat olduğundan o, həmin torpağı indiki qiyməti ilə hesablayıb iddia ərizəsində 30000 manat yazmış və evin tikilisinə çəkdiyi xərci, kirayədə qaldığı pulu, həmçinin psixologiyası pozulduğundan dəymiş mənəvi ziyanı da atasından tələb edir. Psixologiyasının pozulması ilə bağlı heç bir sübutu yoxdur. Övladı olmurdu deyə həyat yoldaşının müalicəsinə başı qarışdığından bu barədə iddianı qaldıra bilməmişdir. İndi isə övladının gələcəyi üçün həmin evi tikmək məcburiyyətində olduğundan məhkəməyə iddia qaldırmış və iddianın təmin olunması barədə qətnamə çıxarılması barədə xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bidirmişdir ki, iddia əsassız olduğundan iddianı qəbul etmir, çünki, o, həmin torpağı 2014-cü ildə Şahid2 adlı şəxsdən özü almışdır. Sonra oğlu Əhmədi evləndirmiş və 15 gün birlikdə qaldıqdan sonra Əhməd yoldaşı ilə çıxıb getmişlər. Əhmədin qaynının 60000 manat borcu var idi, onun 40000 manatına qədər Əhməd kömək elədi indi isə Əhməd istəyir ki, ona qarşı iddia qaldırıb pul alsın və həmin pulu qaynına versin. Sonra oğlunun kirayələrdə qalmasın deyə həmin torpaqda ev tikməsini və orada yaşamasını demiş, həmin torpaqda evin tikintisinə razılıq vermiş, hətta evin tikintisində özü də bir usta kimi işləmişdir. Evin tikilisinə bütün xərci Əhməd özü çəkmiş, bunu etiraf edir. Sonra Əhməd torpağı onun adına keçirtməyi demiş, o, da 6 sot torpaq ona verəcəyini, qalan payların isə digər övladlarına qalmasını bildirmiş, lakin Əhməd onun bu təklifini qəbul etməmişdir. Torpağın çox hissəsini Əhmədə verə bilməz, çünki, onun öz yaşadığı ev anasının adınadır. Özündən əlavə bir bacısı da var, onun da hazırda yaşadığı evdə payı var. 30 sot torpaq özünün adınadır, öna görə də bununla bağlı iddianı qəbul etmir, Əhmədin həmin torpaqda evin tikintisinı çəkdiyi 13,364 manat 50 qəpik xərci qəbul edir, lakin iddia ərizəsində göstərilən kirayə pulunu, mənəvi zərəri isə qəbul etmir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə 17 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Ə.Cahangirov izahatında bildirmişdir ki, iddiasında qeyd edilən 30 sot torpağın 10 sotunun ona verilməsinə dair atası ilə razılaşmış, lakin dövlət əmlak idarəsində olduqları və torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsi zamanı həmin torpaq sahəsi ilə qonşuluqda olan Şahid2 məxsus torpaq sahəsi arasında uyğunsuzluq olduğundan, yəni bir birinin sahəsinə keçdiklərindən sənədləşmə apara bilməmişlər. Kirayədə qadığı pulun da cavabdehdən tutulmasını tələb etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh isə izahatında bildirmişdir ki, həqiqətən də oğlu Əhməd ilə adına olan həmin torpaq sahəsinin 10 sotunun ona verilməsi ilə əlaqədar aralarında razılıq olmuş, lakin ona məxsus torpaq sahəsinin sərhədləri ilə qonşusu Şahid2 məxsus torpaq sahəsi ilə ölçülərin dəqiqləşdirilməsi zərurəti yarandığından sənədləşdirmə aparıla bilməmiş, artıq həmin mübahisə öz həllini tapmış və yaxın günlərdə torpaq sahəsinə dair sənəd alacaqdır. Oğlu Əhmədə 10 sot torpaq verməyə razıdır və bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin sözügedən torpağı Cahangirin özünə satmış, torpaq alğı-satqısı barədə söhbəti də onunla olmuşdur. Cahangir torpağı kreditlə almış, əvvəlcə 2000 manat, sonra isə 1000 manat da bir vermişdir. Lakin həmin torpağı Cahangirlə notariusda sənədləşdirərkən ona bu torpağın qiymətinin 4500 manat olduğunu demişlər. Cahangir həmin torpağı ondan oğlu Əhmədin adına almış, torpağın pulunu ona Cahangir vermişdir. İş üzrə məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, bir gün Əhmədin yoldaşı onun həyat yoldaşına onların evində işləməyə fəhlə axtardıqlarını demiş, o, da təxminən 2 il bundan əvvəl onun evinin tikintisində 10-15 gün fəhlə işləmiş, Əhmədin atası Cahangir də onun ustası olmuşdur. Bununla əlaqədar təxminən 300 manat fəhlə pulu almışdır. Evin tikilisində işlədiyi müddətdə orada heç kəs işləməmiş, fəhlə kimi həmin evdə daş daşımış, sement gətirmişdir. Bir gün həmin evdə fəhlə işləyən zaman Əhməd demişdir ki, “gedirəm notariusda torpağı adıma sənədləşdirəm”. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 19 yanvar 2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan MR Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən 0.3 hektar yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “torpaq sahəsinin planı və ölçüsü” barədə sənəddən görünür ki, reyestr nömrəsi **********13 olan Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən 0.3 hektar yaşayış məntəqəsinin torpağının hüquqi sahibi xüsusi mülkiyyət üzrə Cavabdehdur, plan və ölçünün tərtib edilməsinə əsas: Naxçıvan Mr DƏTMDK-nin xx.xx.2015-ci il tarixli A-012162 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsü. Kəngərli rayon DNK-nın xx.xx.2015-ci il tarixli 4 Ə-79 qeydiyyat nömrəli alqı-satqı müqaviləsidir. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyun 2010-cu il tarixli AZ-İ 513069 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 01 iyun 2010-cu il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Cahangirova” soyadı verilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixdə ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 312 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli 501 nömrəli rəyinə əsasən Kəngərli rayon Qıvraq qəsəbəsində Cavabdeh mülkiyyətində olan 0.30 ha torpaq sahəsində 2021-2022-ci illərdə tikilmiş fərdi yaşayış evi təyinatlı tikiliyə təqribən 9784.75 (doqquz min yeddi yüz səksən dörd manat yetmiş beş qəpik) manat xərc çəkildiyi müəyyən olunur. İş üzrə başqa sübutlar təqdim edilməmişdir. Məhkəmə, tərəflərin izаhаtını dinləyib, şahid ifadələrini və işin digər mаtеriаllаrını nəzərdən kеçirib məhkəmə iclаsındа tədqiq оlunаn sübutlаrа hüquqi qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır və təmin еdilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin oğludur və onlar bir evdə yaşamışlar. İddiaçı ailə qurduqdan sonra onlar arasında münasibətlər pozulmuş, bir müddətdən sonra iddiaçı ailəsi ilə birlikdə evdən çıxıb kirayədə yaşamışlar. Kəngərli rayon DNK-nın xx.xx.2015-ci il tarixli 4 Ə-79 qeydiyyat nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh həmin ildə torpaq sahəsi almış və həmin torpaq sahəsində oğlu Cahangirov Əhmədə yaşayış binasının tikilməsi üçün razılılıq vermiş və iddiaçı Ə.Cahagirov həmin torpaq sahəsində yaşayış üçün özünə bina tikməyə başlamışdır. Hazırda bina yarım tikilidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən də görünür ki, həqiqətən də Kəngərli rayon Qıvraq qəsəbəsində Cavabdeh mülkiyyətində olan 0.30 ha torpaq sahəsində 2021-2022-ci illərdə fərdi yaşayış evi tikilmiş, təyinatlı tikiliyə təqribən 9784.75 (doqquz min yeddi yüz səksən dörd manat yetmiş beş qəpik) manat xərc çəkildiyi müəyyən olunur. İddiaçı iddia edir ki, atasının adına olan Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən 0.3 hektar yaşayış üçün nəzərdə tuutlmuş torpaq sahəsini özü almış, lakin torpaq sahəsi atası Cahangirin adına sənədləşdirilmişdir. Ona görə də iddiaçı cavabdehdən həmin torpaq sahəsinin hazırkı qiymətinin 30 min manat dəyərləndirərək cavabdehdən tutulmasını, eləcə də qeyd edilən torpaq sahəsində özü tərəfindən yaşayış üçün tikilmiş evə çəkdiyi 13364.50 manatın, 6 il kirayədə qaldığından və hər ay 200 manat kirayə pulu verdiyindən, cəmi 14400 manat kirayə pulunun və mənəvi ziyana görə 5000 manatın tutulub ona ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddiaçının torpağın alınmasına dair cavabdehdən 30000 manat tələbinə münasibətdə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 19 yanvar 2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan MR Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən 0.3 hektar yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və iddiaçı həmin torpaq sahəsinin pulunu özü tərəfindən ödənildiyini bildirsə də, bu hal iddiaçı tərəfindən məhkəməyə şahid kimi dəvət olunan Şahid2 ifadəsi ilə də öz təsdiqini tapmamış və buna dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin tələb əsassızdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş üzrə iddiaçının məhkəməyə poçt vasitəsilə göndərdiyi Şahid2 yazdığı əlyazmasının ekspertə göndərilməsi barədə ərizəsinə münasibətdə belə hesab edir ki, Şahid2 şahid qismində məhkəməyə cəlb olunaraq və müvafiq iltizama imza edərək ifadə verdiyinə görə onun əlyazmasının ekspertə göndərilməsinə ehtiyac yoxdur. Məhkəmə eyni zamanda iddiaçının qeyd edilən torpaq sahəsində özü tərəfindən yaşayış üçün tikilmiş evə çəkdiyi 13364.50 manatın cavabdehdən alınıb ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında cavabdeh iddiaçının çəkdiyi xərci təsdiq etmiş, lakin həmin torpaq sahəsində özünün razılığı əsasında oğlu Ə.Cahagirov tərəfindən yaşayış evinin tikildiyini nəzərə alaraq mülkiyyətində olan torpaq sahəsinin əvvəlcə 6 sotunun, razılaşma olmadığından sonradan 10 sotunun ona verilməsinə razı olduğunu bildirmiş və bu barədə özünün və həyat yoldaşı Cahangirovanın yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq müxtəlif bəhanələrlə cavabdehdən çəkilmiş xərci tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Çünki, iddiaçı məhkəmədə pozulmuş hüququnun nədə ifadə olunmasını bildirməmiş, əsaslandırmamış və bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Hazırda cavabdeh tərəfindən həmin tikili bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir maneə olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə iddiaçının cavabdehdən 6 il kirayədə qaldığından və hər ay 200 manat kirayə verdiyindən 14400 manat kirayə pulunun tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bunu nənəsindən miras qalmış yaşayış evindən çıxartdıqlarına əsaslanaraq tələb etsə də, hazırda cavabdehin qaldığı evin kimin mülkiyətində olmasına dair, eləcə də özünün ailəsi birlikdə həmin evdə yaşayış hüququnun olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə İddiaçı 5000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı psixologiyası pozulduğundan həmin ziyanı tələb etdiyini göstərsə də, məhkəmə iclasında psixologiyasının pozulması ilə bağlı heç bir sübutunun olmadığını bildirmiş, bunun cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Bütün yuxarıda sadalananlarla bağlı məhkəmə aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh torpaq sahəsinin alınmasına, üzərində inşa etdiyi yaşayış evinin tikilməsinə, usta və fəhləsinə çəkdiyi 43364.50 manatın, kirayə pulu olaraq ödədiyi 14400 manatın, mənəvi ziyana görə 5000 manatın alınıb ona ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 278.29 (iki yüz yetmiş səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 312 manat dövlət rüsumunun artıq ödənilmiş hissəsi 33.71 (otuz üç manat yetmiş bir qəpik) manatlıq hissəsi iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh torpaq sahəsinin alınmasına, üzərində inşa etdiyi yaşayış evinin tikilməsinə, usta və fəhləsinə çəkdiyi 43364.50 (qırx üç min üç yüz altmış dörd manat, əlli qəpik) manatın, kirayə pulu olaraq ödədiyi 14400 (on dörd min dörd yüz) manatın, mənəvi ziyana görə 5000 (beş min) manatın və ödənilmiş 278.29 (iki yüz yetmiş səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 278.29 (iki yüz yetmiş səkkiz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 312 manat dövlət rüsumunun artıq ödənilmiş 33.71 (otuz üç manat yetmiş bir qəpik) manatlıq hissəsi iddiaçıya qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar