Məhkəmə qərarları › İş №2(111)-90/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-90/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-90/2021 02.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 14360 (on dörd min üç yüz altmış) manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 14390 (on dörd min üç yüz doxsan) manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı 31.05.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə vermişdir, Cavabdeh məhkəmədə iştirak etməyərək işin mahiyyəti üzrə həll olunması barədə tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 04 mart 2021-ci il tarixli 5180 nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260.1, 260.3, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının 04 mart 2021-ci il tarixli 5180 nömrəli qəbz əsasında ödədiyi 30 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar